Dərslik rəHBƏRLİk azərbaycan Respublikası Təhsil Nazirliyinin 24 saylı



Yüklə 18,24 Mb.
Pdf görüntüsü
səhifə213/446
tarix20.10.2023
ölçüsü18,24 Mb.
#157964
növüDərs
1   ...   209   210   211   212   213   214   215   216   ...   446
DERMATOLOGİYA-dərslik 1

Yerli müalicə
Xəstənin vəziyyətinin sabitləşməsi və ya pisləşməsi dərinin və selikli qişaların xa-
ricə təyin olunan müalicəsindən asılıdır. Xaricə təyin olunan tədbirlər yalnız vəziyyəti 
sabit saxlamağa xidmət edirlər, onlar ikincili infeksiyaların yaranmasına mane olmalı 
və elementlərin sağalmasına kömək etməlidirlər. Xarici qlükokortikoidlər o qədər də 
səmərəli deyildirlər. Antibiotikoqramma vasitəsilə bakterial və mikotik çirklənmənin 
səviyyəsi üzərində ciddi nəzarət aparılmalıdır. Eroziyaları müalicə etmək üçün Piolizin 
heli, Kalendula heli, Flamigel, Faqolin, Traumel hel, anilin boyaları tətbiq edilir, ağız 
boşluğunun selikli qişası nahiyəsində iltihabəleyhinə, antibakterial və anesteziyaedən 
mayelərdən- Vinsel-aerozol, Sanagel istifadə etməklə ağzın dəfələrlə qarqara edilməsi 
həyata keçirilir. Həmçinin marqans və detergentlər əlavə etməklə vannalar da faydalıdır. 


320
VEGETASİYAEDİCİ PEMFİQUS
Vegetasiya edən pemfiqus – vulqar pemfiqusun xüsusi forması olub xəstələrdə məh-
dud papillomatoz törəmələrin yaranması və xəstəliyin nisbətən davamlı olması ilə səciy-
yələnir. Onun 2 tipi ayırd olunur: Noyman (Neumann) və Allopo (Hallopeau).
VEGETASİYAEDİCİ NOYMAN PEMFİQUSU
Bu xəstəlik vulqar pemfiqusu olan xəstələrdə özbaşına, yaxud da qlükokortikoidlərlə 
aparılan müalicə zamanı inkişaf edir. Adətən kövşək ağımtıl-tutqun qovuqlarla başlayır 
onlar sürətlə partlayırlar. Lakin eroziv səthlərdə sağalma baş vermir, ancaq papillomatoz 
törəmələr (vegetasiyalar) inkişaf edir. Onlar xüsusilə intertriqinoz sahələrdə (dodaqların 
küncü, nazolabial qırışlar, vulva nahiyəsi və anal dəliyi, qoltuqaltı və perianal nahiyə) 
əmələ gələrək, maserasiya və mikrobların artıb çoxalması nəticəsində inkişaf edirlər.
Çox vaxt ziyiləbənzər islanan və ya qartmaqla örtülmüş vegetasiyaların ətrafında kə-
narları boyunca qovuqların qalıqları aşkar edilir. Səpgilər quruyaraq ağrılı çatları olan 
ziyiləbənzər hiperkeratotik dəyişikliklərin şəklini ala bilər. Qovuqlar kəskin əmələ gəl-
dikdə xəstəlik vulqar pemfiqusa keçə bilər. Xəstəliyin gedişi daha uzun müddətli və 
terapevtik baxımdan həddən artıq problemlidir.
Histopatologiya
Güclü akantoz və papillomatoz əlamətləri olan suprabazal akantolitik qovuqlardır. 
Çox vaxt eozinofil leykositlərlə birgə intraepidermal mikroabseslər yaranır. 

Yüklə 18,24 Mb.

Dostları ilə paylaş:
1   ...   209   210   211   212   213   214   215   216   ...   446




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin