Dərslik rəHBƏRLİk azərbaycan Respublikası Təhsil Nazirliyinin 24 saylı


Birləşdirici toxumanın əsas maddəsinin patoloji dəyişiklikləri



Yüklə 18,24 Mb.
Pdf görüntüsü
səhifə23/446
tarix20.10.2023
ölçüsü18,24 Mb.
#157964
növüDərs
1   ...   19   20   21   22   23   24   25   26   ...   446
DERMATOLOGİYA-dərslik 1

Birləşdirici toxumanın əsas maddəsinin patoloji dəyişiklikləri
Dermanın əsas maddəsinin dəyişiklikləri praktik olaraq dərinin bütün iltihabi və şiş 
xəstəliklərində rast gəlir. Sistem xəstəliklərində (qırmızı qurdeşənəyi, dermatomiozit), 
sklerozlaşmış dəmrov və s. zamanı əsas maddədə qlükozaminqlikanların toplanması baş 
verir. Bəzi hallarda əsas maddədə musinoz dəyişiklikləri meydana çıxır ki, bu da kol-
lagen liflərin normal quruluşunun dəyişilməsi ilə müşayiət olunur. Bəzi irsi xəstəliklər 
zamanı da həmçinin əsas maddənin tərkibi dəyişir. Belə ki, elastik psevdoksantoma za-
manı dəridə hialuron turşusunun, xondroitinsulfat və dermatansulfatların miqdarı artır. 
Birləşdirici toxuma distrofiyaları
Dermanın və hipodermanın əvvəldə göstərilən birləşdirici toxuma zədələnmələ-
ri onunla səciyyələnir ki, patoloji dəyişikliklər bilavasitə birləşdirici toxumanın tərkib 
komponentlərində baş verir. Onların dəridə gedən ümumi patoloji proseslərin sərbəst 
qrupuna ayırd edilməsi müəyyən dərəcədə şərtidir, lakin 2 səbəbdən məqsədəuyğundur: 
birincisi – didaktik məqsədlə; ikincisi – hüceyrəarası maddənin bu cür dəyişikliklərinin 
digər patologiyalarda da rast gəlməsinə baxmayaraq, nəzərdən keçirilən vəziyyətlərdə 
onlar nisbətən müstəqildirlər və müəyyən qədər birincilidirlər. Bütün digər hallarda on-
lar ikincilidir, birləşdirici toxumanın əvvəldə baş verən kompleks dəyişiklikləri fonunda 
meydana çıxırlar. Birləşdirici toxuma distrofiyaları zamanı mübadilə proseslərinin po-
zulması nəticəsində birləşdirici toxumada və dərinin damarlarında onlar üçün səciyyəvi 
olmayan mübadilə məhsulları toplanır. Onlar qan, limfa vasitəsilə gətirilə bilər, lakin 
lifli strukturların və ya əsas maddənin sintezinin pozulması nəticəsində yarana bilər. Me-
zenxima distrofiyaları da həmçinin eyni mexanizmə malik ola bilər və yuxarıda şərh 
olunan birləşdirici toxumanın struktur dəyişiklikləri kimi, dərinin eyni xəstəliklərində 
meydana çıxa bilər, lakin spesifik patoloji proseslərin təzahürü də ola bilər.

Yüklə 18,24 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   446




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin