Dərslik rəHBƏRLİk azərbaycan Respublikası Təhsil Nazirliyinin 24 saylı



Yüklə 18,24 Mb.
Pdf görüntüsü
səhifə204/446
tarix20.10.2023
ölçüsü18,24 Mb.
#157964
növüDərs
1   ...   200   201   202   203   204   205   206   207   ...   446
DERMATOLOGİYA-dərslik 1

Residivlərin profilaktikası
Xəstəlik infeksion-allergik təbiətli olduqda infeksiya ocaqlarının sanasiyası, yanaşı 
gedən xəstəliklərin müalicəsi həyata keçirilir. Orqanizmin qeyri-spesifik rezistentliyini 
artıran vasitələr təyin olunur: immunqlobulin, vitaminlər, biostimulyatorlar, autohemo-
terapiya, stafilokokk anatoksini, ümumi UBŞ, orqanizmin möhkəmləndirilməsi. Çox-
formalı eritemanın toksik-allergik formasında allergeni və ya pasiyentdə reaksiya törə-
dən dərman vasitələrinin qrupunu müəyyən etmək vacibdir (allerqoloqun məsləhəti). 
Xəstəyə həmin dərman vasitəsinin təkrar işlədilməsinin təhlükəli olmasını mütləq izah 
etmək lazımdır. Bu dərman vasitələri haqqında məlumatlar xəstənin şəxsi kartasında 
götərilməlidir.


310
XXVII FƏSİL. GƏNƏ BORRELİOZU (laym-borrelioz)
Dərinin spiroxetlərlə törənən bakterial infeksiyaları
Borrelioz (Borrelios) sin.
Laym, Laym-borrelioz, dəri borreliozu
– xroniki, təbii-o-
caqlı, multisistemli, bakterial infeksiyadır, dərinin, sinir, ürək-damar sisteminin, da-
yaq-hərəkət aparatının, qara ciyərin, gözün və s.-nin zədələnməsi ilə xarakterizə olunur.
Epidemiologiya
• 
Borrelioz – bioloji ötürücülərin iştirakı ilə törədicinin transmissiv (vektorlu) 
ötürülmə mexanizmli antropozoonozudur
• 
Gənələrin ilin isti vaxtında aktivliyi səbəbindən xəstəliyin yaz-yay və yay-payız 
dövründə mövsümi xarakteri nəzərə çarpır
• 
İnfeksiya mənbəyi: siçanabənzər gəmiricilər (çöl siçanı, dağsiçanı) – gənənin 
inkişafının erkən fazasında preimaqo- qidalandırıcılar; cütdırnaqlı heyvanlar (sığın, ma-
ral, kənd təsərrüfatı heyvanları) imaqo qidalandırıcılar; quşların və itlərin epidemioloji 
zəncirdə müəyyən əhəmiyyəti var
• 
Xəstəliyin ötürücüləri – mülayim iqlim qurşağının meşəliklərində geniş yayıl-
mış Ixodes növündən olan gənələrdir. Xəstəliyin arealı gənə ensefalitinin arealına yaxın-
dır. Gənələr törədicini ömürlərinin sonuna kimi saxlayır və nəsildən-nəslə ötürə bilir
• 
Yoluxma, adətən meşə və meşə-parklara gedən zaman, eləcə də bağ-bostanlı 
sahələrdə baş verir
• 
İnfeksiyanın ötürülmə yolları – transmissiv, yoluxmuş gənənin dişləyərkən tü-
pürcəklə, bəzən qaşınma zamanı gənələrin fekalı ilə spesifik inokulyasiy ilə infeksiyanın 
alimentar (termiki işlənilməmiş süd məhsullarının qidada istifadə edilməsi) və bətndaxi-
li ötürülməsi
• 
Gənənin yapışması və sorması orta hesabla bir neçə saatdan bir sutkayadək da-
vam edir, tüpürcəkdə anesteziyaedici maddə olması səbəbindən çox vaxt bilinmir
• 
İnfeksiyanın törədici daşıyıcısından və ya Laym xəstəlikli xəstədən sağlam ada-
ma ötürülməsi qeyd olunmamışdır
• 
İnsanların borreliyalara meylliliyi yüksəkdir. Davamlı immunitet formalaşmır, 
xəstələnmiş şəxslər təkrarən yoluxa bilər. Laym xəstəliyi zamanı xəstələnmiş şəxslərin 
və ya onun törədicisinin daşıyıcılarının təkrar yoluxmasının qarşısını alan infeksion im-
munitet formalaşır
• 
Inkubasiya dövrü – 3 gündən 3 aya qədər, orta hesabla 3 həftə

Yüklə 18,24 Mb.

Dostları ilə paylaş:
1   ...   200   201   202   203   204   205   206   207   ...   446




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin