Seidov S.İ. Psixoloqiə menedjmenta. - Baku, 2000, s. 102-126; 168-200.
Kovalev A.Q. Psixoloqiə liçnosti. - M., 1970, s.5-22
Nemov R.S. Psixoloqiə. V 3-x kn., kn.1 – M., 1998.
Mayers D. Psixoloqiə. – Minsk, 2001, s. 564-611.
Psixoloqiə liçnosti. Tekstı. – M., 1982, s. 11-41.
Zayqarnik B.V. Teoriə liçnosti v zarubejnoy psi- xoloqii. – M., 1982.
Medjidova S.M. Psixoloqiçeskie tipı. Tipoloqiə «69». Baku, 2001.
Mamedova Q.K. Problemı tipoloqii liçnosti v psixoloqii i xudojestvennoy literature.- Baku, 2003.
Bodalev A.A. Psixoloqiə o liçnosti. – M., 1988, s. 31-59
Psixoloqiə formirovaniə i razvitiə liçnosti. – M., 1981.
6-cı F Ə S İ L
QRUPLARIN PSİXOLOGİYASI
Q ı s a x ü l a s ə
Qruplar haqqında anlayış. Qrupları səciyyələndirən əsas amillər. Qrup sosial mənsubiyyətə, birgə fəaliyyətin və ünsiyyətin xarakterinə görə birləşən insan birliyi kimi. Sosial qruplar və onların adi insan birldiyindən fərqi. Sosial qrupların funksiyaları.
Qrupların təsnifatı. Böyük və kiçik qruplar. İlkin qruplar və onları səciyyələndirən xüsusiyyətlər. Kiçik qrupların növləri: şərti və real qruplar; rəsmi (formal) və qeyri rəsmi (qeyri-formal) qruplar; referent (etalon) qruplar.
Kiçik qrupların fenomenologiyası və strukturu. Kiçik qrupların fenomenologiyası haqqında anlayış. Qrup üzvlərinin mövqeləri və statusu, fərdin kiçik qrupdakı daxili yönəlişliyi (ustanovkası). Kiçik qrupların həcmi və strukturu. Qrupdaxili kommunikasiyanın struktur tipləri və variantları. Mərkəzləşdirilmiş kommunikasiya strukturu, tipi və onun variantları: frontal, radial, ierarxık; mərkəzləşdirilməmiş kommunikasiya strukturu tipi və onun variantları: zəncirvari, dairəvi və tam; onların xarakteristikası. Kiçik qruplarda psixoloji uyuşma və onun istiqamətləri: struktur, funksional və adaptiv; onların pstxoloji xarakteristikası. Qrup təzyiqi fenomeni və onun xüsusiyyətləri: konformizm (konformluq), qrupdaxili təlqin və nonkonformizm qrup təzyiqi hadisələri kimi. «Qrup qütbləşməsi» fenomeni. Qruplarda rəhbərlik və liderlik problemi. Rəhbərlik və liderlik anlayışlarının müqayisəli təhlili. Qruplarda rəhbərlik üslubu və onun tipləri: avtokratik, avtoritar, demokratik, laqeyd və qeyri sabit.