Dərslik Prof. S.İ. Seyidov və prof. M.Ə. Həmzəyevin elmi redaktorluğu ilə



Yüklə 1,29 Mb.
səhifə193/297
tarix04.11.2022
ölçüsü1,29 Mb.
#67301
növüDərslik
1   ...   189   190   191   192   193   194   195   196   ...   297
psix

Yaş dövrləri

Kişi cinsi

Qadın cinsi

Yeni doğulan

1-10 gün

Südəmər uşaq

10 gün - bir il

Erkən uşaqlıq

1-2 il

Uşaqlığın ilk dövrü

3-7 il

Uşaqlığın ikinci dövrü

8-12 il

8-11 il

Yeniyetməlik dövrü

13-16 il

12-15 il

Gənclik dövrü

17-21 il

16-20 il

Orta yaş:







Birinci mərhələ

22-35 il

21-35 il

İkinci mərhələ

36-60 il

36-55 il

Yaşlı adamlar

61-75 il

56-75 il

Qocalıq yaşı

76-90 il

Uzunömürlülük

90 ildən yuxarı

VI.18.4. Müasir pedaqoji psixologiyanın əsas problemləri, vəzifələri və bölmələri


Müasir dövrdə gənc nəslin təlim və tərbiyəsi pedaqoji psixologiyanın qarşısında mühüm nəzəri və praktik əhəmiy­yətə malik olan problemlərin həlli vəzifəsini qoyur. Həmin problemləri həll etmədən və onlardan irəli gələn vəzifələri həyata keçirmədən pedaqoji psixologiya lazım olan səviy­yəyə qalxa bilməz.


