Dərslik rəHBƏRLİk azərbaycan Respublikası Təhsil Nazirliyinin 24 saylı



Yüklə 18,24 Mb.
Pdf görüntüsü
səhifə197/446
tarix20.10.2023
ölçüsü18,24 Mb.
#157964
növüDərs
1   ...   193   194   195   196   197   198   199   200   ...   446
DERMATOLOGİYA-dərslik 1

YENİDOĞULMUŞLARIN SKLEREMASI
Yenidoğulmuşların sklereması (Sclerema neonatorum) 
birləşdirici toxuma və də-
rialtı-piy toxumanın xəstəliyidir. Çox vaxt yarımçıq doğulmuş və zəifləmiş uşaqlarda, 
adətən u ş a ğ ı n h ə y a t ı n ı n i l k g ü n l ə r i n d ə müşahidə olunur.
E t i o l o g i y a və p a t o g e n e z aydın deyildir. Prosesin inkişafında müəyyən 
rolu o r q a n i z m i n i f r a t s o y u m a s ı və s u s u z l a ş m a s ı
K l i n i k şəkil
Proses b a l d ı r ı n d ə r i s i n d ə və ü z d ə lokalizasiya edir, ağır hallarda bütün 
dəri örtüyü, ovuc və cinsi orqanların dərisi istisna edilməklə cəlb olunur. Zədələnmə 
ocağında dəri ö d e m l i, g ə r g i n olur, g ö y ə r m i ş r ə n g d ə s o l ğ u n d u r, 
toxunduqda soyuq, qatlara yığılmır, basdıqda çökəklik əmələ gəlmir. Üz maskayabən-
zərdir, oynaqlarda hərəkət məhduddur. Ümumi vəziyyət ağırdır, əzginlik, yuxuculuq, 
hipotermiya (32˚-yə qədər), bradikardiya, tənəffüsün ağırlaşması; qanda – leykositoz, 
hipoproteinemiya, hipernatriemiya, qanın qatılığının artması müşahidə olunur. Xəstəlik 
çox vaxt letal sonluqla qurtarır.
H i s t o p a t o l o g i y a. Hipodermanın piy hüceyrələrinin dezorqanlaşması, piy 
hüceyrələrinin daxilində adi piy boyaları ilə rənglənməyən kristallar, piy paycıqlarının 
Şək.25.2. Məhdud sklerodermiyada
səpgilərin tipik lokalizasiyası


302
ətrafında – limfositlərin, histiositlərin, fibroblastların və nəhəng yad cinsli hüceyrələrin 
qranulematoz infiltratı qeyd olunur. Piy paycıqlarıarası birləşdirici toxumanın arakəs-
məsi qalınlaşmışdır.
D i f f e r e n s i a l d i a q n o s t i k a n ı yenidoğulmuşların skleredeması ilə apa-
rırlar ki, bunun üçün prosesin generalizasiyası, ümumi ağır vəziyyət, maskayabənzər üz 
xarakterik deyildir.
M ü a l i c ə. Uşağın isti mühitdə saxlanılması, qidalanmanın normallaşması, simpto-
matik vasitələr, kortikosteroid hormonları.
P r o f I l a k t I k a - yenidoğulmuşları soyuma əlamətlərindən qorumaqdır.

Yüklə 18,24 Mb.

Dostları ilə paylaş:
1   ...   193   194   195   196   197   198   199   200   ...   446




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin