Dərslik Prof. S.İ. Seyidov və prof. M.Ə. Həmzəyevin elmi redaktorluğu ilə


Qruplarda şəxsiyyətlərarası münasibətlər



Yüklə 1,29 Mb.
səhifə73/297
tarix04.11.2022
ölçüsü1,29 Mb.
#67301
növüDərslik
1   ...   69   70   71   72   73   74   75   76   ...   297
psix

Qruplarda şəxsiyyətlərarası münasibətlər. Qruplarda şəxsiyyətlərarası münasibətlər haqqında. Qruplarda şəxsiyyətlərarası münasibətlərin səviyyələri: vasitəsiz asılılıq, vasitəli asılılıq. ictimai vəzifələr. Psixoloji iqlim qruplarda şəxsiyyətlərarası münasibətlərin mühüm göstəricisi kimi. Şəxsiyyətlərarası münasibətlərin növləri: rəsmi, qeyri-rəsmi, şəxsi, işgüzar. Qrupların inkişaf səviyyəsindən asılı olaraq qarşılıqlı münasibətlərin xarakteri.
Qruplarda şəxsyyətlərarası seçmə. Şəxsiyyətlərarası seçmə və onun sosiometrik baxım­dan təhlili. Sosiometrik matrisa və sosioqram. Qruplarda şəxsiyyətlərarası münasibətlərdə seç­mə­­nin motivləşməsi. Şəxsiyyətlərarası seçmənin referentometriya üsulu ilə öyrənilməsi.


III. 6. 1. Qruplar haqqında anlayış


İnsan cəmiyyət daxilində doğulub yaşayır. Hər bir fərd nəinki bioloji, eyni zamanda sosial irsə sahib olub, konkret mühitdə və cəmiyyətdə mövcud yaşayış tərzini, görüşləri, adət və ənənələri təkrar edir. Bu baxımdan hər bir şəxs konkret cəmiyyətin məhsulu, öz dövrünün övladıdır. Burada insan birliyi xüsusi rol oynayır. Əgər insan tək, tənha yaşasaydı nə onun bir şəxsiyyət kimi formalahması, nə də öz tələbatlarını ödəməsi işi istənilən səviyyədə gedə bilməzdi. Məhz buna görə də bəşər tarixində insanlar daima müəyyən qruplarda birləşir və fəaliyyət göstərirlər.


Bəs hər cür insan birliyini qrup adlandırmaq olarmı? Qrupları səciy­yələndirən əsas amillər nədən ibarətdir? Bu kimi suallara cavab vermədən qruplar, onların rolu və funksiyalarını da düzgün dərk etmək mümkün deyildir.
Hər şeydən əvvəl hər cür insan birliyini, məsələn, təsadüfən avtobusda, metroda, küçədə birgə gedən adamları qrup adlandırmaq düzgün deyildir. Bu adamlar fiziki cəhətdən birləşmiş fərdlər olmaqla, bir-birlərinə qarşılıqlı təsir göstərmirlər. Hər hansı bir insan birliyini qrup adlandırmaq üçün həmin adamların vahid məqsəd uğrunda birgə fəaliyyətə girişməsi tələb olunur. Bu cür ümumi mənafe və birgə fəaliyyət olmadıqda insanların birliyinin son məqsədi də məlum olmur. Bu cür təsadüfi birləşmədə insanların bir-birinə qarşılıqlı təsiri, onların bir-birini qavraması halları da aradan çıxır. Bu baxımdan görkəmli amerika psixoloqu D.Mayersin qrupa verdiyi tərif diqqəti cəlb edir. «Qrup bir-birinə qarşılıqlı təsir göstərən, bir-birinə uzun müddət təsir göstərməklə özlərini «biz» kimi qavrayan iki və daha artıq insan birliyidir»1. Məhz buna görə də qrupları sosial mənsubiyyətə, birgə fəaliyyətin və ünsiyyətin xarakterinə görə birləşən insan birliyi kimi səciyyələndirmək lazım gəlir.

Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   297




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin