Dərslik rəHBƏRLİk azərbaycan Respublikası Təhsil Nazirliyinin 24 saylı



Yüklə 18,24 Mb.
Pdf görüntüsü
səhifə43/446
tarix20.10.2023
ölçüsü18,24 Mb.
#157964
növüDərs
1   ...   39   40   41   42   43   44   45   46   ...   446
DERMATOLOGİYA-dərslik 1

Dəri xəstələrinin müayinəsi
Xəstənin anamnezi
Əvvəlcə mühümlüyündən asılı olaraq xəstənin şikayətlərini aydınlaşdırırlar. Hər şey-
dən əvvəl bu səpgiləri müşayiət edən müxtəlif subyektiv şikayətlər ola bilər: qaşınma, 
yanma, ağrı, keyləşmə, hissiyyatın azalması və ya çoxalması, anesteziya və s. Qaşınma-
nın intensivliyini analiz edərək atrofik dermatitdə, strofulyusda, övrədə, qoturluqda, gö-
bələyəbənzər mikozda və digər dermatozlarda güclü, psoriazda, piodermiyalarda,mikoz-
larda,qırmızı yastı dəmrovda nisbətən az müşahidə olur. Xəstələr Dürinqin herpesşəkilli 
dermatitində, kəmərləyici dəmrovda, pustulyoz psoriazda yanma, dərin piodermiyalar-
da,trofiki xoralarda,kəmərləyici dəmrovda ağrı,cüzam, sirinqomieliyada anesteziya və 
hiposteziya, sklerodermiyada dartınma hissiyyatı müşahidə edirlər. Dəri xəstəliklərində 
xəstələri tez-tez narahat edən ümumi pozuntular barəsində anamnestik məlumatlar yığır-
lar (iştahın itməsi, yuxusuzluq,əsəbilik,əmək qabiliyyətinin itməsi və s.).
Qeyd etmək lazımdır ki, xəstələr tərəfindən bildirilən subyektiv hissiyyatlara əsaslan-
maq olmaz.Onların qiymətləndirilməsi və interpretasiyası xəstənin psixikasından, onun 
həssaslıq səviyyəsindən asılıdır. Xəstənin dərisində səpgilər həmişə qaçılmaz qaşınma 
ilə assosasiya olunur, həqiqətdə isə qaşınma olmaya da bilər.
Xəstəliyin anamnezində dermatozun başlanması və müddəti, səbəbləri və təxribat 
faktorları bildirilməlidir. Dermatozun ilk əlamətləri, başlanan vaxt səpgilərin ilkin lo-
kalizasiyasıyası göstərilməlidir. Mütləq dəridə səpgilərin dinamikasını, yayılmasını, re-
missiyalarını, residivlərini, fəsilliyini, aparılan müalicələr və onların nəticələrini qeyd 
etmək lazımdır.
Bəzi xəstəliklər (fıksə olunmuş eritema, sadə qovuqcuqlu dəmrov və s.) residivlərə 
meyilli olduğu halda bəziləri (kəmərləyici dəmrov,irinli-infıltrativ trixofıtiya) isə çox 
nadir hallarda residiv verirlər. Bu xəstəliklər barədə məlumatlar onların diaqnozlarının 
qoyulmasında əhəmiyyət kəsb edir. Xəstəliyin başlandığı vaxt xəstənin yaşını müəyyən-
ləşdirir ki, bu da diaqnostikaya kömək edir. Məsələn, dərinin vərəm xəstəlikləri uşaq-
lıqda,qırmızı qurdeşənək böyük yaşlarda başlayır. Bəzi hallarda xəstənin bu və ya digər 
yerlərdə daimi və ya müvəqqəti yaşamasının da rolu ola bilər (cüzam, leyşmanioz, fle-
botodermiya).
İşin xarakterinin (kimyəvi,fiziki,bakterial zərərlər),əsasən də dərinin peşə xəstəlik-
lərində (dermatit, ekzema, donma, ziyilli vərəm, erizipeloid, dermatomikozların bəzi 


74
formaları) aydınlaşdırmaq vacibdir.
Bəzi dəri xəstəlikləri müəyyən insan cinsini zədələyir.Məsələn,stafilokok sikozu, 
rinofıma, düyüncüklü xondrodermatit, boyunun rombik dərisi demək olar ki, həmişə 
kişilərdə rast gəlinir, rozasea, böyüklərin xroniki trixofitiyası, Foks-Fordays xəstəliyi ən 
çox qadınlarda müşahidə olunur.
Xəstənin həyat anamnezi böyük əhəmiyyətə malikdir. Mütləq valideyinlərin sağlam-
lığı, ailənin xəstlikləri (vərəm, sifılis, dəri və şiş xəstəlikləri) barədə məlumat toplamaq 
lazımdır. Perinatal dövrün xüsusiyyətləri və inkişafının yaş mərhələləri haqda məlumat-
lar mütləq bilinməlidir. Xəstədə dərmanlara, kimyəvi maddələrə, bəzi qida məhsullarına 
qarşı allergik reaksiyaları nəzərə almaq lazımdır.
Bəzi dermatozlarda xəstənin müxtəlif yaş dövrlərində fiziki aktivliyi və intellektual 
yüklənməsi və psixoemosional gərginlikləri böyük rol oynayır.
Dərinin ümumi xarakteristikasına aşağıdakı məlumatlar aiddir:
- rəngi (qaralmış, qızarmış, sarımtıl çalarlı); 
- dərinin dartılması və elastikliyi,toxuma turqoru; 
- piy və tər ifrazetmə (çoxalmış, azalmış, normal);
- dermoqrafizm (qırmızı, ağ, qarışıq) əmələ gəlmənin tezliyi, davam etməsi,
yayılması;

əzələ-tük refleksi;

dərinin həssaslığı (ağrı, temperatur, taktil);

dərialtı piy toxuması;

limfatik düyünlər (böyüklük, hərəkətlilik, ağrılıq, dəri ilə birləşmə)

selikli qişaların ümumi cəhətləri (gözlərin, göz qapaqlarının, dodaqların qırmızı 
haşiyəsinin, ağız və burun boşluğunun, xarici cinsiyyət orqanlarının və anusun), rəngi, 
zədələnməsi;

tüklər, dırnaqlar, sümük və oynaqların vəziyyəti, əzələ sistemi;

ürək qan-damar sistemi:ürək, damarlar, nəbz, arterial təzyiq;

tənəffüs orqanları: yuxarı tənəffus orqanları, ağ ciyərlər, rentgenoloji müayinə-
nin cavabı;

həzm sistemi: ağız boşluğu, dişlərin, damaq badamcıqlarının, mədənin, ba-
ğırsaqların, qara ciyərin, dalağın vəziyyəti;

endokrin sistem:qalxanabənzər vəz (böyüməsi,ekzoftalm,əllərin tremoru), 
böyrəküstü vəzi (dərinin piqmentasiyası, zəiflik, yorğunluq, qanda şəkər), cinsiyyət
vəziləri (ikincili cinsi əlamətlər, libido);

sinir sistemi: oyanıqlıq, yaddaş, yuxu;

refleksləri vətərlər (diz, axil, yuxarı ətraf), bəbəkdə Romberq simptomu;

baş-beyin sinirləri (göstəriş olduqda), patoloji reflekslər;

hissiyyat orqanları: görmə, eşitmə, iy bilmə, dad bilmə, toxunma.

Yüklə 18,24 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   446




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin