Emulsiyalar
Emulsiyalar- tərkibində 30%- ə qədər yağ olan mayelərdir. Yarımaye- yarıbərk qatı
elastik konsistensiyaya malikdirlər. Səthi iltihabi dermatozların müalicəsində populyar-
dılar. Dəriyə çəkildikdə emulsiyanın maye hissəsi buxarlanır, dərini soyudur, yağ və
dərman maddəsi isə sorularaq iltihabəleyhinə təsir göstərir.
Krelo
Krelo- liposomal emulsiyadır. Liposomlar- lamelyar yağlı kristallik strukturlardır.
Onlar iltihabəleyhinə təsirlə bərabər dərini hidratasiya da edirlər.
Çalxamalar
Çalxama dərmanlar suda, su və qliserində, su,qliserin və etil spirtində asılı olan ki-
çik tozabənzər maddələrdən ibarətdir. İstifadədən əvvəl qarışığı yaxşıca çalxalayırlar.
Çalxama 30-40% tozdan (sink, talk, kraxmal) və 60-70% mayedən ( su, qliserin, spirt)
ibarətdir. Su buxarlandıqdan sonra toz dəridə nazik təbəqə şəklində qalır. Qliserin onları
uzun müddət dəridə saxlayır. Bu dərman formasına ixtiol, kükürd, anestezin də qatmaq
olar.
Yerli iltihabəleyhinə vasitələr qismində yağlı çalxamalardan istifadə edilir ki onlar da
liniment adlanıb 30% sink oksidindən, 70% bitki yağından ibarət olur.
Təsiri. Su çalxaması-iltihabəleyhinə, quruducu, qaşınmaəleyhinə. Yağlı çalxama- il-
tihabəleyhinə, yumşaldıcı, qabıqtəmizləyici.
Göstərişlər. Sulanmasız kəskin və yarımkəskin dəri zədələnmələri.
İstifadə qaydası. İstifadədən əvvəl çalxalamaq lazımdır. Tamponla zədə nahiyəsinə
gündə 2-3 dəfə sürtülür.
Aerozollar
Aerozollar- tərkibində asılı bərk və maye halda dərman preparatları olan qaz mühi-
tindən ibarət dispers sistemlərdir. Onlar çox zaman kortikosteroid, antibiotik, antimiko-
tiklərdən ibarət olub, klapanlı xüsusi hermetik balonlarda buraxılır.
Təsiri. Təsir mexanizminə görə çalxalamalara yaxındır.
Göstərişlər. Dərinin müxtəlif dərəcəli iltihabları, piodermiyalar, iltihabla ağırlaşmış
mikozlar.
İstifadə qaydası. Zədələnmə ocağına gündə 2-3 dəfə püskürdülür.
Dostları ilə paylaş: |