301
qurşağıdır, nadir hallarda aşağı ətraflar; u ş a q l
a r d a – bud, yançaq (sağrı). Xəstəlik ö d e m və
zədələnmə ocağında d ə r i n i n b ə r k l ə ş m ə
s i ilə başlayır, bu zaman dəri gərgin, avazımış,
göyərmiş olur, qatlara yığılmır, basdıqda basıqlıq
əmələ gəlmir. Adətən ümumi vəziyyət dəyişilmir,
yaşlı xəstələr böyüklər hərəkət edərkən onları
boyun və çiyin qurşağı nahiyəsində dartılmalar,
inamsızlıq hissələri narahat edir. Proses uşaqlar-
da bir neçə həftədən sonra qəfil, tez və izsiz so-
rulur, 1-2 ildən sonra – böyüklərdə reqres edir.
Diabetlə ağırlaşma zamanı
xəstəliyin gedişinin
bir neçə ilə qədər uzanması mümkündür.
H i s t o p a t o l o g i y a. Derma qalınlaşmış-
dır, ödemlidir, kollagenlərarası yarıqların əmələ
gəlməsi ilə kollagen liflərin aralanması və hia-
luron turşusunun toplanması qeyd olunur. Skle-
rodermiyaya xas olan skleroz və atrofiya müşahidə olunmur.
Böyüklərdə d i f f e r e n s i a l d i a q n o s t i k a n ı sklerodermiya ilə aparırlar ki,
bunun üçün xroniki gedişata meyilli olan zədələnmiş ocaqların atrofiyası xarakterdir;
uşaqlarda – yenidoğulmuşların skleremiyası üçün prosesin generalizasiya olması xa-
rakterdir.
M ü a l i c ə. Antibiotiklər, kortikosteroid hormonları, qanın mikrosirkulyasiyasını
yaxşılaşdıran vasitələr.
P r o f i l a k t i k a yenidoğulmuşun ifrat soyumadan qorunmasındadır.
Dostları ilə paylaş: