Dərslik Prof. S.İ. Seyidov və prof. M.Ə. Həmzəyevin elmi redaktorluğu ilə


V.12. 2. Qabiliyyətlərin keyfiyyət və



Yüklə 1,29 Mb.
səhifə180/297
tarix04.11.2022
ölçüsü1,29 Mb.
#67301
növüDərslik
1   ...   176   177   178   179   180   181   182   183   ...   297
psix

V.12. 2. Qabiliyyətlərin keyfiyyət və

kəmiyyət xarakteristikası




Qabiliyyətlərin keyfiyyət xarakteristikası. İnsanın nəyə qabil olması, onun yerinə yetirdiyi fəaliyyət prosesində hansı fərdi-psixoloji xüsusiyyətlərin müvəffəqiyyət qazandırıcı imkanlar kimi iştirak etməsi onun qabiliyyətlərinin keyfiyyət xarakteristikası kimi özünü göstərir.
Bu sahədə araşdırma aparmış psixoloqların qeyd etdikləri kimi, qabiliyyətlər onların keyfiyyət xüsusiyyətləri baxımından fəaliyyətin müvəf­fəqiyyətli icrasını təmin edən mürəkkəb psixoloji xassələr kompleksi, müxtə­lif yollarla məqsədə nail olmağa imkan verən dəyişən «kəmiyyətlər» yığımı kimi özünü göstərir. Bunu aparılmış tədqiqatların nəticələri də sübut etmişdir.
Adətən hər hansı bir fəaliyyətin icrası zamanı eyni və ya oxşar nəaliyyətin əldə edilməsinin əsasında tamamilə müxtəlif qabiliyyətlərin kompleksi dayana bilər. Bu isə insan qabiliyyətlərinin belə bir mühüm cəhətini açmağa imkan verir ki, onun bir xassəsini digəri ilə əvəz etmək mümkündür. Bunun üçün insanın həmin keyfiyyəti ciddi və təkidlə özündə inkişaf etdirməsi zəruridir.
Qabiliyyətlərin kompensasiya imkanları haqqında çoxlu həyati faktlar mövcuddur. Bunu O.İ.Skoroxodovanın həyat və fəaliyyəti bir daha təsdiq edir. O.İ.Skoroxodova xəs­təlik nəticəsində erkən uşaqlıq yaşında görmə və eşitmə qabiliyyətini itirmişdir. Onunla pedaqoq və psixoloq İ.A.Sokolyanski xüsusi təlim keçmiş. Nəticədə O.İ.Skoro­xodovada həm elmi yaradıcılıq, həm də ədiblik qabiliyyətlərinin olduğunu müəyyənləşdirmiş və inkişaf etdirmişdir. Düzgün təlim sistemi və böyük, təkidli zəhmət sayəsində O.İ.Skoroxodova özündə iybilmə, ehtizaz, lamisə duyğularının yüksək səviyyəsini təmin edən həssaslığı inkişaf etdirmiş və nəticədə özündə çatışmayan qabiliy­yətləri əvəz etmək imkanı əldə etmişdir. O.İ.Sko­roxodova iyindən adamları tanıya, əlini toxundurmaqla əşyaları fərqləndirə, otaqdakı əşyaların arasında sərbəst hərəkət edə bilmişdir. Bununla yanaşı olaraq ciddi elmi-tədqiqat işi ilə məşğul olmuş, yazdığı şeirləri ilə ətrafdakıları təəccübləndirmişdir.1
B.M.Teplovun qeyd etdiyi kimi, «mövcud olmayan qabiliyyət çox geniş səviyyədə həmin insanda mövcud olan yüksək inkişaf etmiş digər qabiliyyətlə əvəz oluna bilər»2.
Təcrübə göstərir ki, bir qabiliyyətin inkişaf etdirilmiş başqa bir qabiliy­yətlə əvəz edilməsi xassəsi hər bir adamın qarşısında peşə seçmək və təkmilləşmək sahəsində son dərəcə geniş imkanlar açır.
Bütövlükdə qabiliyyətlərin keyfiyyət xarakteristikası insanın hansı əmək fəaliyyəti sahəsində daha tez öz yerini tapması, müvəffəqiyyət və nailiyyət əldə edə bilməsi sualına cavab verməyə imkan yaradır. Bununla da qabiliyyətlərin keyfiyyət xarakteristikası onların kəmiyyət xarakteristikası ilə sıx şəkildə bağlıdır. Fəaliyyətin tələblərinə cavab verən konkret psixoloji keyfiyyətləri müəyyən etdikdən sonra bu keyfiyyətin hər bir adamda öz iş və dərs yoldaşlarına nisbətən nə dərəcədə az və ya çox inkişaf etməsi sualına cavab vermək olar.

Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   176   177   178   179   180   181   182   183   ...   297




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin