Dərslik rəHBƏRLİk azərbaycan Respublikası Təhsil Nazirliyinin 24 saylı



Yüklə 18,24 Mb.
Pdf görüntüsü
səhifə42/446
tarix20.10.2023
ölçüsü18,24 Mb.
#157964
növüDərs
1   ...   38   39   40   41   42   43   44   45   ...   446
DERMATOLOGİYA-dərslik 1

İkincili morfoloji elementlər
İkincili morfoloji elementlər birincili morfoloji elementlərin geriyə sorulması nəticə-
sində ikincili əmələ gəlirlər.10 ikincili morfoloji element varidisxromiya (dischromia), 
qabıq (squama), qartmaq (crusta), eroziya (erosio), ekskoriasiya (excoriatio), çat (fissu-
ra,rhagas), xora (ulcus), çapıq (cicatrix), lixenifıkasiya (lichenifıcatio), vegetasiya (ve-
getatio) (şəkil 5.2).
DİSXROMİYA
Disxromiya (dischromia) - birincili morfoloji elementlərin sorulması nəticəsində 
baş verən piqment pozğunluğudur. İkincili disxromiyalara ikincili leykoderma,ikincili 
hiperpiqmentasiya,hemosiderinli piqmentasiya aiddir.İkincili hiperpiqmentli və depiq-
mentli ləkələr damar ləkələrinin və papulaların sorulmasından sonra əmələ gəlir.Qabar-
cıq və qummalar sorulduqdan sonra ya çapığın piqmentasiyası və ya çapıq ətrafının 
piqmentasiyası,qovuqcuq və pustulaların sorulmasından sonra isə zəif piqmentli ləkələr 
qeyd olunur.
Piqmentasiyada histoloji şəkil epidermisin bazal qatının hüceyrələrində melanin piq-
mentinin miqdarının artması ilə xarakterizə olunur.Dərinin xoralı zədələnməsi zamanı 
əmələ gələn çapıq istisna olmaqla praktik olaraq dermada dəyişiklik qeyd olunmur.
Qabıq (squama) - bu epidermisin buynuz qatının qopmuş hüceyrələridir.Gözlə gö-
rünən qabıqların qopmasını qabıqlanma adlandırırlar.Piqmentin,dəri piyinin, tozun, tərin 
miqdarından asılı olaraq qabıqların rəngi parlaq-ağdan sarımtıl-qonur, boz-qara rənglərə 
qədər ola bilir.Xırda lövhəli (psoriaz, kəpəklənən dəmrov) və iri lövhəli (skarlatina, der-
matit, toksikodermiya) kəpəkli qabıqlanma qeyd olunur.Qabıqlar iltihab mənşəli birinci-
li morfoloji elementlərin yerində (ləkə, düyüncük, qabarcıq) əmələ gəlir və ya xəstəliyin 
əsas simptomu olur (ixtioz).
Qabıqlanmada histoloji şəkil epidermisin bir neçə nahiyəsində distrofık dəyişiklik-
lərlə xarakterizə olunur və keratinizasiyanın hiperkeratoz və parakeratoz şəklində pozul-
ması və dermada iltihabi dəyişikliklərlə müşayiət olunur.İltihab azalandan sonra regene-
rator proses başlayır,bunun nəticəsində əmələ gələn epidermis lövhələri nekrozlaşmış və 
parakeratotik sahələri yuxarı itələyir ki,bunlar da sonradan qopub düşür.
Qartmaq (curusta) - qovuqcuqların və irinciklərin möhtəviyyatının quruması, qabar-
cıq xoralarmın, qummaların və bədxassəli şişlərin ifrazatlarının quruması nəticəsində 


70
əmələ gəlir. Seroz (əsasən fıbrinlərdən, leykositlərdən və epidermisin destruktiv dəyişil-
miş hüceyrələrindən təşkil olunur), irin li (çoxlu miqdarda neytrofıl leykositlər tapılır) 
və qanlı (fibrin kütlələri, leykositlər və qopub düşən epidermal hüceyrələr arasında cox 
miqdarda hemoliz olunmuş eritrositlər tapıhr) qartmaqlar var.
Qartmaqlar nazik (streptokokk impetiqosu), yastı, qalın (sifilitik rupiya), çoxqatlı 
(vulqar streptostafilokokk impetiqosu), möhkəm (vulqar ektima, rupoid psoriaz, qanqre-
noz piodermiya), yumşaq ola bilər.
Eroziya (erosio) - dərinin epidermis səviyyəsində defektidir, qovuqcuqların, qovuq-
ların, səthi pustulaların əksinə inkişafi nəticəsində əmələ gəlir. Histoloji şəkildə eroziya-
ların dibi epidermislə, və ya hissəvi olaraq dermanm məməcikli qatı ilə örtülü olur. Epi-
dermisin defekti ilgəklərində neytrofil leykositlər və epidermisin destruktiv dəyişilmiş 
hüceyrələri yerləşən fibrinlərlə örtülüdür. Eroziyanın ətrafında hüceyrəarası şişkinlik və 
ekzositoz, bəzən akantoz qeyd olunur.
Eroziya nəticəsində əmələ gəldiyi birincili morfoloji elementlərin ölçülərini təkrarla-
yır. eroziyalar epidermisin mexaniki qıcıqlanması, epidermisin bir-birinə toxunan səth-
lərinin sürtünməsi, maserasiyası zamanı (bud-qasıq büküşləri,budun iç səthi) əmələ gələ 
bilər. Eroziyalar iltihabi papulanın (sifılisdə erozif papulalar) və ya məhdud infiltrat fo-
nunda (erozif bərk şankr) əmələ gəlir. Eroziyanın dibi adətən al qırmızı rəngdədir, bəzən 
Pulcuq
Şək. 5.2.Ikincili morfoloji elementlər
Disxromiya
Çapıq
Eroziya
Qabıq
Lixenifikasiya
Vegetasiya
Ekskoriasiya
Xora
Çat


71
seroz ifrazatla örtülüdür. Eroziyalar sağalanda yerində çapıq qalmır.
Ekskoriasiya (excoriatio) - və ya sıyrıntı, mexaniki zədə və ya qaşınma nəticəsin-
də dəri örtüyünün tamlığının pozulması nəticəsində əmələ gəlir. Xəttvari, zolağabən-
zər, dairəvi ekskoriasiyalar qeyd olunur. Ekskoriasiyalar səthi (epidermisin və dermanın 
məməcikli qatının tamlığının pozulması) və dərin (dermanın dərin qatlarının zədələn-
məsi) olur.
Histoloji şəkil əsas xəstəliyin əlamətləri eroziya əmələ gəlməsilə epidermis tamlığı-
nın pozulmasıyla xarakterizə olunaraq, üzəri fibrin və eritrositlərdən ibarət qalın qart-
maqla örtülü olur.Dermanın alt qatlarında damarların genişlənməsi və müxtəlif intensiv-
likli iltihabi infıltrasiya qeyd olunur.
Çat (flssura,rhagas) - dərinin hər hansı bir nahiyyəsinin elastikliyinin itməsi və in-
filtrasiyası nəticəsində əmələ gələn xəttvari defektdir. Çatlar dərinin təbii büküşləri və 
dartınan sahələrində əmələ gəlir (ağız boşluğunun küncləri,anal dəlik və daban nahiyələ-
rində). Çatlar ağrılarla müşahidə olunur. Çatların dərinliyindən asılı olaraq sağaldıqdan 
sonra yerində iz qoymayan səthi epidermal və sağaldıqdan sonra yerində çapıq qalan 
dərin dermal olur. Səthi çatlar dərinin həddən çox quruluğu (kseroz),əl və ayaqların tilo-
tik (buynuz) ekzeması, ayaqların epidermofitiyası, bişməcələr zamanı əmələ gəlir. Dərin 
çatlar pellaqrada, keratodermiyalarda müşahidə edilir. Anadangəlmə sifilisdə ağımtıl- 
radial Robinson Furnye çapıqları dərin çatlara misal ola bilər.
Xora (ulcus) - bu xüsusi dəri, dərialtı piy qatı və daha dərin qatlar səviyyəsində 
dərin toxuma defektidir. Xora dermanın dərin qatlarında birincili infiltrativ elementlərin 
(qabarcıqların, qummalann,düyüncüklərin, dərin pustulaların, bədxassəli şişlərin, trofik 
və mikrosirkulyator pozuntularda baş verən nekrozların parçalanması nəticəsində əmələ 
gəlir. Xoralar bir qayda olaraq çapıqla sağalır.
Xoranın dibinin və kənarlarının histoloji şəkli leykositar haşiyə ilə əhatə olunmuş 
müxtəlif qahnlıqlı nekrotik kütlənin yığmtısı ilə xarakterizə olunur. Xoranın dibi damar-
larla və tərkibində müxtəlif yetişmə mərhələlərində olan çoxlu hüceyrə elemetləri ilə 
zəngin cavan qranulyasion toxumadan təşkil olunur. Xroniki irinli proseslərdə bu ele-
mentlər arasmda çoxlu miqdarda neytrofil leykositlər tapılır. Müxtəlif patoloji proseslər-
də xoranın dibində böyük diaqnostik əhəmiyyətə malik şişəbənzər elementlər,infeksion 
qranulyoma aşkar etmək olar.
Xoralar müxtəlif böyüklükdə,formada və dərinlikdə olur.Kəskin inkişaf edən xoralar 
xırda ölçülü olurlar. Xroniki patoloji proseslər nəticəsində əmələ gələn xoralar (varikoz 
xoralar, qummalar, xronik xoralı piodermiya) böyük ölçüləri ilə fərqlənirlər. Xoralar ya 
dairəvi,kəskin konturlu formaya malikdirlər (xoralı bərk şankr,xoralanan qummalar,dəri 
bazaliomasının bəzi tipləri) və ya girintili-çıxıntılı (varikoz vərəmi,piodermiyanın bəzi 
formaları, dərin mikozlar),sallanmış (sifılitik qumma), nəlbəkiyəbənzər (xoralı bərk 
şankr), yumşaq (dərinin kollekvativ vərəmi), valabənzər (yastı hüceyrəli xərçəng, xora-
lanan keratoakantoma, göbələyəbənzər mikozun parçalanan şişi) ola bilir.Xoranın dibi 
düz,hamar (bərk şankr,yumşaq şankr), kələ-kötür (karbunkul,kollikvativ vərəm), kra-
terəbənzər (sifılitik qumma) ola bilir.
Çapıq (cicatrix) –başlıca olaraq, xoranın sagalması nəticəsində əmələ gəlir, derma və 
ona yaxın toxumaların dagılması nəticəsində əmələ gələn kobud lifli birləşdirici toxu-
madır. Çapıqlar yanıqların, xoraların, dərin pustulaların, düyün və qabarcıqların yerində 


72
əmələ gəlir. Çapıqlar quru yolla, xoralanma olmadan, birləşdirici toxumanın qarışması 
nəticəsində də əmələ gələ bilər(dəri vərəmi, sifılis, cüzam). Təzə çapıqlar çəhrayı-qırmı-
zı rəngdə, köhnə çapıqlar isə hiperpiqmentli və ya depiqmentli olurlar.
Yastı (ətraf toxuma ilə eyni səviyyədə yerləşirlər), hipertrofik və ya kelloid (ətraf 
toxuma səviyyəsindən yuxarı qalxır), atrofik (ətraf toxuma səviyyəsindən aşağıda yerlə-
şir) çapıqlar müşahidə olunur.
Çapığın histoloji şəkli epidermisin atrofıyası və ya qahnlaşmalan ilə xarakterizə 
olunur. Dermada lifli birləşdirici toxumanın, kobud və nizamsız yerləşən kollagen lif 
dəstələrinin inkişafı qeyd olunur. Kollagen liflərin homogenizasiya olunmuş sahələri, 
bəzən də hialin çökməsi qeyd olunur. Hüceyrə elementləri çox azdır (əsasən fıbrositlər 
aşkar olunur). Çapıq nahiyəsində bir qayda olaraq dəri artımları: tük follikulları, tər və 
piy vəziləri olmur. Çapıq atrofiyasında az miqdarda zərif birləşdirici toxuma inkişaf edir. 
Bu zaman zədələnmiş dərinin səthi epidermis üçün xarakterik olan relyefdən məhrum-
dur.
Çapığın ölçüsü, forması, lokalizasiyası, rəngi və dərinliyi vacib differensial diaqnos-
tik əhəmiyyətə malikdir. Qummoz sifılisdə çapıqlar hamar, oval, dairəvi və ulduzabən-
zər formada olub, tarım dartılmışdır. Qabarcıqlı sifilidlər özlərindən sonra parlaq mozaik 
çapıqlar qoyurlar. Kollikvativ vərəmdən və konqlobat sızanaqlardan sonra qeyri-düz-
gün, səthi atmalar - körpücüklərlə örtülüdür. Papulonekrotik vərəmdən sonra səthi mö-
hürlənmiş çapıqlar qalır. Çapıqlar patoloji prosesin simptomu ola bilər (sklerodermiya, 
eritematoz, qırmızı yastı dəmrovun atrofik forması, dərinin idiopatik atrofıyası).
Lixeniflkasiya (lichenificatio) - dərinin qahınlaşması, bərkləşməsi, dəri rəsminin güc-
lənməsidir (dəri büküşləri, arakəsmələri kəskin gözə çarpır).Dəri bu vaxt quru və kələ-
kötürdür (şaqrenəbənzər).Lixenifıkasiya (lixenizasiya) qaşınma və dermanın papulyoz 
infiltrasiyası ilə müşayiət olunan uzun müddət davam edən iltihabi proseslər zamanı 
əmələ gəlir. Lixenifikasiya xroniki ekzemada, atopik dermatitdə, məhdud neyrodermitdə 
müşahidə olunur.
Lixenifikasiyada histoloji şəkil hiperkeratoz, epidermal çıxıntıların uzanması ilə mü-
şayiət olunan akantoz, bəzən parakeratoz və spongiozla xarakterizə olunur. Dermada 
xroniki iltihabi infiltrat,bəzən də fibroz əlamətləri aşkar olunur.
Vegetasiya (vegetatio) - bu papillomatoz törəmələrin əmələ gəlməsinə gətirib çıxa-
ran dəri məməciklərinin artıb törəməsi və epidermisin tikanlı qatının qalınlaşmasıdır.
Vegetasiya müxtəlif patoloji proseslərin səthində əmələ gəlir (papula, eroziya, iltihabi 
infıltratlar).Vegetasiyaya misal olaraq vegetasiya edən pemfıqusu, xoranın dibində ve-
getasiya edən qranulyasiyanı, papillomaları, iti uclu kandilomaları göstərmək olar.Xarici 
görkəminə görə vegetasiya gül kələmini xatırlada bilər (iti uclu kandiloma), bozumtul 
rəngdə, quru və palpasiyada möhkəm ola bilər (ziyillər), eroziyalaşa bilər (vegetasiya 
edən pemfiqus).
Histoloji şəkil bəzən dermanın dərinliklərinə qədər uzanan epidermal çıxıntıların 
uzanması ilə müşayiət olunan akantozla xarakterizə olunur.
Vegetasiya edən pemfiqusda akantolitik hüceyrələr və çox miqdarda eozinofıllər olan 
qovuqlar olur. Darye xəstəliyində dermada bir və ya iki qat epitelial hüceyrələrlə örtülü 
olan,qovuqlara və ya lakunalara girən derma məməciklərinin uzanması və qalınlaşması 
qeyd olunur. Lakunalar iltihabi elementlərlə infıltrasiyalaşa və fibroz dəyişilmələrlə 


73
müşahidə oluna bilər.
Elementlərin birincili və ikinciliyə bölünməsi hansısa səviyyədə şərti ola bilər. 
Məsələn, piqment ləkəsi birincili elementdir, əgər o papulanm əksinə sorulması nəti-
cəsində əmələ gələrsə ikincili də ola bilər. İltihabi proseslərdə elementlər bir formadan 
digərinə keçə bilər. Məsələn, iltihabi proses nəticəsində damar ləkəsi infıltrasiyalaşıb 
papulaya çevrilə bilər. Kəskin iltihabi proseslərdə birincili əmələ gəlmiş damar ləkəsi 
və ya papula eksudasiya nəticəsində qovuqcuq və ya qovuğa çevrilir. Qabarcıq və qum-
manın əksinə inkişafı nəticəsində əvvəl xora əmələ gəlir, sonra isə çapıq formalaşır.
Beləliklə,çapıq ikincili element olan xoraya münasibətdə üçüncülü element hesab olu-
na bilər.Ümumiyyətlə elementlərin birincili və ikincili morfoloji elementlərə bölünməsi 
prinsipcə düzgündür.

Yüklə 18,24 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   446




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin