319
metotreksat (25-30 mq venadaxilinə və ya peroral həftədə 1 dəfə), həmçinin siklosporin
A (sandimmun gündə 1 kq bədən çəkisinə 2,5-5,0 mq) steroidlərin dozasını korreksiya
etməyə kömək edə bilər (xüsusilə də o hallarda ki, xəstəlik steroidlərin yüksək dozalarda
qəbulu sayəsində birinci remissiya mərhələsinə keçib).
Xəstəliyin çox ağır gedişində müvəffəqiyyətlə puls-terapiya tətbiq olunur:
yüksək
dozalarda qlükokortikoidlərin qısa müddətdə venadaxilinə yeridilməsi (100-150 mq
deksametazon venadaxilinə ayda 3 gün ərzində) və siklofosfamid (500-1500 mq vena-
daxilinə hər 2-4 həftədən bir, sonralar daha uzun fasilə verməklə) ümumiliyyətlə 6 ay
müddətində kiçik dozalarda siklofosfamidlə kombinasiyalarda fasilələrlə daxilə qəbul
edilir. Bütün immunsupressiv preparatların qəbulu zamanı yanaşı təsirlərə nəzarət et-
mək lazımdır, onlara preparatların sümük iliyinə, qaraciyərə və böyrəklərə toksiki təsiri,
sterilliyi və teratogenliyi, infeksiyalara meyllik; qlükokortikoidlərlə kombinasiyada və
uzun müddət qəbul etdikdə – maliqnomanın inkişaf etməsi təhlükəsi mümkündür. Ona
görə də, xəstənin terapevtlə birlikdə müalicə olunması tövsiyə edilir. Qlükokortiko-
idlərlə kombinasiyalı müalicə əzələdaxili və ya daxilə təyin olunan qızıl preparatları
(aureotan, aureo-detoksin) xəstələrin təqribən 1/3 hissəsində çoxsaylı dəri və sisteml’r’
əlavə yanaşı təsirləri ilə ağırlaşır.
Əlavə tədbir kimi qan zərdabında autoantitellərin səviyyəsini
azaltmaq məqsədilə
böyük həcmdə plazmanı əvəz etməklə plazmaferez aparılır. Plazmaferez yüksək dozada
qlükokortikoidlərlə və immunsupressiv vasitələrlə kombinasiya olunmalıdır. Belə bahalı
və xəstəyə intensiv qulluq tələb edən müvafiq terapiya sürətlə inkişaf edən və yayılan
vulqar pemfiqusla xəstə pasiyentlərə (hansı ki, ənənəvi terapiya nəticə vermir)
təyin
edilir.
İkincili bakterial və mikotik infeksiyalar müalicənin antibiotiklərlə və ya antimikotik
preparatlarla aparılmasını, anemiya artdıqda isə təkrar qan köçürülmələrinin aparılması
tələb olunur. Mayenin kifayət qədər daxil olmasına, kalorili və zülalla zəngin qidanın
və vitaminlərin qəbuluna (C vitamini, B vitaminlər kompleksi) fikir vermək lazımdır.
Qlükokortikoidlərlə uzun müddətli terapiya zamanı orqanizmə lazımi həcmdə kaliumun
daxil olmasına diqqət yetirmək lazımdır.
Dostları ilə paylaş: