CA
Məsələn, əgər testlərlə aparılan yoxlama nəticəsində iki uşağın (10yaş yarım və 14 yaş) hər ikisi eyni (120) xal toplasa və beləliklə də onların hər birinin ağıl yaşı 11,5 ilə bərabər olsa, onda həmin uşaqların əqli istedad əmsalını bu cür hesablamaq olar:
11,5
Birinci uşaq İQ =--------.100=109,5
10,5
11,5
İkinci uşaq İQ =--------.100=82,1
14
Beləliklə birinci uşağın əqli istedad əmsalı 109,5, ikinci uşağınkı isə 82,5 olur. Bu isə o deməkdir ki, birinci uşaq əqli cəhətdən ikinci uşağa görə daha istedadlıdır (testologiya təcrübəsində İQ_130-a bərabərdirsə uşaq istedadlı,180 dan çoxdursa ən istedadlı hesab olunur. Lakin psixoloqların apardıqları elmi psixoloji təhlil bu əqli istedad əmsalının bir növ fiksiya olduğunu göstərir. Əslində isə yuxarıda təsvir olunan priyomların cəmi insanın əqli qabiliyyətlərini deyil, onda bu və ya digər məlumat, bacarıq və vərdişlərin olduğunu göstərir ki, qabiliyyətlər onlarla qarışdırılmamalıdır. Qabiliyyətlərin mahiyyətini təşkil edən bilik və bacarıqların qazanılması isə burada aydınlaşdırılmamış qalır.
Heç də bütün bu deyilənlərdən qabiliyyətlərin kəmiyyətcə xarakteristikasının və ölçülməsinin mümkün olmadığı və müxtəlif diaqnostik metodlardan, test və yoxlamalardan istifadənin əvvəlcədən arzuedilməz olduğu haqda nəticə çıxarılmamalıdır. Bir çox sahələrdə, məsələn anadangəlmə qüsurları nəticəsində zehni cəhətdən geridə qalan uşaqların müəyyənləşdirilməsində, yüksək riyazi qabiliyyətə malik olan uşaqların ixtisaslaşmış məktəbdə oxuması üçün seçilməsində, təyyarəçi və kosmanavtların seçilməsində testləşdirmə aktual bir məsələ kimi əhəmiyyətlidir. Bu mənada nə qısa yoxlamalar, nə də onların nəticələrinin kəmiyyətcə təhlili heç bir etiraz doğurmur.
Əvvəlki bölmədə qeyd olunduğu kimi, qabiliyyət insanın hər hansı bir fəaliyyət sahəsi üçün daha çox yararlı olduğunu ğöstərən fərdi-psixi xassəsidir. Bu baxımdan qabiliyyətlər son nəticədə konkret fəaliyyətin tələbi ilə şərtlənir. Məhz buna görə də hər bir fəaliyyət növü müvafiq qabiliyyətlər olmadan müvəffəqiyyətlə həyata keçirilə bilməz. Məsələn, müəllimin pedaqoji qabiliyyətlərin strukturuna pedaqoji fəaliyyəti müvəffəqiyyətlə yerinə yetirmək üçün zəruri olan şəxsi pedaqoji qabiliyyətlər (müşahidəçilik, uşaqlara hüsn-rəğbət bəsləmək, dözümlülük, özünə sahib olmaq); didaktik qabiliyyətlər (izah edə bilmək, natiqlik, nəzəri); təşkilati-kommunikativ qabiliyyətlər (təşkilatçılıq, avtoritar, kommunikativ, perseptiv, pedaqoji mərifət, artistlik) və s. qabiliyyətlər daxil olur. Bunlardan bəziləri (uşaqlara hüsn rəğbət bəsləmək, müşahidəçilik, pedaqoji mərifət, izah edə bilmək, təşkilatçılıq və s.) əsas, aparıcı, digərləri isə (natiqlik, artistlik və s.) yardımçı qabiliyyətlər kimi pedaqoji qabiliyyətin strukturuna daxil olur, təlim və tərbiyənin müvəffəqiyyətlə həyata keçirilməsini təmin edir.
Digər fəaliyyət növlərinin müvəffəqiyyətlə həyata keçirilməsi üçün zəruri olan qabiliyyətlərin strukturunda da bu cür xüsusiyyəti müşahidə etmək mümkün olur. Məsələn, ədəbi qabiliyyətlərin strukturuna estetik hisslərin inkişafı, əyani hafizə surətlərinin (eydetik surətlərin) olması, nitqi hiss etmək, fantaziya zənginliyi, insan psixologiyasını dərindən bilmək və s. qabiliyyətlər özünəməxsus şəkildə birləşir.
Dostları ilə paylaş: |