Dərslik rəHBƏRLİk azərbaycan Respublikası Təhsil Nazirliyinin 24 saylı



Yüklə 18,24 Mb.
Pdf görüntüsü
səhifə217/446
tarix20.10.2023
ölçüsü18,24 Mb.
#157964
növüDərs
1   ...   213   214   215   216   217   218   219   220   ...   446
DERMATOLOGİYA-dərslik 1

BRAZİLİYA PEMFİQUSU
Sinonimlər: braziliya yarpaqşəkilli pemfiqusu, fogo selvagem
Fogo selvagem yarpaqşəkilli pemfiqusa çox oxşayan endemik xəstəlikdir. Bu xəstəlik 
Braziliyanın mərkəzi və qərbi hissəsində, həmçinin şimali Argentina, Paraqvay, Bolivi-
ya, Peru və Venesuelada yayılmışdır. Xəstəlik çox vaxt ailəvi xarakter daşıyır və əsasən 
30 yaşa qədər gənc qadınları zədələyir. O, əsasən kəndlərdə tropik meşə rayonlarında 
rast gəlinir. Meşəni təmizlədikdən və yaxşı evlər tikdikdən sonra xəstəliyin rast gəlmə 
tezliyi aşağı düşür. Epidemioloji müayinələr onu göstərir ki, bu rayonlarda xəstəlik in-
feksion mənşəlidir. Çox güman ki, indiyə qədər hələ məlum olmayan ətraf mühit amil-
ləri tərəfindən törədilir. Proses qara milçəklər vasitəsilə (simulium prunosium) yayılır, 
həmçinin virus mənşəli olması ehtimalı da var.
 Klinik şəkil
Üzdə və başın tüklü hissəsində, həmçinin sinə və kürək nahiyəsində yastı qovuqlar 
yaranaraq onlar tezliklə partlayır və eroziyalı səthdə laylı pulcuqlu qartmaqlar əmələ 
gətirir. Bu dəyişiklkilər bir neçə il ərzində qala bilər. Yarpaqşəkilli pemfiqusda olduğu 
kimi, ikincili eritrodermiyaya hallarına keçməsi mümkündür. Selikli qişalar zədələnmir. 
Xəstəliyin tam formalaşmış gedişində xəstələr dəridə alovdan sonra baş verən göynəmə 
hissiyatından şikayətlənirlər, xəstəliyin adı da buradan götürülmüşdür: fogo selvagem – 
vəhşi alov. Zədələnmə ocaqlarında Nikolski fenomeni həmişə müsbətdir. 
Xəstəlik zamanı letallıq 5%-ə çatır. 55%-dən yuxarı xəstələr qlükokortikidləri uzun 
müddətli (bir neçə il ərzində) tətbiq etdikdə sağalırlar, digərləri terapiyanın daha uzun 
müdətli aparılmasına ehtiyac duyurlar.
Laborator mədumatlar
Histopatologiya
Yarpaqşəkili pemfiqusda olduğu kimidir.
Sitoloji müayinələr
Qovuğun dibindən götürülmüş yaxmanın sitoloji müayinəsi: pemfiqus hüceyrələri 


324
(Tsank hüceyrələri) həmişə müsbətdir.

Yüklə 18,24 Mb.

Dostları ilə paylaş:
1   ...   213   214   215   216   217   218   219   220   ...   446




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin