Dərslik rəHBƏRLİk azərbaycan Respublikası Təhsil Nazirliyinin 24 saylı



Yüklə 18,24 Mb.
Pdf görüntüsü
səhifə200/446
tarix20.10.2023
ölçüsü18,24 Mb.
#157964
növüDərs
1   ...   196   197   198   199   200   201   202   203   ...   446
DERMATOLOGİYA-dərslik 1

Səpgilərin xarakteri
Əvvəlcə məhdud eritema sahələri yaranır ki, onun fonunda bir neçə gündən sonra 
mərkəzində batıqlıq, yastı miliar və lentikulyar göyümtül-qırmızı rəngli papulalar əmələ 
gəlir (elementlər hədəfi və ya göy qurşağını xatırladır). Onların səthində qovuqcuqlar və 
qovuqlar, eroziyalar, qanlı qartmaqlar əmələ gəlir. Selikli qişaların zədələnməsi zamanı 
fibrinoz ərplə örtülmüş eroziyalar müşahidə olunur. Prosesə traxeya, bronxlar, gözlər, 
beyin qişaları, böyrəklər qoşula bilər. (Şəkil 26.1)
Subyektiv hissiyyatlar
Dəri səpgiləri nahiyəsində qaşınma, az hallarda göynəmə və ağrı nəzərə çarpır. Ağı-
zın selikli qişasının zədələnmələri kəskin ağrılarla müşayiət olunur.
Ümumi əlamətlər 
Titrətmə, oynaqlarda ağrılar, zəiflik, halsızlıq.


306
Klinik formalar
Ağırlıq dərəcəsinə görə aşağıdakı formaları ayırd olunur:
1. Sadə və ya yüngül forma (papulyoz, adətən selikli qişalar zədələnmədən inkişaf 
edir).
2. Vezikulyoz-bullyoz forma (orta-ağır).
3. Bullyoz (ağır forma), Stivens-Conson sindromu da daxil olmaqla.
4. Xəstəliyin çox ağır forması (Layella sindromu). Başlanğıc mərhələdə xəstələrin 
yarısında Layella sindromunun inkişaf üçün, yəni dəridə çoxformalı eritemaya xarakte-
rik olan səciyyəvi hədəfəbənzər səpgilər əmələ gəlir. Sonra tezliklə yayılmış eritema və 
epidermal nekroliz meydana çıxır. 
Sadə forma
Dəridə diametri 1-2 sm olan, mərkəzində basıqlıq çoxsaylı səciyyəvi papulalar aşkar 
edilir, onlar 1-2 həftə ərzində geriyə reqres edirlər. Ağzın selikli qişasında qovuq reaksi-
yanın fonunda qanlı, çirkli tünd qartmaqların yaranması nəticəsində, ödemin, dodaqlar-
da çatların, ağrı hissiyyatının əmələ gəlməsi mümkündür.
Vezikulyoz-bullyoz forma
Az sayda eritematoz lövhəciklər görünür ki, onların mərkəzi hissəsində qovuq və 
kənarlarında qovuqcuqlardan ibarət halqa şəklində periferiyada əhatə olunmuşdur. Çox 
vaxt prosesə ağzın selikli qişası və dodaqlar da qoşulur.
Çoxformalı eritemanın residivlərini herpes virusunun reaktivasiyası ilə əlaqələndi-
rirlər, belə ki, bir çox xəstələrin asiklovir qəbul etməsi dermatozun kəskinləşmələrinin 
qarşısının alınmasına kömək edir.

Yüklə 18,24 Mb.

Dostları ilə paylaş:
1   ...   196   197   198   199   200   201   202   203   ...   446




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin