Dərslik Prof. S.İ. Seyidov və prof. M.Ə. Həmzəyevin elmi redaktorluğu ilə



Yüklə 1,29 Mb.
səhifə58/297
tarix04.11.2022
ölçüsü1,29 Mb.
#67301
növüDərslik
1   ...   54   55   56   57   58   59   60   61   ...   297
psix

Şəxsiyyət

Şüursuzluq

Şüur

Ümumi növ tendensiyaları
Arxetip
«Köl­gə»

Növün, etnosun tendensiyaları
Arxetip
«Başqaları»

Sıxışdırılmış, unudulmuş, rədd edilmiş, arzu olunmaz, qeyri-aktual

Özü, ətrafdakılar və aləm haqqında informasiya

Mühitin, etnosun, xalqın dəyərləri

Ümumbəşəri dəyərlər

İ blis Yoldançıxaran

Qeyri Mən


MənPeyğəmbər Allah











Kollektiv şüursuzluq
Şəxsi şüursuzluq





Şəxsi şüurluluq
Kollektiv şüurluluq









KeçmişGələcək






İndii




163


Şəkil 6. Şəxsiyyətin strukturu (prof. S.İ.Seyidova görə)


Şəkli nəzərdən keçirdikdə ilk növbədə diqqəti şüur və şüursuzluğun qarşılıqlı təsir yolu, üsulu ilə bağlı sual cəlb edir. Şəxsiyyətin vəhdətini anlamaq üçün «şüurun istiqaməti» və «şüursuzluğun istiqaməti» anlayışlarını aydınlaşdırmaq olduqca vacibdir. Bu məsələ bir çox psixoloji məktəb və istiqamətlər tərəfindən qaldırılmış, görkəmli alim və tədqiqatçıların diqqətini cəlb etmişdir. Lakin bu vaxta qədər həmin məsələ açıq qalmış, yönəlişlik onun istiqamətləndiyi obyekti axtarmağa «səbəb olmuşdur». Daxili və xarici aləmdə mövcud olan nəhayətsiz müxtəliflik sayəsində isə buna nail olmaq praktik olaraq mümkün deyildir. Məhz buna görə də biz insanın şüur və şüursuzluğunu obyektə deyil, zamana «yönəltməyə» cəhd göstərməyi vacib bildik. Nəticədə şüurun gələcəyə, şüursuzluğun isə keçmişə yönəlişliyinin mümkünlüyünü zənn etmək imkanı yaranmışdır. Bununla da şüurun gələcəyə yönəlişliyi insanda hadisənin baş verməsindən qabaq onun inkişafını görmə qabiliyyəti kimi antisipasiya fenomeninin olması ilə də təsdiq olunur. Bununla yanaşı şüursuzluğun keçmişə yönəlişliyi tamamilə təbii haldır. Çünki, sıxışdırılmış, unudulmuş və arxetipik elementlər yalnız keçmişə aid ola bilər.
Beləliklə insanda keçmiş və gələcəyin qarşılıqlı təsiri onun şüursuzluğu və şüurunun qarşılıqlı təsirindən başqa bir şey deyildir. Bunun nəticəsi isə hal hazırda yaşayan konkret şəxsiyyətdir.
Şəkildəki ikinci komponent şüursuzluq və şüurun strukturundan ibarətdir. İlk baxışda belə görünə bilər ki, bu fenomenlərin strukturu üçlaylıdır. Şüursuzluq üçün bu laylar ümumi nəsl arxetipi, etnos arxetipi, şəxsi şüursuzluq, şüur üçün isə ümumbəşəri qiymətlər, konkret mühitin qiymətləri və şəxsi şüur laylarıdır. Lakin bu belə deyildir. Şüursuzluq və şüurun strukturu identik xarakter daşımaqla, müvafiq olaraq kollektiv üstəgəl şəxsi şüursuzluğu və kollektiv və şəxsi şüurluluğu özündə əks etdirir. Bu başqa məsələdir ki, kollektiv şüursuzluğun, eləcə də kollektiv şüursuzluğun daxilində həm mütləq olanı («kölgə» - bizim şəxsiyyətimizin heyvani əcdadlarımızdan gələn ən tutqun, arzuolunmaz cəhdlər və ən arzuolunan davranış forması kimi ümumbəşəri qiymətlərin neotipləri), həm də nisbi olanı (konkret növ, sotsium arxetipləri və konkret millətə, xalqa, sinfə, mədəniyyətə mənsub olan qiymətlər) mövcuddur. Kontinuumda mövcud olan, özünə yer edən şüursuzluqdan irəli gələn ən arzuolunmaz və şüurluluqdan irəli gələn ən arzu olunan elementlərə xüsusi ad vermək mümkündür. Bunlara əsaslanmaqla şəxsiyyətin müxtəlif tiplərini xarakterizə etmək mümkündür. Onları nəzərdən keçirək.
1. Şüursuzluqda mövcud olan heyvani instinktlər, eyibli, bizi insani sifətdən məhrum edən ənənələr – İblis.
2. Bizdə nəsldən, etnosdan gələn, dərk etmədiyimiz, lakin bizi özünə cəlb edən ənənələr - Yoldan çıxaran.
3. Şəxsi şüursuzluğun məzmununu təşkil edən unudulmuş, aktual olmayan, bizim tərəfimizdən rədd edilən hadisələr, arzular, motivlər, biliklər – Qeyri mən.
4. Özümüz, bizi əhatə edənlər, yaşadığımız aləm haqqında şüurun koqnitiv elementləri - Mən.
5. Mövcud sosial mühitdə, xalqda, cəmiyyətdə qəbul olunmuş qiymətlərin, əxlaq normaları, mənəvi əsasların insan tərəfindən dərk edilməsi – Peyğəmbər.
6. Bütün insanlar üçün eyni olan və real şəkildə onların şüurunda bəşəriyyətin mədəni irsi kimi möhkəmlənən ümumbəşəri keyfiyyətlər – Allah.
İnsan şəxsiyyətində yuxarıda qeyd olunan struktur yaradıcı elementlərindən birinin olması onun tamlığının şərti hesab olunur. Lakin bunlardan birinin və ya bir hissəsinin üstünlüyü xüsusi şəkildə müəyyənləşdirilir.



Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   297




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin