Dərslik rəHBƏRLİk azərbaycan Respublikası Təhsil Nazirliyinin 24 saylı



Yüklə 18,24 Mb.
Pdf görüntüsü
səhifə225/446
tarix20.10.2023
ölçüsü18,24 Mb.
#157964
növüDərs
1   ...   221   222   223   224   225   226   227   228   ...   446
DERMATOLOGİYA-dərslik 1

Klinik şəkil
Xəstəlik artan səviyyədə tədricən inkişaf edir və ya qəflətən meydana çıxaraq sub-
yektiv çox güclü, ağrılı qaşınmanın yaranmasına səbəb olur. Adətən simmetrik yerləşmiş 
ekzantemaların ən çox rast gələn lokalizasiyası - yuxarı çiyin qurşağı, sağrı nahiyəsi, 
başın tüklü hissəsi, saidin açıcı səthləri və dirsəklər, həmçinin dizlər və baldırın açıcı 
səthləridir. Az hallarda yalnız dirsəklər və dizlər zədələnirlər. Ağız boşluğunun selikli 
qişası praktik olaraq heç vaxt zədələnmir.
Dəri əlamətləri arasında tipik polimorfizm nəzərə çarpır. Əvvəlcə ən çox rast gələn 
lokalizasiyalarda dərinin eritematoz, urtikar və ya papulyoz dəyişiklikləri baş verir. 
Qrupşəkilli herpesformalı qovuğabənzər səpgilər meydana çıxan andan diaqnozun qo-
yulması asanlaşır. Bəzən qovuqlar çox xırdadır və dəridə qırma dənəsi şəklində yerləş-
mişlər, vizual müayinəyə nisbətən onlar palpasiya zamanı daha yaxşı aşkar edilirlər. 
Qovuqlar həmişə bərkdirlər və yastı davamlı örtüyü vardır. Uşaqlarda və yaşlı şəxs-


330
lərdə, həmçinin müalicə dayandırıldıqdan sonra bullyoz pemfiqoiddə olduğu kimi bö-
yük gərgin qovuqlar əmələ gələ bilər (iriqovuqlu və ya bullyoz herpesformalı dermatit). 
Lixenifikasiyaya meylli ekzematoz dəyişikliklər də əlavə oluna bilər. Xəstələrin 50%-də 
dərinin zədələnmiş sahələrində ikincili hiperpiqmentasiya aşkar edilir.
Simptomatik baxımdan dəri əlamətlərinin olduğu yerdə güclü və çox göynəyən qa-
şınma nəzərə çarpır. Güclü qaşınmaların yerində izlər qalır, onlarda impetiginizasiyaya 
uğraya bilərlər. Ona görə də, xəstəliyin diaqnostikası mürəkkəbdir. Residivlər, qaşın-
manın yerləri və impetiginizasiya elə bir klinik şəkil yaradır ki, cutis vagantium -dan 
şübhələnməyə əsas verir.
Herpesşəkilli dermatit zamanı qlütensensitiv enteropatiya
Xəstələrin təqribən 70%-nin nazik bağırsağında seliakiya zamanı meydana çıxan ox-
şar dəyişikliklər əmələ gəlir. Buraya xoraların müxtəlif intensivlikli atrofiyası, limfosit-
lərdən ibarət iltihabi infiltratlar və nazik bağırsağın epitel qişasında enzimatik fəallığın 
pozulması aiddir. Lakin xəstələrin təqribən 30%-də nazik bağırsağın selikli qişası his-
toloji və funksional baxımdan normadadır. Herpesformalı dermatoz zamanı mədə-ba-
ğırsaq yolu haqqında aşağıdakı məlumatlar əldə oluna bilər: qlütensensitiv enteropatiya, 
bağırsağın xovlarının atrofiyası (kriptaların hiperplaziyası ilə birgə), qida borusunun ça-
pıqvari daralması, divertikul, steatoreya, atrofik qastrit, intestinal lipodistrofiya, rekto-
kolit və limfoma.
Ümumi simptomlar adətən olmur. Qan zərdabında və qovuğun möhtəviyyatında, 
həmçinin onurğa beynində çox vaxt eozinifoliya aşkar edilir.

Yüklə 18,24 Mb.

Dostları ilə paylaş:
1   ...   221   222   223   224   225   226   227   228   ...   446




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin