XXVIII FƏSİL. QOVUQLU DERMATOZLAR Vulqar pemfiqus Vegetasiyaedici pemfiqus Yarpaqşəkilli pemfiqus Braziliya pemfiqusu Eritematoz pemfiqus Paraneoplastik pemfiqus Xronik anadangəlmə ailəvi pemfiqus Herpesformalı Dyürinq dermatozu Bullyoz pemfiqoid Çapıqlaşan pemfiqoid Qovuqlu dermatozlar qrupundan olan qazanılmış və spontan sağalmayan xəstəliklər
ilk öncə qovuqların yaranmasına səbəb olan və epidermisin strukturunun tamlığını po-
zan akantolitik dəyişikliklərlə səciyyələnir ki, bu da artıq mövcud olan desmosomal hü-
ceyrəarası birləşmələrin dağılması və yenilərinin əmələ gəlməsinin dəf edilməsi nəticə-
sində baş verir. Belə xəstəliklərdə epidermisin akantolitik hüceyrələri qovuğun əsasında
sitoloji yolla aşkar edilə bilər (Tsank-testi) və diaqnostik əhəmiyyət daşıya bilərlər. Au-
toantitellər akantolizə cavabdehdirlər, onlar epidermis hüceyrələrinin səthində adhezion
proteinlərə qarşı yönəlmişlər və bununla da həmin hüceyrələrin dərinin səthinə doğru
hərəkəti zamanı əlaqəyə girmək qabiliyyətinə mane olurlar. Belə antiepitelial anticisim-
lər (pemfiqus əkscisimləri) qovuq dermatozlarında epidermisin hüceyrəarası maddəsin-
də (qovuqlar və qovuqların kənar zonası) qeyri-düzgün immunflüoressensiya metodu
ilə aşkar edilə bilərlər, həmçinin xəstənin qan zərdabında dolayı immunflüoressensiya
metodu ilə bir neçə dəfə təsdiq edilə bilər.
Qovuqlu dermatozlar qrupuna aşağıdakı xəstəliklər aiddir: vulqar pemfiqus, vegeta-
siyaedici pemfiqus, yarpaqşəkilli pemfiqus, braziliya pemfiqusu, eritematoz pemfiqusu,
paraneoplastik pemfiqus, xronik xoşxassəli ailəvi pemfiqus, Qrover xəstəliyi.
VULQAR PEMFİQUS Vulqar pemfiqus – əsasən xronik xəstəlik olub dəridə və selikli qişalarda səpgilər qo-
vuqların əmələ gəlməsi ilə müşahidə edilir. Əgər o, müalicə olunmazsa, xəstəlik ölümlə
nəticələnə bilər. Pemfiqus anticisimcikləri əsasən adheziya proteinlərinə qarşı yönəlmiş-
lər, xəstənin qan zərdabında və dərinin zədələnmiş sahələrində aşkar edilirlər.
Xəstəlik geniş yayılmamış və xəstənin cinsi mənsubiyyətindən asılı deyildir. Çox
vaxt 30-60 yaşlarda olan şəxslər xəstələnirlər, lakin xəstəlik həmçinin uşaq və ahıl yaş-
larda da baş verə bilər. Yəhudi millətindən olan şəxslərdə vulqar pemfiqus digər et-
nik qruplara nisbətən daha çox qeyd olunur. Seroloji HLA-əlaməti ilə DR4 və ya DR4/
DRw6 arasında sıx assosiasiya vardır.