Dərslik rəHBƏRLİk azərbaycan Respublikası Təhsil Nazirliyinin 24 saylı



Yüklə 18,24 Mb.
Pdf görüntüsü
səhifə193/446
tarix20.10.2023
ölçüsü18,24 Mb.
#157964
növüDərs
1   ...   189   190   191   192   193   194   195   196   ...   446
DERMATOLOGİYA-dərslik 1

K l i n i k i şəkil
Lokalizasiya – ə n ç o x a ç ı q s a h ə l ə r d ə, çox vaxt üzdə, xüsusilə də burunda, 
yanaqda, alında, qulaq seyvanında, dodağın qırmızı haşiyəsində və başın tüklü hissəsin-
də. Daha az sinə, kürək, əl-ayaq, ağızın selikli qişasında müşahidə olunur. 
Qırmızı qurdeşənəyinin gedişatında 3 mərhələni qeyd etmək olar: eritematoz, 
infiltrativ-hiperkeratoz və atrofik. Diskli qırmızı qurdeşənəyinin ( lupus erythematodes 
discoides) başlanğıc təzahürü adətən üzün dərisində kəskin sərhədli ç ə h r a y ı m t ı 
l q a b ı q l a n a n l ə k ə l ə r lə özünü göstərir (eritematoz mərhələ). Tədricən böyü-
yərək birləşən eritematoz-skvamoz ocaqlar daha iri e r i t e m a t o z-i n f i l t r a t i v o 


295
c a q l a r a çevrilir ki, onların da üzəri bərk hopmuş ağımtıl pulcuqlarla örtülmüşdür ( 
infiltrativ-hiperkeratotik mərhələ).
Burunun və hər iki yanağın dərisini tutan zədələnmə ocaqları açılmış qanadlarla 
çox vaxt “kəpənək” və ya “ yarasa” formalarına bənzəyir. Pulcuqların qopardılması 
zamanı onların aşağı səthlərində tük follikullarının və ya piy vəzilərinin girəcəyində 
buynuzlu tikanlar şəklində elementlər görünür ( “qadın kabluku”, “dəftərxana knopkası” 
simptomu). Pulcuğun qopardılması ağrılıdır (Benye-Meşerskiy simptomu). Adətən qu-
laq seyvanında piy-buynuzlu tikancıqlar onun kənarı boyunca yerləşir və üskük səthini 
xatırladır.
Tikancıqların qulaq seyvanının kənarları boyunca sorulma prosesində ocağın mərkə-
zində ç a p ı q l ı atrofiya formalaşır, onun ardınca follikulyar hiperkeratoz, periferiya 
boyunca isə teleangiektaziya, piqmentasiya və ya depiqmentasiya elementləri nəzərə 
çarpır (atrofik mərhələ).
B a ş ı n t ü k l ü h i s s ə s i, xüsusilə də qadınlarda qırmızı qurdeşənəyi elementlə-
rinin ən çox, bəzən də yeganə lokalizasiya olduğu yerdir. Əmələ gələn eritematoz-folli-
kulyar lövhəciklər tünd-qırmızı rəngdə, üzərində tüklər qalan zərif, nazik pulcuqlarla 
örtülüdür. Çox tez zədələnmə ocaqları genişlənir, mərkəzdə tüklər itir, dərinin rəngi ava-
zıyır, nazilir, parlaq və atrofik olur. Periferiya boyunca tipik nazik pulcuqlarla eritematoz 
zona qalır.
Əllərdə nadir hallarda ocaqlara rast gəlinir və elementlər qırmızı rəngdə dairəvi və 
ya oval formalı ləkələrlə, qabıqlanma və atrofiya əlamətləri olmadan müşahidə olunur.
Yalnız bəzi hallarda mərkəzdə yüngül basıqlıq, atrofiya və teleangiektaziya əlamətləri 
qeydə alınır. Qırmızı qurdeşənəkli xəstələrdə hərdən-bir d ı r n a q l a r ı n z ə d ə l ə n 
m ə s i n ə rast gəlinir: onlar parlaqlığını itirir, kövrək olaraq, qalınlaşır, sarımtıl və ya 
bozumtul-bulanıq rəng alırlar. Dırnaqların artımı dayanır, proses xeyli deformasiya və 
hətta dırnaqların mutilyasiyası ilə başa çata bilər.
Kifayət qədər çox hallarda dodaqların, xüsusilə də alt dodağın qırmızı haşiyəsi və 
nisbətən az ağızın selikli qişası zədələnir. Əvvəlcə dodaqlarda yalnız haşiyə intensiv 
qızarır, sonra ona infiltrasiya əlamətləri qoşulur, səthi şişkin görsənir, parlaqlığını itirir, 
tutqun və bir qədər qırışlı, çatlamış olur. Üzərində möhkəm hopmuş pulcuqlu qabıqlar 
olur. Onları qopartdıqda ağrılı çatlar, qanayan eroziya və xora əmələ gəlir.
Xeyli az a ğ ı z ı n s e l i k l i q i ş a s ı zədələnir. Ağız boşluğunun selikli qişasında 
səpgilər adətən yanaqda, bərk və yumşaq damaqda, diş ətində, dildə lokalizasiya edir. 
Qırmızı və ya qırmızı-bənövşəyi rəngdə iltihabi lövhəciklərlə təmsil edilmişdir ki, bu da 
sağlam selikli qişadan aydın fərqlənir, kənarları bir qədər qalxmış və mərkəzi yüngülcə 
çökmüşdür.
Disseminasiya olunmuş qırmızı qurdeşənəyi (lupus erythematodes dissiminatus), 
diskoiddən böyük miqdarda e r i t e m a t o z – s k v a m o z o c a q l a r ı n olmasına 
və bir neçə klinik xüsusiyyətlərinə görə fərqlənir. Belə ki, aydın sərhədli elementlərlə 
yanaşı, qeyri-düzgün formada, infiltrasiya və hiperkeratoz əlamətləri olmayan, bənöv-
şəyi-qırmızımtıl və ya qonur rəngli qeyri-bərabər sərhədli ləkələr olur. Çox vaxt sinə, 
kürək və əllər zədələnir. Hərarətin mötədil artması, oynaqlarda ağrılar, zəiflik qeydə 
alınır. Disseminir qırmızı qurdeşənəyi zamanı prosesin sistem qırmızı qurdeşənəyinə 
transformasiya ehtimalı artır.


296
Biettin mərkəzdənqaçan eriteması (lupus erythematodes centrifugum) a z n ə z ə r ə
ç a r p a n f o l l i k u l y a r h i p e r k e r a t o z və ç a p ı q l ı a t r o f i y a s ı olan 
qırmızı qurdeşənəyinin dəri formasının səthi variantıdır. Adətən ocaqlar üzün orta hissə-
sində yerləşir və kəpənəyi xatırladır. Aydın sərhədli, simmetriklik, çox cüzi qabıqlanma, 
nöqtəvari hemorragiya və mərkəzdə hipopiqmentasiya xarakterdir. Bu varianta qırmızı 
qurdeşənəyinin dəri formalı xəstələrinin təxminən 3 %-də və sistem qırmızı qurdeşənəyi 
xəstələrinin 75 %-də rast gəlinir. Xəstəlik residivlənir.
Kapoşi-İrqanq dərin qırmızı qurdeşənəyinə (lupus erythematodes profundus) nadir 
hallarda rast gəlinir. Adi lokalizasiyası – alın, yanaqlar, çiyinlərdir. Bir və ya bir neçə
d ü y ü n l ə r l ə özünü göstərir. Düyünlərin üzərindəki dəri normal və ya göyüm-
tül-qırmızı rəngdədir. Düyünlər dərində yerləşir, ağrısız olur, bərk-elastik konsistensiya-
lı, dəqiq sərhədli, 1 və bir neçə santimetr diametrindədir. Ocaqların reqressiya etdikdən 
sonra onların yerində d ə r i n a t r o f i k dəyişikliklər qalır. Kalsifikasiyanın olması 
mümkündür.
Qırmızı qurdeşənəyinin dəri formasının digər variantlarına ( papillomatoz, rozasea-
yabənzər, şişəbənzər, hiperkeratotik, disxromik və s.) daha da az rast gəlinir.
Sistem qırmızı qurdeşənəyi – ağır xəstəlik olub, birləşdirici toxumanı, damarları, 
oynaqları, ürəyi, böyrəkləri, ağ ciyərləri, MSS-i zədələyir. Dərinin zədələnməsi – sis-
tem qırmızı qurdeşənəyində heç də məcburi əlaməti deyil, lakin əmələ gəldikdə özünü 
Biettin mərkəzdənqaçan eriteması və ya disseminə olunmuş qırmızı qurdeşənəyi tipli 
göstərir. Atrofiya olmur.
H i s t o p a t o l o j i dəyişikliklər qırmızı qurdeşənəyinin klinik diaqnozunun
təsdiqləyici əsas əlamətdir. Epidermisdə - tük follikullarının girəcəklərində buynuzlu 
tıxaclarla h i p e r k e r a t o z, artım q a t ı n ı n a t r o f i y a s ı, b a z a l h ü c e y r 
ə l ə r i n v a k u o l d e g e n e r a s i y a s ı d ı r. Dermada – ödem və ocaqlı, derma 
və damar artımlarının ətrafında limfositar infiltratın üstünlüyü, bazal k o l l a g e n i n
d e g e n r a s i y a s ı d ı r.
Qırmızı qurdeşənəyinin d i a q n o s t i k a s ı klinik gedişin və laboratoriya testlərinin 
assosasiyasında aparılır. Qanın klinik təhlilinin 
diaqnostik əhəmiyyəti yoxdur, lakin xəstəliyin 
ağırlığı haqqında mühakimə yürütməyə imkan 
verir (yüksək EÇS, leykopeniya, limfopeniya və 
trombositopeniya).
LE-hüceyrələrinə 70-80 % sistem qırmızı 
qurdeşənəyi və 3-7 % diskoid qırmızı qurdeşənə-
yi xəstələrində rast gəlinir. LE (qurdeşənəyi 
hüceyrəsi) – hüceyrələri özlüyündə neytrofilin 
açıq-bənövşəyi rəngdə homogen nüvə kütləsini 
faqositə etməsidir. LE-hüceyrələri normal neyt-
rofilin ölçüsündən böyükdür, onun nüvəsi nala 
bənzər formada faqosit olmuş kütlə ilə hüceyrə-
nin periferiyasına sıxılmışdır.
Antinuklear antitel qanda sistem xəstələrinin 
95 %-də və diskoidli qırmızı qurdeşənəyinin 30-
Şək.25.1.Diskoid qırmızı qurd eşənə-
yində səpgilərin tipik lokalizasiyası


297
40 %-də, eləcə də revmatik vəziyyətlərdə, yoluxucu xəstəliklərdə, o cümlədən cüzam, 
vərəmdə aşkarlanmışdır. Antinuklear antitel hüceyrənin bütöv nüvəsinə və anticismin 
xəstələrin qan serumunda La/SS-B və Ro/SS-A nüvə komponentlərinə ( DNT nativ və 
denaturasiyalaşmış) olan immun proseslərinin aktivasiyasını göstərir. 
Düzgün və qeyri-düzgün immunflüoressensiya reaksiyası (İFR) bazal membrana 
fiksəedən antitelləri aşkar etməyə imkan verir ( q u r d e ş ə n ə y i z o l a ğ ı t e s t i 
). Düzgün İFR-də bioptatdan, qeyri-düzgündə xəstənin serumundan və test-sistemdən 
istifadə olunur (insanın dərisi və ya dovşanın, dəniz donuzunun, siçovulun qida borusu). 
Qurdeşənəyi zolağı dermo-epidermal birləşmə zonasında yalnız infiltrasiya və hiperke-
ratoz mərhələsində zədələnmə ocaqlarında, diskoidli qırmızı qurdeşənəyi xəstələrinin 70 
%-də aşkarlanır, lakin dərinin klinik dəyişmədiyi nahiyələrdə tapilmir.
Qırmızı qurdeşənəyinin dəri formasının d i f f e r e n s i a l d i a q n o s t i k a sı erite-
matoz fonda papulalı elementlərlə müşahidə olunan rozasea ilə aparılır, bu da diaqnostik 
çətinlik yaradır, lakin follikulyar keratozun, atrofiyanın, dodaqların qırmızı haşiyəsində 
səpgilərin olmaması qırmızı qurdeşənəyinin əleyhinə dəlildir ; psoriazla –simptomların 
triadası, atrofiyanın olmaması xarakterdir; vərəm qurdeşənəyi – lüpomanın olması, müs-
bət “zond” və “alma jelesi” simptomları xarakterdir; dermatomiozitlə - falanqalararası 
oynaqların üzərində “ Qottron” papulaları, əzələ zəifliyinin güclənməsi xarakterdir.
M ü a l i c ə. Sistem terapiyası – xinolin preparatları, kortikosteroidlər, antidoksidant-
lar, vitaminlərdir. Xarici terapiya – fotoqoruyucu vasitə, topik kortikosteroidlər, kriote-
rapiya və ya arqon lazeridir. 
P r o f i l a k t i k a. Dərini günəş şüalanmasından qorumaq, işə düzələrkən qoruyucu 
rejimə əməl etmək – açıq havada işləmək əks-göstərişdir.

Yüklə 18,24 Mb.

Dostları ilə paylaş:
1   ...   189   190   191   192   193   194   195   196   ...   446




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin