Gedişi və proqnozu Dəridə və selikli qişalarda baş verən dəyişikliklər qlükokortikoidlərə, imunsupressiv
preparatlara və plazmaferezə pis reaksiya verirlər. Xəstələrin əksəriyyətində assosiasiya
olunmuş şiş kənar edildikdən sonra sağalma baş verir. Ona görə də xəstəliyin proqnozu
şişin yaranmasından asılıdır.
Laborator məlumatlar Histopatologiya Histopatoloji dəyişikliklərin müxtəlifliyi histoloji şəklin polimorfluğuna uyğun gəlir.
Suprabazal akantolitik qovuqlar, keratinositlərin nekrozları və bazal keratinositlərin va-
kuol degenerasiyası üstünlük təşkil edir. Papuloskvamoz dəyişikliklərdə intraepidermal
akantoliz olmaya bilər. Ona görə də biopsiyaların təkrar aparılması vacibdir.
İmmunoloji müayinələr Düz immunfluoressensiya zamanı vulqar pemfiqusda olduğu kimi epidermisin
hüceyrləri arasında IgG-nin çökməsi müşahidə olunur, lakin ona nisbətən daha az və
qeyri-bərabər şəkildə paylanmışdır. Bununla eyni vaxtda bazal-membran zonasında
qranulyar və ya komplement amillərinin xətvari presipitatları aşkar edilir. Qeyri-düz
immunflüoressensiya vasitəsilə xəstələrin qan zərdabında autoantitellərin olması təsdiq
edilir ki, onlar vulqar pemfiqusdan fərqli olaraq sidik kisəsində silindrik və ya keçid
epiteli, bronxların selikli qişası, nazik bağırsağın, hətta əzələlərin və qalxanvari vəzin
toxuması ilə birləşirlər.
XRONİK ANADANGƏLMƏ AİLƏVİ PEMFİQUS Sinonim: Heyli-Heyli xəstəliyi.
Bu, xronik ailəvi xəstəlik olub vulqar pemfiqusa, yarpaqşəkilli pemfiqusa və onla-
rın yarım növlərinə heç bənzəmir. Proses autosom-dominant irsiyyət tipi üzrə ötürülən
müxtəlif gen penetrasiyaları olan dəri xəstləyidir. Sporadik hallarla rast gələrək HLA-B8
ilə assosiasiyaları güman edilir. Nadir xəstəlikdir və sürtünmə, günəş şüaları, soyuq və
ya isti ilə, mikrob infeksiyası ilə provokasiya oluna bilər. Gen lokusunun müayinələrin-
327
dən göründüyü kimi, Darye xəstəliyi ilə əlaqəsi yoxdur.