Шякил 7. Шяхсиййят щаггында ясас нязяриййяляр
З. Фрейдин психоаналитик нязяриййяси
К. Йунгун аналитик нязяриййяси
А. Адлерин фярди психолоэийа нязяриййяси
Классик нязяриййя
Клиник нязяриййя
Щуманистик нязяриййя
Бищевиорист нязяриййя
Когнитив нязяриййя
Експериментал нязяриййя
Шяхсиййят щаггында ясас нязяриййяляр
Avstriya psixoloqu və psixiatoru Ziqmund Freydin (1856 – 1939) yaratdığı psixoanaltik nəzəriyyə freydizm adı ilə məşhurdur. Z.Freyd şəxsiyyətin fəallığının mənbəyini onda heyvan əcdadlarından irsən alınmış instiktiv təhriklərdə görürdü. Bununla da Freyd psixi hadisələrə yeni anlayış – şüursuzluq anlayışı gətirmişdir. Onun fikrincə şəxsiyyətin strukturunda üç komponent mövcuddur: O (id), mən (eqo), yüksək – mən (super-eqo). Z.Freyd birinci komponenti (id) şüursuzluq, ikincini (eqo) şüur, üçüncünü isə (super- eqo) yüksək şüurluluq kimi götürür.
Z.Freydə görə id (o) məhz elə sahədir ki, orada yalnız sıxışdırılmış şüursuz instinktlər hökmranlaq edir və onlar həzz prinsipinə tabe olurlar. Buna görə də prinsipcə onlar dərk edilə bilməzlər.
Mən (eqo) bir tərəfdən şüursuz instinktlərin ardınca gedir, digər tərəfdən gerçəkliyin norma və tələblərinə tabe olur.
Yüksək - mən (super-eqo) cəmiyyətin əxlaqi tələbatlarının bir növ məcmuudur. Başqa sözlə, o, insanın hələ uşaqlıq dövründən mənimsədiyi, avtomatlaşmış sosial norma, inam, qaydalardan ibarətdir. O, bir növ nəzarətçi rolunu oynayır. Ona görə də «eqo» həmişə münaqişədə olur. «İd»- in və «yüksək – mən»- in tələbləri bir-birinə uyğun gəlmir. «Eqo (mən)» daima müdafiə mexanizminə qaçır (ona meylli olur).
Şəxsiyyətin klassik nəzəriyyələri qrupuna yuxarıda qeyd etdiyimiz kimi İsveçrə psixoloqu Karl Yunqun (1875 – 1961) analitik nəzəriyyəsi də daxildir. K.Yunqa görə şəxsiyyət dörd əsas elementi özünə daxil edir: şüur, şəxsi şüursuzluq, şüursuzluq və kollektiv şüursuzluq. Bir şüurluluğa qarşı üç şüursuzluq dayandığı halda, K.Yunq buna xüsusi əhəmiyyət verir. O belə hesab edir ki, insan təkcə özünün gizli tendensiyaları ilə deyil, eyni zamanda istəkləri, məqsədləri, arzuları və qiymətdəri ilə də müəyyən edilir.
K.Yunqun fikrincə çox vaxt bu maska əhval və istəyimizə uyğun gəlmir. Lakin biz mövcud sosial mühitdə qəbul olunmuş əxlaq və davranış normalarını əsas götürərək həmin maskanı geyirik.
K.Yunqa görə şəxsi şüursuzluq öz başlanğıcını uşağın anadan olduğu gundən əldə edir və bütün həyatı boyu formalaşır. Şəxsi şüursuzluq insanın artıq keçirmiş olduğu, lakin ya unutduğu, ya sıxışdırılmış müxtəlif hissləri, duyğuları, xatirələrini özünə daxil edir. Bununla belə şəxsi şüursuzluq zərurət olduqda dərk oluna bilər. Bu zaman o şüurda müəyyən tənzim funksiyasını yerinə yetirir və insanı öz gücünə və ya zəifliyinə inanmasına məcbur edir.
Şüursuzluğu K.Yunq «kölgə» adlandırır. Onun fikrincə «kölgə» insan şəxsiyyətinin ən primitiv və qaranlıq cəhətlərini özünə daxil edir və öz başlanğıcını heyvan əcdadlarımızın amoral həzzlərindən alır ki, bu da cəmiyyətin normal həyat və fəaliyyəti üçün tamamilə qəbuledilməzdir. Lakin özünün amorallığına baxmayaraq «Kölgə» bizim bir çox yaradıcı ehtiraslarımızın və dərin emosional təəssüratlarımızın mənbəyini təşkil edir.
Kollektiv şüursuzluğu həqiqi mənada K.Yunqun ən böyük kəşfi hesab etmək olar. Bu kəşf onun adını ölməz etmişdir. K.Yunqun fikrincə yeni doğulmuş uşaq heç də ağ lövhə deyildir. Belə ki, yeni doğulmuş uşaqda yaşlılıq dövründə onun davranışını şərtləndirən anadangəlmə tendensiya öz əksini tapır. Bu tendensiyalar K.Yunq tərəfindən arxetiplər adlandırılmışdır. Arxetip nəsildən- nəslə keçirilən, insan şüurunda bilavasitə öz əksini tapan surətlərin, istək və davrvnış formalarının fövqaladə mürəkkəb əlaqəsindən ibarətdir.
Yunq ekstroversiya və introversiya anlayışlarını şəxsiyyətin tipologiyasının əsası kimi psixologiyaya daxil etmiş, ekstrovertiv və introvertiv tipləri xarakterizə etmişdir. Ekstrovertiv şəxsiyyət özünün bütün maraqlarını xarici aləmə yönəltdiyi halda, introvertiv şəxsiyyətdə bu maraqlar, bütün həyat energiyası özünə, özünün daxili aləminə yönəldilmiş olur.
Nəhayət, şəxsiyyət haqında klasik nəzəriyyələrdən biri də, əvvəl qeyd etdiyimiz kimi, Avstriya psixoloqu Alfred Adlerin (1870- 1937) fərdi psixologiya nəzəriyyəsidir. Onun fikrincə insanda ən əsas onun təbii instinktləri deyil, «birlik hissidir». Bu hiss anadangəlmədir, lakin sosial cəhətdən inkişaf etdirilməlidir.
A.Adler şəxsiyyətin formalaşmasına təsir edən üç mühüm münasibəti qeyd edir: başqa adamlara münasibət, əməyə münasibət, başqa cinsə münasibət. Adlerə görə şəxsiyyətin strukturunu müəyyən edən əsas motiv və tendensiyalar aşağıdakılardır: 1) özünün gücsüzlüyünü hiss etmək; 2) təkmilləşməyə və üstünlük əldə etməyə cəhd; 3) birlik hissi və ya sosial hiss. Onun fikrincə bu tendensiyalar anadangəlmə deyildir. Daha doğrusu, uşaq doğularkən ona hazır şəkildə verilmir; o, dünyaya gələrkən insan nitqinə qabillik onun anatomiyasında olduğu kimi, bu tendensiyalar üçün də potensial imkan olur.
Dostları ilə paylaş: |