Dərslik Prof. S.İ. Seyidov və prof. M.Ə. Həmzəyevin elmi redaktorluğu ilə



Yüklə 1,29 Mb.
səhifə176/297
tarix04.11.2022
ölçüsü1,29 Mb.
#67301
növüDərslik
1   ...   172   173   174   175   176   177   178   179   ...   297
psix

V. 16.4. Xarakter və şəxsiyyət


Xarakterin tiplərinin mövcud olan bütün konsep­siya­larının çox ciddi bir çatışmazlığı var. Məsələ ondadır ki, hər bir insan fərddir və heç də həmişə müəyyən bir tipə aid edilməyə bilər. Çox vaxt eyni insanda xarakterin ən müxtəlif əlamətləri kifayyət qədər inkişaf etmiş olur. Praktik olaraq, xarakterin tiplərinin bütün təsvirlərində ən müxtəlif cinsli və ya daha düzgün desək ən müxtəlif qəbildən olan xüsusiyyətlərinin birləşməsini tapmaq olar.


Başqa cür desək, onlarda bütöv şəkildə həm xarakterin, həm də şəxsiyyətin xüsusiyyətləri mövcuddur. Məsələn, şizo­idlərin xarakteristikasını verərkən E.Kreçmer formal, yəni davranışın yönümündən asılı olmayan (xarakterin xüsusiy­yətləri): ünsiyyətsizlik, təmkinlilik, ciddilik, qorxaqlıq, sen­timentallıq kimi xüsusiyyətləri, o biri tərəfdən isə daha məzmunlu, şəxs əsaslı “insanları xoşbəxt etməyə çalışmaq”, “nəzəriyyəbaz prinsiplərə meyl”, “sarsılmayan əqidə möh­kəmliyi”, “baxışlarının təmizliyi”, öz ideyaları uğrunda müba­rizəyə mətin olaraq çalışmaq və s. kimi xüsusiyyətləri sada­layır.
P.B.Qannuşkinin paranoyyalı tiplərə verdiyi təsvirdə həmçinin psixoloji xarakteristikaların – dinamikliyindən tutmuş dünyabaxışına qədər bütün xüsusiyyətlərini tapmaq olar.
Bu cür misalları çoxaltmaq da olar. Xarakterin tiplərinin təsvirinə daxil olan "müxtəlif tipli” əlamətlər tamamilə təbiidir. Amma Gippinreyterin fikrincə xarakterin tam, təsvirlərinin geniş təhlilə ehtiyacı var, lakin xarakterin təsvirinin müəllifləri bunu etmirlər.
Psixoloji ədəbiyyatda şəxsiyyətin xarakterlərinin forma­laş­ması haqqında ümumi nəzəriyyənin işlənib hazırlanması haq­qında çox maraqlı və dəyərli təcrübələr var. Buna biz təxminən yüz il bundan əvvəl yazılmış A.F.Lazurskinin əsərlərində rast gəlirik. A.F.Lazurski “endopsixika və ekzo­psixika” anlayışlarını təsdiq etmişdi. “Endopsixika” anlayışı dedikdə o xarakter, temperament və əqli qabiliyyətlərin də aid edildiyi daxili psixi (psixofizioloji) funksiyaların məcmuunu nəzərdə tutur. Şəxsiyyətin münasibətini – təbiətə, cəmiyyətə, mənəvi dəyərlərə münasibətlərinin cəmini isə o “ekzo­psixika”ya aid etməyi təklif edir. Şəxsiyyətin yetkin­liyinin müxtəlif dərəcələrini nəzərdən keçirərək Lazurski onları üç: aşağı, orta yüksək (ali) səviyyələrə ayırır. Səviyyələr arasında fərqin əs.gasını o endopsixikadan ekzopsixikaya keçiddə görür.
Aşağı səviyyənin nümayəndələrini Lazurski aşağıdakı tiplərə bölür: “dərrakəli”, “tez qızışan”, “fəal”. Ehtimal ki, burada təsnifat müəyyən şəxslərin necə hərəkət etdikləri və necə yaşadıqlarının əlamətlərinə görə aparılır. Müəllif ali səviyyəyə insanları aparıcı fəaliyyət növlərində iştirakına görə müəyyən edir. Ali səviyyəyə aid olan şəxsiyyətlər nəyə əsl meylləri olduqlarını (məsələn, “biliyə”, “gözəlliyə”, “altu­rizmə”) tez müəyyən edirlər.
Beləliklə, demək olar ki, aşağı səviyyədən ali səviyyəyə keçərkən A.F.Lazurski insan şəxsiyyətinin xarakter əlamət­lərini şəxsiyyətin xüsusiyyətləri ilə əvəz edir.

Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   172   173   174   175   176   177   178   179   ...   297




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin