53
Dəridə immunkompleks reaksiyalar
Bunlara çoxformalı eksudativ eritema, toksikodermiya, Şenleyn-Genox purpurası,
leykositoplastik vaskulit, Verter-Dümlinqin düyünlü nekrotik vaskuliti aiddir. Dərinin
birləşdirici toxumasının sistem xəstəlikləri də bu mexanizmlə inkişaf edir. Bu xəstəlik-
lərdə antigen artıqlığından qeyri-adi ölçülü çoxlu miqdarda immun kompleksləri əmələ
gəlir. Bu, immun kompleksin faqositozunu pozur,onlar toxumalarda, ilk növbədə qan
damarlarının bazal membranasının altında toplanmağa başlayır. İmmun kompleks tərki-
bində G və M immunqlobulinləri saxlayır və komplement sistemini aktivləşdirir. Komp-
lementin aktivləşmə məhsulları damar keçiriciliyini artırır, onları genişləndirir, eləcə
də qranulosit və makrofaqları özünə cəlb edir. Faqositlər öz növbəsində toxumaları zə-
dələyən ikincili mediatorlar ifraz edir.
Əsas patoloji dəyişikliklər endotelin degenerasiyası, proliferasiyası və şişkinliyi ilə
müşayiət olunan arteriit, periarteriit, flebit və periflebitdir. İnfiltrat damar divarını keçir
və onu əhatə edir. O, leykositlərdən (neytrofil və eozinofil) ibarətdir, Verter-Dümlinq
vaskulitində isə leykositlərə plazmositlər də qarışır. Bir çox damarların mənfəzi endo-
telial trombla bağlana və ya obliterasiyaya uğraya bilər. Sonrakı mərhələdə birləşdirici
toxumanın böyüyüb-artması və hialinoz müşahidə olunur.
Dostları ilə paylaş: