Dərslik rəHBƏRLİk azərbaycan Respublikası Təhsil Nazirliyinin 24 saylı



Yüklə 18,24 Mb.
Pdf görüntüsü
səhifə25/446
tarix20.10.2023
ölçüsü18,24 Mb.
#157964
növüDərs
1   ...   21   22   23   24   25   26   27   28   ...   446
DERMATOLOGİYA-dərslik 1

Hialinoz
Dərinin birləşdirici toxumasının mezenxim distrofiyasının bu növü müxtəlif tərkibli 
homogen eozinofil kütlələrin – hialinin çökməsi ilə təzahür edir. 
Hialinin 3 növünü ayırd edirlər:
1. sadə – qan damarlarından dəyişilməmiş qan plazmasının çıxması nəticəsində 
əmələ gəlir;
2. lipohialin – onun tərkibinə lipoidlər və beta-lipoproteinlər daxildir (qanın lipid 
tərkibinin pozğunluqları ilə müşayiət olunan şəkərli diabet və digər xəstəliklər zamanı);


42
3. mürəkkəb hialin.
Onun tərkibinə fibrin, immun komplekslər və damar divarının nekrozlaşmış 
sahələri (məsələn, kollagenozlar zamanı) daxildir. Yayılma intensivliyinə görə sistem 
hialinozu (kollagenozlar və s.) və yerli hialinoz ayırd olunur ki, o da çapıqlaşan nekrotik 
toxumada, fibrinoid dəyişikliklərin baş verdiyi yerlərdə formalaşa bilər.
Amiloidoz
Birləşdirici toxumanın bu növ distrofiyası birləşdirici toxumada normal vəziyyət 
üçün səciyyəvi olmayan mürəkkəb fibrillyar zülalın – amiloidprotein qikoproteinin (la-
tınca amylum – nişasta) yaranması ilə səciyyələnir ki, o da yod və kükürd turşusunun 
təsiri ilə mavi rəngə boyanır. Bunu nəzərə alaraq, R.Virxov amiloidi heyvani nişasta 
hesab etmiş və ona müvafiq, yəni «amiloid» adını vermişdir.
Müasir dövrdə göstərilmişdir ki, amiloid qlikoproteindən ibarətdir. Onun əsas kom-
ponenti fibrillyar zülallardır (F-zülallar və ya F-komponent). Amiloidin bir qrup F-zü-
lalları immunqlobulinlərin yüngül zənciri (AL-zülallar adlandırılan) ilə birləşmişlər
digərləri isə immunqlobulinlərlə birləşməmişlər, lakin qan zərdabında analoqları (SAA- 
zülal) vardır. 
Amiloidoz yayılmış və ya ümumi, həmçinin yerli ola bilər. Onu törədən səbəbdən 
asılı olaraq birincili (idiopatik), qazanılmış və ya ikincili, qocalıq, irsi, lokal (şişəbənzər) 
amiloidoz ayırd olunur.
Dəri əlamətləri daha çox birincili, xüsusilə də sistem amiloidozu zamanı rast gəlir və 
zədələnmə ocaqlarının polimorfizmi ilə səciyyələnir. Papulyoz və ya purpuroz səpgilər, 
düyünlü, ksantomayabənzər elementlər şəklində rast gələ bilər. Amiloidin çöküntülər 
(elementlər) müxtəlif xronik dermatozlar (qırmızı yastı dəmrov, neyrodermit və s., ikin-
cili amiloidoz) zamanı müşahidə oluna bilər. Birincili amiloidoz zamanı düyüncüklərin 
(lichen amyloidosis) və nisbətən az hallarda ləkələrin (maculas amyloidosis) yaranması 
səciyyəvidir. 

Yüklə 18,24 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   446




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin