309
Stivens-Conson sindromu
Prednizolonun başlanğıc dozası 60-80 mq götürülür. Hemodez (poliqlükin) 200-400
ml olmaqla №3-5 damcı üsulu ilə venadaxilinə, natrium tiosulfatın 30%-li məhlulu 10,0
ml dozada №6-8 venadaxilinə hər gün, histaminəleyhinə preparatlar işlədilir.
Layella sindromu
Xəstələrin müalicəsi yanıq şöbəsində və ya reanimasiya şöbəsində həyata keçirilir.
Xəstəliyin başlanğıc mərhələlərində venadaxilinə damcı üsulu ilə böyük dozada korti-
kosteroidlər təyin olunur: suyun və elektrolit pozğunluqlarının korreksiyası məqsədilə
aktiv infuzion terapiya aparılır. Aspirasion pnevmoniyanın, sepsisin və digər infeksion
ağırlaşmaların profilaktikası üzrə tədbirlərin aparılması vacibdir. Dərinin nekroza uğra-
mış sahələrini kənar edirlər.
Yerli müalicə
Zədələnmə yerlərinə fukorsin, 5%-li dermatol məlhəmi, kombinə olunmuş korti-
kosteroidlər (krem, aerozollar) sürtülür. Ağız boşluğu 1:8000 nisbətində kalium per-
manqanat, 2%-li bor turşusu məhlulu, soda, tanin, çaytikanı dəmləməsi, durulaşdırılmış
kalendula, propolis cövhəri ilə yaxalanır. Eroziyalara A vitaminin yağlı məhlulu, «Sol-
ko» dental məcunu çəkilir və sonra helium-neon lazeri ilə təsir göstərirlər. Zədələnmiş
dodaqlara antibiotik tərkibli, kombinə olunmuş kortikosteroid preparatları sürtülür.
Dostları ilə paylaş: