321
Müalicə
Hər iki xəstəlikdə sistem müalicə vulqar pemfiqusda olduğu kimi aparılır. Hallopeau
tipli vegetasiya edən pemfiqus zamanı sağalmağa güclü meylli olduğu üçün çox vaxt
qlükokortikoidlərin orta dozada təyin edilməsi kifayətdir. Vegetasiyanı aradan qaldırmaq
üçün cərrahi yolla kənar edilməsi, zəif rentgen şüaları və ya triamsinolonun kristallik
suspenziyaları ilə aparılan inyeksiyalar tətbiq olunur. Bundan başqa, dezinfeksiya edici
əlavələrlə birgə vannalar tətbiq olunur. Xaricə qlükokortikoidləri antimikotik və antibi-
otik əlavələrlə birgə zəif yağlılığı olan formalarda (daha yaxşısı losyonlar və ya krem-
lərdir) istifadə edirlər.
Dostları ilə paylaş: