İmmunoloji müayinələr Yarpaqşəkilli pemfiqusda olduğu kimidir. Xəstələrin qan zərdabında çox vaxt pem-
fiqus anticisimlərinin titrləri xeyli yüksəkdir və xəstəliyin ağırlıq dərəcəsi ilə paralel-
dirlər.
Müalicə Qlükokortikoidlərin istifadəsinə qədər xəstəliyin proqnozu çox ağır idi. Ümumilikdə
xəstəliyin başlanğıcından remissiyanın baş verməsinə qədər hər gün 60-90 mq ekviva-
lent prednizolon işlədilməsi tələb olunur. Sonra doza tədricən təminedici dozaya – hər
gün 5-10 mq qədər azaldılır ki, o da hər 24 və ya 48 saatdan bir qəbul edilir. Terapiyanın
orta davametmə müddəti 2-4 il təşkil edir. Vulqar pemfiqusda olduğu kimi immunsup-
ressiv vasitələrdən istifadə edilir. İkincili infeksiyalar müvafiq qaydada müalicə olunur-
lar. Kiçik birincili ocaqlar eritematoz pemfiqusda olduğu kimi müalicə edilir.
ERİTEMATOZ PEMFİQUS Sinonimlər: seboreya pemfiqusu, Senear-Usher sindromu.
Xəstəlik klinik və histoloji olaraq yarpaqşəkilli pemfiqusun morfoloji variantını əks
etdirir.
Etiopatogenez Etiopatogenezi yarpaqşəkilli pemfiqusa oxşayır. Bazal membrana doğru istiqamət-
lənmiş əlavə anticisimlərin və antinuklear anticisimlərin (ANA) olması sayəsində gü-
man edilir ki, xəstəliyin yaranmasının əsasında yarpaqşəkilli pemfiqusun və xronik qır-
mızı qurdeşənəyinin mövcud olması durur. Xəstəlik günəş şüası, travma və ya dərmanlar
(məsələn, penisillamin, kaptopril, propanolol, naproksen, tiazid) ilə provokasiya olunur.
Klinik şəkil Nadir müşahidə olunan xəstəlikdir və üzdə, başda, sinə və kürəkyin seboreya na-
hiyələri ilə məhdudlaşır. Bəzən tək-tək ocaqlar nəzərə çarpır, lakin daha çox simmetrik
zədələrə təsadüf edilir. Üzdə klinik şəkli seboreya ekzemasını və ya səthi xronik gediş-
li qurdeşənəyini xatırladır. Kürəkdə və sinədə ocaqlar qartmaqlar ilə örtülmüşlər, səthi
eroziyaların əmələ gəlməsinə meyllidirlər, klinikası daha çox yarpaqşəkilli pemfiqusu
xatırladırlar. Selikli qişalarda dəyişikliklər yoxdur, subyektiv simptomlar cüzidir.
Xəstəlik məhdud şəkildə yayıla bilər, lakin yarpaqşəkilli pemfiqusa da keçə bilər.
Çox nadir hallarda digər autoimmun xəstəliklərlə, məsələn, hamilə qadınların miasteni-
yası, timoma və ya sistemli qırmızı qurdeşənəyi ilə birlikdə rast gəlinir.