Özünü yoxlamaq üçün sual və tapşırıqlar
1. Siz qabiliyyət haqqında nə bilirsiniz? Onun tərifini verin.
2. B.M.Teplov qabiliyyətləri necə xarakterizə etmişdir?
3. Qabiliyyətlərin bilik, basarıq və vərdişlərlə vəhdəti nədən ibarətdir?
4. İstedad nəyə deyilir?
5. İstedadın uşaqlıq, yeniyetməlik və gənclik dövrü üçün xarakterik olan hansı növləri vardır?
6. Qabiliyyətləri keyfiyyət baxımından necə xarakterizə etmək olar?
7. Qabiliyyətlərin kompensasiya imkanları haqqında danışın.
8. Xronoloji və ağıl yaşları bir-birindən nə ilə fərqlənir?
9. Əqli istedad əmsalı hansı düsturla hesablanır?
10.Qabiliyyətlərin quruluşunu şərh edin.
11.Ümumi və xüsusi qabiliyyətləri xarakterizə edin.
12.Talant və dahilik haqqında danışın.
13.Təbii imkanlar qabiliyyətdə nə kimi rol oynayır?
14.Ünsiyyətin qabiliyyətdə yeri nədən ibarətdir?
15.Qabiliyyətlərin formalaşmasından danışın. Ona təsir edən amillər hansılardır?
Referat, məruzə və müstəqil tədqiqat üçün mövzular
1. Qabiliyyətlər və onların quruluşu.
2. Şagirdlərdə qabiliyətlərin inkişafı.
3. İnsan qabiliyyətlərinin sürətli inkişafı şərtləri.
4. Qabiliyyətlər və təbii imkanlar.
Ədəbiyyat
Əlizadə Ə.Ə. İstedadlı uşaqlar. Psixoloji məsələlər. Esselər, etüdlər. - Bakı, 2005.
Əlizadə Ə.Ə. Müasir Azərbaycan məktəbinin psixoloji problemləri. - Bakı,1998,s.187-213.
Qədirov Ə.Ə. Yaş psixologiyası. - Bakı, 2002
Xrestomotiə po vozrastnoy i pedaqoqiçeskoy psixoloqii- M, 1981
Leytes N.S. Umstvennıe sposobnosti i vozrast. - M, 1971, s.129-278
9.Leytes N.S. Sposobnosti i odarennostğ v detskie qodı. M. -1984
Teplov B.M. İzbrannıe trudı. V 2 kn. - T 1, M.-1985, s.15-41
Odorennıe deti - M. 1991, s.15-67;153-157.
Qureviç K.M. İndividualğno – psixoloqiçeskie osobennosti şkolğnikov. M. 1988, s.53-72.
Dostları ilə paylaş: |