Dərslik Prof. S.İ. Seyidov və prof. M.Ə. Həmzəyevin elmi redaktorluğu ilə


Şəxsiyyətin fəallığı və onu təmin edən amillər



Yüklə 1,29 Mb.
səhifə65/297
tarix04.11.2022
ölçüsü1,29 Mb.
#67301
növüDərslik
1   ...   61   62   63   64   65   66   67   68   ...   297
psix

Şəxsiyyətin fəallığı və onu təmin edən amillər. Əvvəl qeyd edildiyi kimi, şəxsiyyət gerçəkliyi dərk edib dəyiş­dirməyi bacaran, fəaliyyət göstərən konkret canlı insandır. Deməli, şəxsiyyət ictimai münasibətləri dərk edən, həmin münasibətlər qovuşuğunda formalaşan subyekt, daha doğrusu fəal varlıqdır. Məhz onun fəallığı onun üçün fərqləndirici əlamət rolunu oynayır. Şəxsiyyət fəaliyyətin köməyi ilə gerçək aləmlə fəal qarşılıqlı təsir prosesində təşəkkül tapır.
Bəs insan şəxsiyyətinin fəallığı nə ilə bağlıdır, onu təmin edən amillər nədən ibarətdir? Bu sual uzun illər ərzində kəskin mübahisələrin meydana gəlməsinə səbəb olmuşdur. Yuxarıda şəxsiyyət haqqında nəzəriyyələrdən danışarkən qeyd olunduğu kimi, şəxsiyyətin davranışını, onun fəallığını təmin edən amillər müxtəlif istiqamətdə öz əksini tapmışdır. Bunu aydın görmək üçün görkəmli psixoloq K.Levinin təklif etmiş olduğu formulaya nəzər salaq1.
K.Levin şəxsiyyətin davranışını təmin edən amilləri təhlil etmək üçün B=F (P, E) formulunu təklif etmişdir. Bura­da B-davranış; F-funksional asılılıq işarəsi; P- şəxsiy­ətin daxili subyektiv xassələri; E- sosial mühiti bildirir.
K.Levinə görə şəxsiyyətin davrvnışını, fəallığını psixodinamik istiqamət­dən izah edən istiqamətin baxışlarını həmin formulaya tətbiq etdikdə B= F(P) alınır. Bu isə o deməkdir ki, psixodinamik istiqamətdə şəxsiyyətin davranışı faktiki olaraq yalnız fərdin daxili subyektiv psixoloji xassələri ilə əlaqələndirilir və onunla izah olunur. Burada sosial mühitin rolu nəzərə alınmır.
Şəxsiyyət haqqında sosiodinamik istiqamətə gəldikdə, həmin nəzəriyyə tərəfdarları şəxsiyyətin davranışını xarici mühitin təsiri ilə bağlayır, şəxsiyyətin daxili xassələrinə əhəmiyyət vermirlər. Başqa sözlə B = F (E) formulu əsas götürülür.
İnteraksionistik istiqamətin tərəfdarları isə B=F (P,E) formulunu əsas götürürlər. Bununla da onlar şəxsiyyətin davranışını, fəallığını daxili və xarici amillərin qarşılıqlı təsiri ilə bağlayırlar. Bu ideyadan çıxış edən psixoloqlar şəxsiyyətin fəallığının mənbəyinin onun tələbatlarından ibarət olduğunu irəli sürürlər.

Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   297




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin