Dərslik Prof. S.İ. Seyidov və prof. M.Ə. Həmzəyevin elmi redaktorluğu ilə


III.5.2. İnsan, fərd, şəxsiyyət və fərdiyyət



Yüklə 1,29 Mb.
səhifə56/297
tarix04.11.2022
ölçüsü1,29 Mb.
#67301
növüDərslik
1   ...   52   53   54   55   56   57   58   59   ...   297
psix

III.5.2. İnsan, fərd, şəxsiyyət və fərdiyyət




İnsan, fərd, şəxsiyət və fərdiyyət anlayışları bir- biri ilə müəyyən əlaqəyə malik olsa da onları eyniləşdirmək olmaz. Onların içərisində ən geniş anlayış «insan» anlayışıdır. Həm fərd, həm şəxsiyyət, həm də fərdiyyət eyni zamanda insandır (bax şəkil 3). İnsan həyata insan kimi gəlir. İnsan dölünün genlərində insan üçün zəruri olan əlamət və keyfiyyətlərin inkişafı üçün anadangəlmə zəmini qoyulmuş olur. Yeni doğulmuş uşağın bədəninin konfiqurasiyası düz yerimək imkanı yaradır, beyinin strukturu intellektin inkişaf imkanını təmin edir, əlin quruluşu gələcəkdə əmək alətlərindən istifadə prespektivləri yaradır. Bütün bunlar körpəni özünün imkanlarına görə bir insan kimi heyvan balalarından fərqləndirir. Beləliklə körpənin insan nəslinə aidliyi təsdiq olunur və fərd anlayışının aşkara çıxmasına gətirib çıxarır. «Fərd» anlayışında insanın növə mənsubluğu öz əksini tapır. Belə ki, hər bir insan eyni zamanda fərd, hər bir fərd isə eyni zamanda insandır. Ona görə də yeni doğulmuş uşaq da, ağlını itirmiş səfeh də, yaşlı vəhşi insan da, mədəni ölkələrin yüksək intellektə malik olan insanları da fərd hesab olunur. Deməli, bir konkret adamı fərd adlandırmaqla onun potensial insan olduğunu təsdiq edirik.



И н с а н





Ф я р д





Шяхсиййят



Ф я р д и й й я т

Şəkil 5. «İnsan», «şəxsiyyət», «fərd» və «fərdiyyət» anlayışlarının həcmlərinə görə qarşılıqlı əlaqəsi


(R.S. Nemova görə).
Lakin bütün fərdləri şəxsiyyət adlandırmaq olmaz. Yeni doğulmuş uşaq, ağlını itirən səfeh şəxsiyyət hesab olunmur. Bir fərd kimi doğulmuş insan tədricən ictimai münasibətlər qovuşuğunda, sosiallaşma nəticəsində şəxsiyyətə çevrilir. Nəticədə o təkcə başqalarından fərqlənmir, eyni zamanda tarixi prosesin iştirakçısına çevrilir. Hər bir şəxsiyyət cəmiyyətdə yaşayan konkret canlı insan olmaqla, gerçəkliyi dərk edib dəyişdirmək, fəallıq göstərmək, başqaları ilə ünsiyyətə girmək imkanına malik olur.
«Fərdiyyət» anlayışına gəldikdə, hər bir adamın şəxsiyyəti yalnız ona məxsus əlamət və xüsusiyyətlərin məc­muuna malik olur və onun fəaliyyətini təşkil etməklə həmin adamı başqalarından fərqləndirir. Fərdiyyət insanın temperamentinin, xarakterinin əlamətlərində, adətlərində, üstünlük təşkil edən maraqlarında, idrak proseslərinin keyfiyyətlərində, qabiliyyətlərində, fərdi fəaliyyət üslubunda və s.- də təzahür edir. İki elə adam tapmaq mümkün deyildir ki, onlarda qeyd etdiyimiz psixoloji xüsusiyyətlər eyni olsun. İnsan şəxsiyyəti özünün fərdiyyətliliyinə görə təkrarolunmazdır. «Fərd» və «Şəxsiyyət» anlayışlarında olduğu kimi, «fərdiy­yət» və «şəxsiyyət» anlayışlarını da eyniləşdirmək mümkün deyildir. Onlar yalnız vəhdət təşkil edirlər.



Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   297




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin