Dərslik rəHBƏRLİk azərbaycan Respublikası Təhsil Nazirliyinin 24 saylı


Qırmızı yastı dəmrovun bir neçə atipik formaları ayırd edilir



Yüklə 18,24 Mb.
Pdf görüntüsü
səhifə190/446
tarix20.10.2023
ölçüsü18,24 Mb.
#157964
növüDərs
1   ...   186   187   188   189   190   191   192   193   ...   446
DERMATOLOGİYA-dərslik 1

Qırmızı yastı dəmrovun bir neçə atipik formaları ayırd edilir.
• 
hipertrofik, ziyilli forma (lichen planus hypertrophicus, seu verrucosus) - ziyilli 
hiperkeratotik təbəqə ilə örtülmüş bənövşəyi və ya qonuru-qırmızı rəngində lövhəciklər 
şəklində təzahür edir. Onların ətrafında ayrı-ayrı tipik papulalar yerləşir. Lokalizasiyası 
– baldırın ön səthi, bəzən dəri örtüyünün digər sahələridir.
• 
atrofik və sklerotik formalar (lichen planus atrophicus, lichen planus sclerosus) 
- papula və lövhəciklər geri sorulduqda atrofik və ya sklerotik dəyişikliklərlə özünü
büruzə verir. Ətrafların açıcı səthində follikulyar keratoz simptomları ilə müşayiət olu-
nan başın tüklü hissəsində isə psevdopelada tipli xırda ocaqlı dazlaşma inkişaf edə bilər 
(Lassyuer-Littl simptomokompleksi) .
• 
pemfiqoid və ya qovuqlu forma (lichen ruber pemphigoides, seu bullosus) – 1-2 
sm diametrə qədər ölçüdə olan, seroz və ya seroz-qanlı möhtəviyyata malik qovuqların 
əmələ gəlməsi ilə səciyyələnir, onlar zədələnmiş dəridə, ya da papula və lövhəciklərin 
səthində, çox vaxt baldırda, ayaq nahiyəsində əmələ gəlir. Eyni zamanda tipik qırmızı 
yastı dəmrovun düyüncükləri də müşahidə olur.
• 
moniliform qırmızı dəmrov (lichen ruber moniliformis) iridir, 1 sm -ə qədər 
diametrində olub, boyunbağı ( monile – boyunbağı) şəklində səpgilərlə təzahür edir. 
Düyüncüklər gümbəzşəkilli, dairəvi, mumşəkilli, keloidəbənzər formada olub, təsbeh-
vari yerləşərək ensiz keloid zolağı təsəvvürünü yaradır. Elementlər yayılmış ola bilər, 
xüsusilə də alnın dərisini, qulaq seyvanının arxa səthini, boynu, dirsək büküşünü, əlin 
arxasını, qarın və sağrı nahiyəsində yerləşir, ancaq gövdənin körpücükaltı və kürəklə-
rarası sahəsi, yanağın, burnun, ovucun, ayaqaltının, cinsiyyət üzvünün başınının dərisi 
intakt olur. Bəzi müəlliflər qırmızı dəmrovun bu formasını başqa bir xəstəlik hesab edir.
• 
itiuclu, perifollikulyar forma (lichen accuminatus, seu planopilaris) – konus-
lu, mərkəzində buynuzlu tikanı follikulyar düyüncüklərlə səciyyələnir. Səpgilərin başın 
tüklü hissəsində lokalizasiyası zamanı atrofik çapıqcıqlar əmələ gələ bilər. 
• 
həlqəvi forma (lichen planus annularis) periferiya boyunca ocaqların yayılması
və piqmentasiyanın olduğu mərkəzdən elementlərin reqressiyası nəticəsində inkişaf edə 
bilər. Bu həmçinin ayrı-ayrı xırda düyüncüklərin birləşməsi nəticəsində halqaların, qöv-
sün, zəncirlərin, yarımhalqaların əmələ gəlməsinə gətirib çıxara bilər. Həlqəvi forma 
çox vaxt sifilitik papulaları xatırladaraq kişilərin cinsiyyət orqanlarında və saidin daxili 
səthində müşahidə olunur.
• 
xətvari qırmızı dəmrov (lichen ruber linea ris, seu striatus) – papulaların xətvari, 
linear yerləşməsi ilə səciyyələnir.
• 
qırmızı yastı dəmrovun zosteriform variantında (lichen ruber zosteriformis) – 
papulalar sinir boyunca yerləşərək kəmərləyici dəmrovu xatırladır. ağızın eroziv-xoralı 
formasında proses ağır gedişli və çətin müalicə olunandır. Bu forma zamanı ağızın və ya 
dodaqların selikli qişasında eroziya, nadir halda xora olur, ətrafında hiperemiyalaşmış və 
ödemli əsaslı papulalar yerləşir ki, bu da qırmızı yastı dəmrov üçün tipikdir. Əmələ gələn 
eroziyalar az ağrılı, kiçik ölçülü, qeyri-düzgün sərhədlərə malikdir, üzəri fibroz ərplə 


291
örtülmüşdür, onları qopartdıqda yüngül qanaxma 
müşahidə olunur. Uzun müddətli, bəzən də illərlə 
davam edir. 
H i s t o p a t o l o g i y a. Epidermisdə - hiper-
keratoz, q r a n u l y o z, qeyri-bərabər akantoz, 
i t i u c l u e p i d e r m a l çıxıntılı, bazal qatın 
hüceyrələrinin vakuol degenerasiyası. Dermada 
– məməcikli qatda zolaqlı l i m f o s i t a r i n f 
i l t r a t üstünlük təşkil edir. 
D i a q n o s t i k a. Differensial diaqnostikanı 
ilk növbədə s i f i l i t i k p a p u l a l a r l a apa-
rılır. Onlar üçün “ vetçina” (al qırmızı) rəngi, pa-
pulaların bərkliyi və müsbət seroloji reaksiyalar
xarakterdir; psoriazla –müsbət psoriatik triada 
və Kebnerin izomorf reaksiyası xarakterdir; qır-
mızı qurdeşənəyi ilə - hiperemiya, infiltrasiya, 
iltihab ocağı hüdudunda hiperkeratoz və zədələnmə ocağının mərkəzində atrofiyanın ol-
ması; leykoplakiya ilə möhkəm oturmuş bozumtul-ağ rəngdə lövhəciklər şəklində buy-
nuzlaşmanın olması, cizgili zədələnmələrin olmaması xarakterikdir. 
M ü a l ic ə sistem və topik preparatlarla aparılır. Sistem terapiyaya sedativ, anti-
histamin preparatları, vitamin terapiyası, desensibilizəedici, antimalyariya preparatları, 
kortikosteroidlər, retinoidlər daxildir. Xarici terapiya məlhəm, krem, losyon, spreylər 
şəklində topik steroidlərlə aparılır. 
P r o f i l a k t i k a. Xroniki infeksiya ocaqlarının sanasiyası, stress vəziyyətlərinin 
aradan götürülməsi, ifrat soyuma, dərinin zədələnməsi, dərman vasitələrinin əsaslandı-
rılmamış tətbiqi.
Şək.23.1.Qırmızı yastı dəmrovda
səpgilərin əsas lokalizasiya yerləri


292

Yüklə 18,24 Mb.

Dostları ilə paylaş:
1   ...   186   187   188   189   190   191   192   193   ...   446




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin