Dərslik Prof. S.İ. Seyidov və prof. M.Ə. Həmzəyevin elmi redaktorluğu ilə



Yüklə 1,29 Mb.
səhifə63/297
tarix04.11.2022
ölçüsü1,29 Mb.
#67301
növüDərslik
1   ...   59   60   61   62   63   64   65   66   ...   297
psix

Şəxsiyyətin biheviorist nəzəriyyəsi də psixologiya tarixində özünə müvafiq yer tutmuşdur. Bu sahədə B.F.Skin­nerin (1904-1990) nəzəriyyəsi xüsusilə diqqəti cəlb edir. B.Skinner müasir Amerika biheviorist psixologiya məktəbinin nümayəndəsi olmuşdur. O, neobiheviorizmin əleyhinə çıxmış, psixologiya yalnız stimul, reaksiya və həmin reaksiyanın möhkəmləndirilməsinin zahiri müşahidə olunan qanunauyğunluqlarını qeyd etməklə kifayətlənmişdir. B.Skin­er «Operant» (operasiya, əməliyyat sözündən) öyrənmə konsepsiyasını irəli sürmüşdür. Bu konsepsiyaya görə orqanizm məhz ona görə yeni reaksiya verir ki, özü onu möükəmləndirir və yalnız bundan sonra xarici stimul reaksiya yaradır. İlk növbədə Skinner operant davranışı bir sıra orijinal metodika və cihazları tətbiq etməklə öyrənmişdir. O, proqramlaşdırılmış təlimin əsasını qoymuşdur.
A.Bandur və D.Dollardın sosial təlim nəzəriyyələri də şəxsiyyətin biheviorist nəzəriyyələri içərisində özünəməxsus yer tutmuşdur.
Nəhayət, humanist nəzəriyyə də şəxsiyyət haqqında psixoloji nəzəriyyələr içərisində özünə sanballı yer tutmuşdur. Bunlardan K.Rocersin və A.Maslounun özünüaktuallaşdırma nəzəriyyəsi və R.Meyyin ekzistensional psixologiyası xüsusi diqqət doğurur. Həmin nəzəriyyə tərəfdarları şəxsiyyətə cəmiyyətdəki həyat və fəaliyyət prosesində yaranan hər hansı bir psixoloji törəmə kimi, insan təcrübəsinin inkişafı, ictimai davranış formalarının mənimsənilməsi məhsulu kimi baxırlar.
Həmin istiqamətin nümayəndələrinin əsərlərində tez- tez belə bir fikir irəli sürülür ki, insanda əvvəlcədən humaniod, altruistik tələbatlar mövcud olur və məhz həmin tələbatlar insan davranışının mənbəyini təşkil edir.
Humanist psixologiya məktəbinə mənsub olan amerika psixoloqu Karl Rocers (1902- 1987) şəxsiyyətin strukturunun fundamental komponenti kimi mən konsepsiyasını qəbul etmişdir. Onun nəzəriyyəsi özünüaktuallaşdırma adı ilə məşhurdur. Onun fikrincə mən konsepsiya subyektdə ətraf mühit (birinci növbədə sosial mühit) arasındakı qarşılıqlı təsir prosesində formalaşır və onun davranışının özünütənziminin inteqral mexanizmini təşkil edir. Mən konsepsiya və ideal mən haqqındakı təsəvvürləri arasındakı uyğunlaşma, eləcə də bilavasitə real təcrübə və real «mən» arasındakı uyğunluğun pozulması özünüaktuallaşdırma cəhdi yaradır.
Karl Rocersə görə hətta ən ilkin tələbat və cəhd insana o şəraitdə təsir göstərə bilər ki, onlar müvafiq normalara uyğun olsun. Onun fikrincə tələbat müsbət qiymətləndirildikdə şəxsiyyətin inkişafı ilə yanaşı həmin tələbatlar daha da əsaslı olmağa başlayır və son nəticədə insan öz orqanizminin tələbatlarının ödənilməsindən çox, başqa adamların onu bəyənməsinə və ona hörmət etməsinə ehtiyac duymağa başlayır. Hörmət əsasında özünəhörmət baş verir ki, bu da fərdin mühüm tələbatlarından birinə çevrilir.
Humanist psixologiyanın ən ifrat nümayəndələrindən biri amerikan psixoloqu Abraham Maslau (1908- 1970) olmuşdur. O, şəxsiyyət tələbatlarının ierarxik quruluşunu vermişdir. Bununla əlaqədar olaraq o, insan tələbatlarının yeddi səviyyəsini qeyd etmişdir (bax, şəkil 8). Bunu həmin tələbatların ierarxik piramidası kimi təsəvvür etmək olar.
Şəkildən göründüyü kimi burada ən aşağı səviyyədə olan fizioloji tələbatlardan başlayaraq ən ali tələbat olan özü­nüaktuallaşdırmaya qədər ierarxik yüksəliş baş verir:

  • Fizioloji (üzvü) tələbatlar

  • Təhlükəsizliyə tələbat

  • Mənsubiyyətə və məhəbbətə tələbat

  • Hörmətə olan tələbat

  • İdrak tələbatları

  • Estetik tələbatlar.

  • Özünüaktuallaşdırmaya tələbat

Nəhayət, şəxsiyyətin humanistik nəzəriyyələrinə R.Meyyin (1909- 1994) ekzistensional psixologiya nəzə­riyyəsi də daxildir. Bu nəzəriyyə humanistik psixolo­giyanın istiqamətlərindən birini təşkil edir. Ekzistensional psixo­logiyanın öyrəndiyi sahələr aşağıdakılardan ibarətdir: 1) za­man, həyat və onun problemləri; 2) azadlıq, məsuliyyət və seçmə problemləri; 3) ünsiyyət, məhəbbət və tənhalıq prob­lemləri; 4) yaşamağın, mövcud olmağın mənasını axtarmaq problemləri.


Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   297




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin