318
müəyyən edilməsi çox vaxt xəstəliyin fəallaşması ilə korrelyasiya olur və xəstəliyin te-
rapiyasına, gedişinə nəzarət məqsədilə istifadə olunur. Dərmanlarla induksiya
olunan
vulqar pemfiqusda autoantitellər qeyri-düzgün immunflüoressensiya zamanı
xəstəliyin
spontan formasında qeyd olunan eyni reaksiya ilə özünü biruzə verir.
Təqribən 1% hallarda qeyri-düzgün immunflüoressensiya zamanı pemfiqus antici-
simlərinin olması qeyri-spesifikdir, əsasən vulqar pemfiqus ilə assosiasiya etmir. Pem-
fiqusabənzər anticisimlər geniş sahəli yanıqlar, Layella sindromu, hamilə qadınların mi-
asteniyası və digər xəstəliklər zamanı ətraflı təsvir olunmuşdur.
Onlar həmçinin A və B
qan qruplarının antigenlərinin çarpaz aktivliyi nəticəsində də yarana bilərlər.
Dostları ilə paylaş: