46
diferensiasiyasının güclənməsi yolu ilə neytrofil leykositlərin miqdarının saxlanmasını
təmin edirlər, T- və B-limfositləri fəallaşdırır və onların qarşılıqlı əlaqəsində iştirak edir-
lər. Makrofaqların mediatorları fibroblastların çoxalmasını stimulyasiya edir, onların hü-
ceyrəarası maddəni sintez etməsiini tənzimləyir, yəni iltihab ocağında bərpa proseslərini
gücləndirirlər. Makrofaqların ən mühüm funksiyalarından biri nekrozlaşmış kütlələri
udması və gələcək reparasiya zonasının (o cümlədən ölmüş leykositlərdən) təmizlənmə-
sidir.
Neytrofil leykositlər və makrofaqlar xüsusilə iltihabın erkən mərhələlərində ilti-
hab infiltratlarının əsas hüceyrələri sayılırlar. Onlardan başqa, infiltratın tərkibinə T və
B-limfositlər, plazmositlər, toxuma bazofilləri daxildir, qranulematoz iltihab zamanı isə
yad cisimlərin nəhəng hüceyrələri və ya Lanqxans-Piroqov tipli hüceyrələr aşkar edilə
bilər.
T və B-limfositlər infiltratda makrofaqlarla təqribən eyni vaxtda meydana çıxırlar.
Onların rolu iltihab prosesinin tənzimlənməsindən və regenerasiyadan ibarətdir. Bun-
dan başqa, immun iltihab zamanı bu hüceyrələr infiltratın əsas hüceyrələri ola bilərlər.
Bu zaman B-limfositlər plazmositlərə çevrilərək, spesifik əkscisimlər, T-limfositlər isə
böyük miqdarda mediatorlar – lmfokinlər sekresiya edirlər ki, onlar dərinin öz hücey-
rələrinin dağılmasında iştirak edirlər. Xüsusən sifilis, qasıq qranuleması, rinoskleroma,
dərin mikozlar, xronik follikulitlər zamanı zədələnmiş dəridə plazmositlər çoxlu sayda
toplanırlar.
Bərpa prosesində toxuma bazofillərinin (tosqun hücerələrin) rolu böyükdür, onlar
iltihab proseinin müxtəlif mərhələlərində iltihab reaksiyasının iştirakçıları kimi çıxış
edirlər. Alterasiya mərhələsində bu hüceyrələr sürətlə deqranulyasiya edərək vazoaktiv
maddələr olan histamin, serotonin, heparin hasil edirlər ki, bununla damar divarını hü-
ceyrələrin miqrasiya proseslərinə və mikrodamarlardan qanın maye hissəsinin çıxması-
na hazırlayırlar (ödem). Ekssudasiya mərhələsində göstərilən mediatorların təsiri davam
edir və bununla damar divarının keçiriciliyinin artması təmin olunur. Toxuma bazofilləri
makrofaqlar və digər immunsəllahiyyətli hüceyrələrlə qarşılıqlı əlaqədə olurlar (onların
aktivliyini tənzimləyərək). Makrofaqlar öz növbəsində toxuma bazofillərinin qranulala-
rını faqositoza uğradırlar. Tosqun hüceyrələr proliferasiya proseslərinin stimulyasiya-
sında da böyük rol oynayırlar. Belə ki, onlar epitelinin, fibroblastların, epidermisin və
onun törəmələrinin hüceyrələrinin artıb-çoxalmasını stimulyasiya edir.
Dostları ilə paylaş: