V.15.4. Temperamentin fizioloji əsasları
Əvvəlki bölmədə qeyd olduğu kimi, temperament haqqında geniş yayılmış, bütün dünya miqyasında qəbul edilən üçüncü nəzəriyyə sinir sistemi nəzəriyyəsidir. Akademik İ.P. Pavlov tərəfindən irəli sürülmüş bu nəzəriyyə ali sinir fəaliyyəti (ASF) sahəsində ən əsaslı kəşflərdən biri olmuşdur. İ.P. Pavlov bu yolla temperamentin fizioloji əsasları haqqında təlim yarada bilmişdir. Akademik İ.P.Pavlov belə bir qənaətə gəlmişdir ki, temperamentin tipləri sinir sisteminin tiplərinə əsasən formalaşır. Başqa sözlə sinir sistemi tipləri temperament tiplərinin fizioloji əsasını təşkil edir. Sinir sisteminin bu tipləri anadan gəlmə xarakter daşıyır. Ona görə də İ.P.Pavlov bu tipləri genotiplər adlandırmışdır.
Ali sinir sisteminin bu tiplərini müəyyənləşdirmək üçün akademik İ.P.Pavlov əsas sinir prosesləri olan oyanma və ləngimənin üç xassəsini əsas götürmüşdür: 1)oyanma və ləngimənin qüvvəsi; 2) oyanma və ləngimənin müvazinət dərəcəsi; 3) oyanma və ləngimənin mütəhərrikliyi.
İtlər üzərində apardığı uzunmüddətli tədqiqatlar əsasında akademik İ.P.Pavlov ali sinir fəaliyyəti tiplərinin təsnifatını vermişdir. O, oyanma və ləngimənin güvvəsi xassəsinə görə itləri güvvətli və zəif olmaqla iki yeə ayırmış və burada zəif sinir fəaliyyəti tipinin ayrıldığını qeyd etmişdir. Oyanma və ləngimənin ikinci xassəsi olan müvazinət dərəcəsinə görə qüvvətli xassəyə malik olan heyvanların da iki yerə ayrıldığını göstərmişdir: cəld (diribaş) və asta tip. Nəticədə ali sinir fəaliyyətinin heyvanlar və insanlar üçün eyni olan aşağıdakı tiplərinin olduğu aşkarı çıxarılmışdır: 1) zəif; 2) hövsələsiz ;
3) diribaş (cəld); 4) sakit.
Aşağıdakı şəkildə bu tuplərin necə yarandığını əyani şəkiuldə görə bilirik.
Zəif S.S.T.
Qüvvətli
Müvazinətli
Müvazinətsiz S.S.T.
Sinir sistemi tipləri
Diribaş S.S.T.
Sakit S.S.T.
Şəkil 16
Akademik İ.P.Pavlov belə bir qənaətə gəlmişdir ki, güvvətli, müvazinətsiz xassəyə malik olan hövsələsiz (coşğun sinir sistemi tipi xolerik temperament tipinin; qüvvətli, müvazinətli; mütəhərrik xassəyə malik olan diribaş (zirək) sinir sistemi tipi sanqvinik temperament tipinin; qüvvətli, müvazinətli, asta xassəyə malik olan sakit sinir sistemi tipi fleqmatik temperament tipinin fizioloji əsasını təşkil edir.
Dostları ilə paylaş: |