Elm və texnikanın durmadan inkişaf etdiyi və mənimsənilməsi zəruri olan məlumatların artdığı müasir dövrdə pedaqoji psixologiyanın qarşısında duran ən mühüm problemlərdən biri uşaqların həya­tının hər bir senzitiv dövrünü aşkara çıxarmaq və həmin dövrdə onların inki­şafı üçün lazım olan bütün imkanları müəyyən­ləşdir­mədən ibarət­dir. Psixoloqlar bu məsələnin pedaqoji psixo­logiya üçün problem məsələ olduğunu onda görürlər ki, hər şeydən əvvəl, uşaqlarda şəxsiyyətin və əqli inkişa­fın bütün senzitiv mərhələləri, onların başlanğı­cı, davamlılığı və sonu hələ də məlum deyildir. Di­gər tərəfdən, hər bir uşağın həyatında bu mərhələ­lərin təzahürü fərdi xarakter daşı­maqla, müxtəlif vaxtlarda özünü göstərir və müxtəlif şəkildə cərəyan edir.
Pedaqoji psixologiyanın həll etməli olduğu problem­lərdən biri də təlim və inkişafın qarşı­lıqlı əlaqəsini aşkara çıxarmaqdan ibarətdir. Uzun müddət­dən bəri dünya psixoloqlarının diqqətini cəlb edən bu problem hələ də pedaqoji psixologiya­nın əsas problem­lərindən biri kimi qalır.
Pedaqoji psixologiyanın həll etməli olduğu başqa bir problem təlim və tərbiyənin ümumi və yaşla bağlı olan cəhətlərinin əlaqəsinin aşkara çıxarılmasından ibarətdir. Məlum olduğu kimi, uşağın hər bir yaş dövrü əqli və şəxsi inkişaf üçün özünəməxsus imkan yaradır. Lakin bu sahədə müəy­yən tədqiqatların aparılmasına baxmayaraq hələ də uşaq həyatının hər bir konkret mərhələsində təlim və tərbiyədən hansına üstünlük vermək, vahid pedaqoji pro­sesdə tərbiyəedici və öyrədici təsir­lərin bir-birini tamam­laması üçün hansı yollardan istifadə etmək özünün əsaslı həllini tapmamışdır.
Pedaqoji psixologiyanın həll etməli olduğu problem­lərdən biri də uşaqların psixoloji və dav­ranış nöqteyi nəzərdən inkişafında onların ana­dangəlmə, genotipik imkanlarının və mühitin ayrılıqda və ya birgə təsirinin xüsusiyyətlərini aşkara çıxarmaqdan ibarətdir.
Pedaqoji fəaliyyətin və müəllim şəxsiyyətinin psixo­loji xüsusiyyətlərinin öyrənilməsi də pedaqoji psixolo­giyanın həll etməli olduğu əsas problemlərdəndir. Pedaqoji fəaliyyətin psixoloji strukturunu, müəllim şəxsiyyətinin, xüsusilə onun pedaqoji bacarıq və qabiliyyətlərinin, peda­qoji ün­siyyət və pedaqoji mərifətin psixoloji xüsu­­­siyyətlərini aşkara çıxarmaqla pedaqoji psixologiya pedaqoji fəaliyyətin idarə olunmasına düzgün istiqamət vermiş olur.
Müasir dövrdə pedaqoji psixologiyanın qar­şısında duran və həll edilməsi zəruri olan prob­lemlərdən biri də pedaqoji cəhətdən baxımsız uşaqlar problemidir. Bu prob­lemlə sıx bağlı “çə­tin” uşaqlar problemi ən ümdə prob­lem kimi diqqəti cəlb edir.
Son illərdə respublikamızda yaşlı nəsillə birlikdə qaç­qınlıq həyatı keçirən uşaqların həyatı hamını düşündürür. Bu baxımdan pedaqoji psixo­logiya da kənarda qala bilməz. Bu cür uşaqların sosial-psixoloji adaptasiyası və psixoloji reabi­litasiyası probleminin öyrənilməsi ən ciddi prob­lemlərdən biridir.
Yuxarıda qeyd olunan problemlərin həll edil­məsi gənc nəslin təlim və tərbiyəsi işinə öz önəmli təsirini göstərə bilər.
Bütün qeyd edilənlərdən aydın olur ki, müasir peda­qoji psixologiyanın qarşısında mühüm nəzəri praktik vəzifələr durur. Həmin vəzifələri hə­yata keçirmə­dən pedaqoji psixologiya tələb olunan səviyyəyə qalxa bilməz.
Müasir pedaqoji psixologiyanın nəzəri vəzi­fələrinə, hər şeydən əvvəl, təlim-tərbiyə prosesində psixi inkişafın imkanlarını, təlim və tərbiyənin ümumi psixoloji qanuna­uyğunluqlarını öyrənməyi aid etmək olar. Bununla yanaşı olaraq, pedaqoji psixo­logiyanın qarşısında duran mühüm nəzəri vəzifə­lərindən biri kimi gənc nəslin yüksək elmi dünya­görüşünə, şüuruna xas olan keyfiyyətlərlə forma­laş­dırıl­masının ən səmərəli elmi yollarını müəy­yənləşdirməyi göstərmək olar.
Müasir pedaqoji psixologiyanın praktik vəzi­fələrinə gəldikdə buraya təlimin idarə olunması­nın psixoloji məsələlərini, təlim və əqli inkişa­fın qarşılıqlı əlaqəsini, şagirdlərin bilik, ba­carıq və vərdişlərə yiyələnmə xüsu­siyyətlərini və s. öyrənməyi aid etmək olar. Bununla yanaşı olaraq, pe­daqoji psixologiya təlim və tərbiyənin motivlərini aşkara çıxarmaq və müəllimləri bu sahədə zəruri biliklərlə silahlandırmaq kimi mühüm praktik vəzifəni həyata keçirir.
Pedaqoji psixologiyanın bir-biri ilə sıx bağlı olan bölmələri vardır. Pedaqoji psi­xologiyanın həmin bölmələrinə tərbiyə psixologi­yasını, təlim psixologiyasını, pedaqoji fəaliyyət və müəllim şəxsiyyəti psixologiyasını aid etmək olar. Bununla yanaşı psixoloji ədəbiyyatın bir ço­xunda anomal uşaqlarla təlim, tərbiyənin psixolo­giyasını da pedaqoji psixologiyanın şöbə­lərindən biri kimi qeyd edirlər.

Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   189   190   191   192   193   194   195   196   ...   297




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin