Dərslik rəHBƏRLİk azərbaycan Respublikası Təhsil Nazirliyinin 24 saylı



Yüklə 18,24 Mb.
Pdf görüntüsü
səhifə216/446
tarix20.10.2023
ölçüsü18,24 Mb.
#157964
növüDərs
1   ...   212   213   214   215   216   217   218   219   ...   446
DERMATOLOGİYA-dərslik 1

Laborator məlumatlar 
Histopatologiya
Yuxarı epidermisdə, yəni yuxarı Stratum spinosum və ya Stratum granulosum-da 
akantolitik yarığın və ya qovuqların əmələ gəlməsi nəzərə çarpır. Yüngül akantoliz, pa-
pillomatoz və hiperkeratoz formasında ikincili epidermal dəyişikliklər, həmçinin epider-
misin hüceyrələrində diskeratotik dəyişikliklər də əlavə oluna bilər. Buynuz qatda, bir 
qayda olaraq, kəskin iltihab reaksiyası bəzən böyük miqdarda eozinofilli leykositlərlə 
birgə aşkar edilir.
Qovuğun dibindən götürülmüş yaxmanın sitoloji müayinəsi
Qovuğun dibindən eroziv sahələrdən götürülmüş yaxmada pemfiqus hüceyrələrinin 
olması asanlıqla təsdiq edilir.
İmmunoloji müayinələr
Düz və qeyri-düz immünflüoressensiya vasitəsilə yarpaqşəkilli pemfiqusu vulqar 
pemfiqusdan dürüst fərqləndirmək olmaz. Hər iki xəstəlik epidermisdə torşəkilli hücey-
rəarası sahədə anticisimlərin çökməsi ilə səciyyələnir. Yarpaqşəkilli pemfiqus zamanı 
anticisimlər, əsaən IgG4 yarımfraksiyasına aiddir. Yarpaqşəkilli pemfiqusun anticisim-
ləri qan zərbadında dəniz donuzunun yemək borusunda qeyri-düz immünflüoressensiya 
zamanı daha yaxşı görünürlər. Lakin onlar yarpaqşəkilli pemfiqusla xəstələrin heç də ha-
mısında aşkar edilmirlər, ona görə də müayinəni tez-tez təkrar etmək lazımdır. Yarpaqşə-
killi pemfiqusda müxtəlif antigen spesifikliyin olmasını və ya qan zərdabında vulqar 
pemfiqusun anticisimlərinin olmasını yalnız xüsusi immunloji metodikanın vasitəsilə, 
məsələn immunblotinq və ya epidermal hüceyrələrin ekstraktından istifadə etməklə im-
mun presipitasiya vasitəsilə təsdiq etmək mümkündür.
Differensial diaqnoz
Xəstəliiyin əlamətlərini üzün mərkəzində, başın dərisində və sinə nahiyəsində təza-
hür etməsi xəstəliyin əvvəlcə seboreya ekzemasının və ya dərinin yarımkəskin gedişli
qırmızı qurdeşənəyinin mənzərəsini xatırladır. Lakin artıq bu zaman zədələnmiş ocaq-


323
larda kəskin iy əmələ gəlir, meydana gələn səthi törəmələr isə akantoliz nəticəsində 
asanlıqla kənar edilirlər.
Müalicə
Əvvəlcə daxilə qlükokortikoidlərlə monoterapiya, sonra vulqar pemfiqusda olduğu 
kimi, immunsupresiv preparatlarla birlikdə qlükokortikoidlərin kombinasiyalı terapiyası 
aparılır. Xəstəliyin erkən mərhələsində dapsonun tətbiqi effektiv təsir göstərə bilir.
Yerli olaraq sintetik detergentlər, dezinfeksiya vasitələri və iltihabəleyhinə (kəpək, 
yulaf küləşinin ekstraktı) və ya büzücü maddələr (palıd qabığının dəmləməsi) qatılmış 
vannalar tətbiq edilir. Flüorlaşmış qlükokortikoidləri losyonlar və ya kremlər şəklində 
işlətmək olar (lazım gəldikdə okklüziya sarğısı altında). Məlhəmləri işlətmək tövsiyə 
edilmir. İkincili bakterial və ya göbələk infeksiyalara qarşı daima nəzarət aparmalı (an-
tibiotikoqramma) və müvafiq müalicə tətbiq olunmalıdır. 

Yüklə 18,24 Mb.

Dostları ilə paylaş:
1   ...   212   213   214   215   216   217   218   219   ...   446




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin