307
əvvəl dərman preparatları təyin edilmədikdə də inkişaf edir.
Toksik-allergik reaksiya üzün və ətrafların eriteması, ləkəli-papulyoz səpgilər və ya
çoxformalı eritema üçün səciyyəvi olan elementlər şəklində əmələ gəlməsi ilə başlayır.
Səpgi elementləri bir neçə saat və ya sutka ərzində birləşərək dəri örtüyünün bütün sət-
hini tuturlar. Sonra zərif divarlı süst qovuqların əmələ gəlməsi baş verir, onlar tezliklə
birləşərək papiros kağızına bənzəyən ağımtıl sahələri xatırladırlar. Nikolski simptomu
kəskin müsbətdir. Zədələnmə ocaqlarının travması zamanı nekroza uğramış epidermis
asanlıqla soyulyr, bu zaman dermanın məməcikli qatının qırmızı, eroziyaya uğramış
ağrılı səthi çılpaqlaşır ki, bu da II dərəcəli yanığın klinikasına uyğun gəlir. Xəstələrin ək-
səriyyətində yanaqların selikli qişası, dodaqların, konyunktivanın, cinsiyyət orqanlarının
dərisi və selikli qişası, perianal nahiyə eroziv prosesə uğrayıaraq zədələnir. Eroziyanın
epitelləşməsi qovuqların əmələ gəlməsi dövründən başlanır və xəstəliyin bütün gedişi
boyunca davam edir ki, bu da 3-4 həftə müddətini əhatə edir. Sağalma mərhələsində
çoxlu iri lövhəli qabıqvermə və nekroza uğramış epidermisin quruyaraq iri qatlar şəklin-
də qopmayan qabıqlanması müşahidə olunur. Layella sindromunun əsas klinik əlamət-
lərinin inkişafı dövründə yüksək qızdırma, qripəbənzər sindrom səciyyəvidir. Bəzən
böyrək çatışmamazlığı, traxeyanın, bronxların, mədə-bağırsaq traktının xoralı-nekrotik
dəyişiklikləri, görmə orqanları tərəfindən müxtəlif patologiyalar (korluğa qədər) inkişaf
edir. Periferik qanın müayinəsində neytropeniyanın aşkar edilməsi pis proqnostik əlamət
sayılır. Layella sindromunda letal sonluq 30%-ə çatır, əsasən zədələnmiş dərinin sahə-
sindən və xəstələrin yaşından asılı olur. (çox vaxt ahıl yaşlı şəxslər tələf olurlar). Ölü-
mün əsas səbəbləri: sepsis, mədə-bağırsaq qanaxmaları, su-elektrolit balansının kəskin
pozulması.
Yuxarıda göstərilən toksik-allergik reaksiyaların ağır formalarından başqa, derma-
toloqun təcrübəsində çox vaxt dərmanların qəbulu ilə meydana gələn digər dəri reak-
siyaları müşahidə edilir ki, onlar daha yüngül klinik gedişata malik olurlar: məsələn,
çoxformalı ekssudativ eritemanın yayılmış və fiksə olunmuş forması.
Fiksə olunmuş formada ağzın, cinsiyyət
orqanlarının selikli qişası, perianal nahiyə zə-
dələnir. Residivlər adətən keçmiş səpgilərin ye-
rində əmələ gəlir. Qovuqlar sahəsində iltihabi
proses olmaya da bilər. Residivlər üçün mövsü-
milik səciyyəvi deyildir.
Yayılmış forma üçün ümumi əlamətlər
(adətən temperatur reaksiyası) və dəri örtüyünün
digər sahələrində zədələnmə ocaqlarının yaran-
ması xarakterikdir. Xəstəliyin residivlərinin qar-
şısının alınması məqsədilə allergeni aşkar etmək
və gələcəkdə xəstənin həmin provokasiya amili
ilə təmasda olmaması üçün tövsiyələr vermək la-
zımdır.
Dostları ilə paylaş: