Dərslik Prof. S.İ. Seyidov və prof. M.Ə. Həmzəyevin elmi redaktorluğu ilə


V. 17. 4. Qabiliyyət və talantın təbii şərtləri



Yüklə 1,29 Mb.
səhifə185/297
tarix04.11.2022
ölçüsü1,29 Mb.
#67301
növüDərslik
1   ...   181   182   183   184   185   186   187   188   ...   297
psix

V. 17. 4. Qabiliyyət və talantın təbii şərtləri




Təbii imkanlar və qabiliyyət. Qabiliyyətlərin insanda necə yaranması mubahisəli bir məsələ kimi daima diqqəti cəlb etmişdir. Artıq psixologiyada belə bir fikir əsaslandırılmışdır ki, şəxsiyyətin bütün başqa fərdi-psixi xassələri kimi qabiliyyətlər də insan tərəfindən hazır şəkildə, təbiətin ona verdiyi fitri, anadangəlmə bir şey kimi əldə edilmir, həyat və fəaliyyətdə formalaşır. Bununla belə qabiliyyətlərin fitriliyini inkar etmək hec də mütləq səciyyə daşımır. Psixologiyada belə bir müddəa əsas götürülür ki, insan hər hansı bir fəaliyyət sahəsində müvafiq qabiliyyətlərə yiyələnmək üçün zəruri olan təbii imkanlarla doğulur. Bu imkanlar qabiliyyətlərin inkişafının təbii ilkin şərtləri kimi özünü göstərir. Onlar beyin qurluşunun, hiss və hərəkət üzvlərinin morfoloji və funksional xüsusiyyətlərindən ibarətdir. Onlar hələ qabiliyyət deyil, təbii imkanlardırlar. Həmin imkanlar yalnız müvafiq şəraitin, təlim və tərbiyənin təsiri altında bu və ya digər fəaliyyətin müvəffəqiyyətlə icrasını təmin edən qabiliyyətin formalaşmasına gətirib çıxara bilər. Əgər belə şərait yaranmazsa həmin imkanlar yalnız imkan səviyyəsində qalacaq, qabiliyyətə çevrilməyəcəkdir. Çünki hər cür qabiliyyət nəyə isə, hər hansı bir konkret insan fəaliyyəti və ya fəaliyyətləri üçün qabiliyyətdir. Əks halda «qabiliyyət» sözü mənasız bir sözə çevrilərdi.
Ümumiyyətlə götürdükdə təbii imkanlar çoxmənalı, çoxcəhətli xarakter daşıyır. Belə ki, fəaliyyətin verdiyi tələblərin xarakterindən asılı olaraq eyni təbii imkanların əsasında müxtəlif qabiliyyətlər inkişaf etdirilə bilər.
Hazırkı dövrdə təbii imkanların qabiliyyətlərin inkişafı üçün az və ya çox təsir göstərməsi barədə müxtəlif fikirlər mövcuddur.
Məsələn, müasir fiziologiyada belə bir fikir irəli sürülür ki, nitqin hərəki mərkəzi beyinin sol yarım kürələrinin alt qırışlarının arxa hissəsinin üçdə birində, nitqi anlama mərkəzi isə sol yarımkürələrin yuxarı gicgah qırışlarının arxa hissəsinin üçdə birində yerləşir. Əgər nəzərə alsaq ki, insan nitqi beynin ayrı-ayrı sahələrinin mürəkkəb qarşılıqlı əlaqəsinin məhsuludur, onda belə bir fikri əsas götürə bilmərik ki, insanın nitq fəaliyyəti ilə bağlı olan qabiliyyəti beynin yalnız bir sahəsi ilə lokallaşa bilər.
Bununla yanaşı olaraq yaşlı adamlarda beyin çəkisinin orta hesabla 1400 qramdan çox və ya az olmasının insanların əqli qabiliyyətcə fərqlənmələrinə səbəb olması haqqında fikirləri də əsaslandırmaq imkanı vermədi. (İ.S.Turgenevin beyin çəkisi 2012q, C.Bayronun-1800q. görkəmli kimyaçı U.Libixin-1362q; yazıçı A.Fransın-1017q; olmuşdur).
Hazırda təbii imkanların beyin və hiss üzvlərinin mikrostruktura ilə əlaqələndirən fərziyyələr daha səmərəli hesab olunur. Güman edirlər ki, beyin hüceyrəsi quruluşunun daha dərindən tədqiqi istedadlı şəxsin sinir toxumasını fərqləndirən morfoloji və funksional xüsusiyyətləri müəyyən etməyə imkan verər. Bununla yanaşı olaraq, təbii imkanların sinir proseslərinin bəzi fərqləndirici xüsusiyyətləri ilə (onların qüvvə, müvazinət və mühərrikliyə görə fərqləri ilə) və deməli ali sinir fəaliyyətinin tipi ilə şərtləndiyini irəli sürən fərziyyələr də mövcuddur.

Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   181   182   183   184   185   186   187   188   ...   297




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin