Astenonevrotik tip – bu tip həddən artıq vasvasılığı, şıltağlığı, yoruculuğu və tündməcazlığı ilə xarakterizə olunur;
Senzitiv tip – o hər şeyə qarşı yüksək həssaslıq göstərir. Bu yeniyetmələr böyük məclisləri və hərəkətli oyunları sevmirlər, onlar adətən utancaq və qorxaqdırlar;
Psixoastenik tip – bu tipli yeniyetmələr intellektin erkən və sürətli inkişafı ilə, düşüncə və xəyallara dalmağa meylliliklə xarakterizə edilirlər. Buna baxmayaraq, onlar çox vaxt işdə deyil, sözdə güclü olurlar. Özünə inam qərarsızlıqla uyğunlaşır. Tanış adamlar arasında özlərini daha yaxşı hiss edirlər.
Şizoid tip - əsas xüsusiyyətlərindən biri qapalılığıdır. Onların iç dünyası müxtəlif fantaziyalarla zəngindir. Hisslərini biruzə verməkdə onlar kifayət qədər təmkinlidirlər, heç də həmişə ətrafdakılar onları başa düşmür. Qaradinməz, bir iş olanda özünü kənara çəkəndir.
Epileptoid tip – bu tipli yeniyetmələr tez-tez ağlayırlar, ətrafdakıları təngə gətirirlər, xüsusən də erkən uşaqlıqda. Liçkonun qeyd etdiyi kimi, bu uşaqlar həmçinin heyvanlara əzab verməyi, özlərindən balacalara sataşmağı, köməksizləri lağa qoymağı sevirlər. Uşaq kompaniyalarında özlərini diktator kimi aparırlar. Onların tipik xüsusiyyətləri - qəddarlıq, hökmranlıq, özünə vurğunluqdur.
İsteroid tip – bu tipin əsas əlamətləri – eqosentrizm, şəxsən özünə daima diqqət duyğusudur. Bu cür yeniyetmələrdə tez-tez şıltaqlığa, özünü göstərməyə, teatrallığa meyl özünü biruzə verir. Onlar üçün ətrafdakıların diqqətini özünə cəlb etmək və öz ünvanına ona məftun olduqlarını, təriflədiklərini eşitmək arzusu ən zəruri ehtiyaclardan birinə çevrilir.
Qeyri-sabit tip – bu tipi həmişə səhv olaraq zəif iradəli, kütlədən seçilməyən bir tip kimi xarakterizə edirlər. Onlarda əyləncələrə böyük həvəs meyli özünü göstərir.
Konform tip – bu tipə aid olan yeniyetmələr hər hansı avtoritetə sözsüz itaət nümayiş etdirirlər. “Hamı necə, mən də elə” ideyasını əsas götürürlər. Öz şəxsi maraqları naminə yoldaşlarını satmağa hazırdırlar.