Dərslik rəHBƏRLİk azərbaycan Respublikası Təhsil Nazirliyinin 24 saylı


Dərinin qranulematoz iltihabının ayrı-ayrı növləri



Yüklə 18,24 Mb.
Pdf görüntüsü
səhifə36/446
tarix20.10.2023
ölçüsü18,24 Mb.
#157964
növüDərs
1   ...   32   33   34   35   36   37   38   39   ...   446
DERMATOLOGİYA-dərslik 1

Dərinin qranulematoz iltihabının ayrı-ayrı növləri
Dəri vərəmi - immunkompetent qranulematoz iltihab. Klinikası səpgilərlə başlayır, 
kazeoz nekrozun dərəcəsindən asılı olaraq səpgilər ləkələrdən xoralı dəyişikliklərə qə-
dər tərəddüd edir. Digər orqanların vərəmində olduğu kimi dəri vərəmində də immun 
cavabın müxtəlif növləri müşahidə edilir: sirkulyasiya edən antitellərin əmələ gəlməsi,
qranulemanın formalaşması ilə müşayiət olunan yavaş tipli hiperhəssaslıq. 
Vərəm qranuleması ən çox vərəm qurdeşənəyi zamanı müçahidə edilir və epitelioid 
hüceyrələrindən, bir qədər T-limfosit bəndlərilə əhatə olunmuş Piroqov-Lanqxans hü-
ceyrələrində ibarət olur. Qranulemanın stromasını arqirofil liflər təşkil edir. Qranulema-
nın mərkəsində adətən kazeos nekroz müşahidə edilir.
Gecikmiş sifilis immunkompetent qranulematoz iltihaba aiddir. Qranulemalar sifili-
sin ikincili və üçüncülü dövründə əmlə gəlir. Sifilis zamanı iltihabın inkişafında müşahi-
də edilir: proliferativ-infiltrativ reaksiya, burada infiltrat produktiv vaskuliti (bərk şankr) 
olan limfoid plazmatik və epitelioid hüceyrələrindən ibarət olur; qabarcığın formalaş-
ması ilə müşayiət olunan produktiv-nekrotik reaksiya; anadangəlmə sifilisdə eksudativ- 
nekrotik reaksiya. Sifilis zamanı iltihab ocağında prosesə, vərəmdə olduğundan daha 
çox qan damarları (arteriitlər və flebitlər) cəlb olunur. Gecikmiş ikincili sifilis zamanı 
dermada diffuz və əsasən limfositar infiltrat qeydə alınır. Həmin infiltratın tədricən Pi-
roqov-Lanqxansın nəhəng hüceyrələrindən formalaşan qranulemaya keçməsi meyilliyi 
yoxdur.
Sifilisin üçüncülü və ya qummoz dövründə dəridə xarakterik qranulemalar inkişaf 
edir. Qranulemaların mərkəzində limfositlərlə, plazmisitlərlə, epitelioid hüceyrələrlə və 
Piroqov-Lanqxans tipli nəhəng hüceyrələrlə əhatə olunmuş kazeos nekroz ocaqları olur. 
Cüzam dərinin immunkompetent qranulematoz iltihabına aiddir. Lakin cüzamın 
müxtəlif formaları orqanizmin törədicilərə müxtəlif davamlılığı ilə xarakterizə olunur. 
Tuberkuloid forması orqanizmin törədicilərə yüksək davamlılığı ilə xarakterizə olunur, 
lepramatoz forması – zəif davamlılıqla xarakterizə olunur, aralıq forma isə birinci və 
ikinci formaların xüsusiyyətlərini özündə cəmləşdirir. 


57
Cüzamın tuberkuloid forması T-limfosit-supressor bəndlərilə əhatə olunmuş epitelio-
id hüceyrələrindən qranulemaların formalaşması ilə xarakterizə olunur. Qranulemaların 
mərkəzində T-xelperlər ola bilər. Qranulematoz reaksiya bütün epidermisi və dərinin 
müxtəlif strukturlarını əhatə edir. Burada mikobakteriyalar aşkar olunmaya bilər. 
Cüzamın lepramatoz forması müxtəlif lipodistrofiya dərəcəsinə malik vəziyyətdə 
olan makrofaqlardan ibarət spesifik infiltratın əmələ gəlməsilə xarakterizə olunur və 
immundefisit vəziyyətində inkişaf edir. Limfositlər az miqdarda olur. Mikobakteriyala-
rın miqdarı həddən artıq çoxdur.
Orqanizmin davamsız immuniteti vəziyyətində Cüzamın sərhədd forması inkişaf 
edir. Bu forma, dermanın makrofaqal reaksiyası ilə (bəzən müxtəlif differensasiya 
dərəcəsinə malik epitelioid hüceyrələrlə bərabər) xarakterizə olunur. Burada nəhəng hü-
ceyrələr olmur. Sil-Nilson üsulu ilə preparatın boyanması zamanı müəyyən miqdarda 
mikobakteriyalar aşkar olunur.
Dərinin göbələk xəstəliklərində də immunkompetent qranulemalar, davamsız immu-
nitetli qranulemalar və immundefisitli qranulematoz iltihab müşahidə olunur. 
Göbələk xəstəliklərində immunkompetent qranulematoz iltihaba xromomisetlər tərə-
findən törədilən xromomikoz aid edilir. Bu xəstəliyin dəri formaları epidermisin akantoz 
tipli dəyişikliklərilə, bəzən də psevdoepiteliomatoz hiperplaziya əlamətlərilə xarakterizə 
olunur. Dermada epitelioid və nəhəng hüceyrələrdən qranulema formalaşır. Davamsız 
immunitetli qranulemalara kandidoz misal ola bilər. Onun xronik forması epidermisin 
akantozu, papillomatozu və hiperkeratozu ilə xarakterizə olunur. İnfiltrat limfositlərdən, 
plazmositlərdən, makrofaqlardan, epitelioid və nəhəng hüceyrələrdən ibarət olur.
Parazitar qranulemalar da həmin prisip üzrə bölünür. Immunkompetent reaksiyalı 
qranulematoz iltihab amerika dəri mukokutan leyşmaniozunda da formalaşır. Xəstəliyin 
törədicisi Leyschmania brasiliensis- dir. Dəridə gedən histoloji dəyişikliklər xəstəliyin 
klinik şəklindən asılı olub, düyünlər, xoralar və lövhəciklərin əmələ gəlməsilə ifadə 
olunur. Erkən mərhələdə dəridə qeyri-spesifik iltihabi reaksiya müşahidə edilir. Burada 
infiltrat makrofaqlardan, limfositlərdən, plazmositlərdən və az miqdarda eozinofil və 
neytrofil leykositlərdən ibarət olur. Köhnə iltihab ocaqlarında makrofaqlar epitelioid 
hüceyrələrə çevrilərək, limfositlər və plazmositlərlə əhatə olunmuş qranulemaları for-
malaşdırır. Sonuncuların hipodermaya keçməsi istisna olunmur. Leyşmaniyalar hüceyrə 
daxilində, çox vaxt yaralara yaxın yerləşir. Onların sayı prosesin intensivliyindən asılıdır. 
Epidermisdə aydın görünən psevdoepitelioid hiperplaziyalı akantoz müşahidə olunur.
Diffuz dəri leyşmaniozu immundefisitli qranulemalara misal olub histoloji cəhətdən 
cüzamın lepramatoz formasını xatırladır. Xəstəlikdə dəridə, adi histoloji rənglənmədə 
görünən çoxlu parazitlər olan makrofaqlardan ibarət sıx infiltrat formalaşır. Lakin, cü-
zamdan fərqli olaraq makrofaqlarda, onların güclü vakuollaşmasına baxmayaraq, piy 
olmur. Vakuollarda (ölçüləri böyümüş faqolizosomlar) çoxlu parazitlər olur. Eyni za-
manda epitelioid hüceyrələrə çevrilmənin müxtəlif mərhələlərində olan makrofaqlar və 
böyük miqdarda limfositlərdə peyda olunur olur. Infiltratlı qranulemalar üzərində olan 
epidermis, qranulemanın ona təzyiqi hesabına atrofiya vəziyyətinə düşür. 
Strukov A.İ. və Kaufman O.Y. [1989], immun hiperhəssas qranulemalarla yanaşı, 
qeyri-immun qranulemaların da mövcud olduğunu qeyd edirlər. Lakin onların əmələ 
gəlməsində immun mexanizmlərin iştirakı sübut edilməmişdir. Müəlliflər həmin qra-


58
nulemalara kəskin yoluxucu xəstəliklərdə yaranan qeyri-immun infeksion-toksik qra-
nulemaları, habelə yad cisimlərin ətrafında meydana gələn ekzo- və endogen qranule-
malardan ibarət qeyri-immun toksik qranulemaları aid edirlər. V.Epstein [1980] göstərir 
ki, yad cisimlərin qranulemaları mononuklear faqositlərin həll olmayan ekzogen və en-
dogen stimullara qeyri-immun reaksiyasıdır. Yad cisimlərin qeyri-immun qranulemaları 
qeyri-aktiv (xoş xassəli), aktiv və sitotoksik növlərə bölünür. Onlardan birincisi plast-
mas qranulaların, lateksin, tentoninin və b. tətbiqinə, ikincisi isə - silisium-4 oksidin, 
streptokokkun xarici qatının orqanizmə düşməsinə cavab kimi meydana çıxır [Epstein 
W.,1980]. 
Beləliklə, qranulematoz iltihab – dərinin xronik iltihabı olub, həll olmayan və ya ləng 
parçalanan (davamlılıq göstərən) qıcıqlandırıcılar tərəfindən baş verir və qranulaların 
əmələ gəlməsilə müşayiət olunur. Qranulalar, makrofaqların və/ və ya epitelioid hü-
ceyrələrin, habelə onların daha yetişmiş növlərinin (yad cisimlərin nəhəng hüceyrələri, 
Piroqov-Lanqxansın nəhəng hüceyrələri) kompakt toplanmasın- dan ibarətdir. Qranu-
lematoz iltihab bir sıra əlavə əlamətlərlə müşayiət oluna bilər [Paukov V.S., Kaufman 
O.Y.,1995]:
• 
digər hüceyrələrin infiltrasiyası (plazmositlər, limfositlər, neytrofil və eozinofil 
leykositlər);
• 
fibroblasların olması və sklerozun inkişafı;
• destruktiv dəyişikliklərin əmələ gəlməsi və 
nekroz.
Qranulemanın yaranma şəraitlərinin 2 xüsusiyyə-
ti vardır [Strukov A.İ., Serov V.V.,1995]:
1. Makrofaqları stimulə edən maddələrin olması;
2. Faqositə münasibətdə qıcıqlandırıcının möh-
kəmliyi.
Dəridə və başqa orqanlarda qranulematoz iltiha-
bın aşağıdakı nəticələri ola bilər [Paukov V.S., 
Kaufman O.Y.,1995]:
• hüceyrə infiltratının sorulması;
• dəri defektinin əmələ gəlməsilə müşayiət olu-
nan quru (kazeoz) və ya nəm nekroz;
• qranulemanın irinləməsi və absesin formalaş-
ması;
• fibroz düyüncüyün və çapığın əmələ gəlməsilə 
müşayiət olunan qranulemanın fibroz çevrilmələ-
ri;
• qranulemanın artması və bəzən psevdoşişə 
çevrilməsi.

Yüklə 18,24 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   446




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin