Dərslik rəHBƏRLİk azərbaycan Respublikası Təhsil Nazirliyinin 24 saylı


DERMATOZLARIN YERLİ (xarici) FARMAKOTERAPİYASI



Yüklə 18,24 Mb.
Pdf görüntüsü
səhifə49/446
tarix20.10.2023
ölçüsü18,24 Mb.
#157964
növüDərs
1   ...   45   46   47   48   49   50   51   52   ...   446
DERMATOLOGİYA-dərslik 1

DERMATOZLARIN YERLİ (xarici) FARMAKOTERAPİYASI
Dəri səpgilərinin yaranmasının ekzogen və endogen səbəblərinin və təkanverici fak-
torlarının müxtəlifliyi onların polimorfizmini şərtləndirir.
Şübhə doğurmur ki,dermatozların yaranma səbəblərinin müəyyənləşdirilməsi, müa-
sir terapevtik vasitələrin tətbiqi ilə yanaşı, səmərəli yerli müalicənin dəri təzahürlərinin 
yox edilməsində və pasiyentin psixoemosional vəziyyətinin yaxşılaşdirilmasında rolu 
böyükdür.
Dəri əlçatan orqandır və xəstənin bədəninin müxtəlif sahələrinə təsir etmək imkanını 
verir. Bu zaman bəzi dərman vasitələrinin ümumrezorbtiv təsiri və əlavə təsirinin mey-
dana çıxması da nəzərə alınmalıdır. Bununla əlaqədar olaraq pasiyent üçün yeni olan 
dərman vasitəsi təyin edildikdə əvvəlcə sınaq müalicəsi aparılmalıdır.
Dermatozların yerli müalicəsi zamanı müxtəlif dərman vasitələrindən və onların tət-
biq üsullarından istifadə etmək olar ki bu zaman da iltihabi reaksiyanın kəskinliyi, dəri 
zədələnməsinin dərəcəsi, dərinliyi və yayılması nəzərə alınmalıdır. Dərman vasitələri 
orqanizmə absorbsiya yolu ilə keratin təbəqəsindən, qismən tük follikulları və piy və-
zilərindən suda və yağda həll olmuş şəkildə daxil olurlar.
Keratin qatının zədələnmələri zamanı ( ekzema, dermatitlər və s.) dərman vasitələri 
daha aktiv sorula və intoksikasiya, allergik reaksiyalara yol aça bilər.
Dərman formasının seçimi ( nəm applikasiyalar,kremlər,məlhəmlər) təkcə dərman 
maddəsindən yox, həm də konkret patologiyadan və onun etiopatogenezindən asılı ola-
raq müəyyən olunur. 
Rasional farmakoterapiya vasitəsilə dəri təzahürləri və subyektiv hissiyatın yox edil-
məsi ( qaşınma,ağrılılıq, yuxu pozğunluğu) pasiyentlərin psixoemosional vəziyyətinin 
yaxşılaşmasına kömək edir ki bu da müalicədən yaxşı nəticə alınması üçün şərtdir.
Dermatozların yerli müalicəsində aşağıdakı əsas istiqamətləri ayırd etmək olar:
1. Xəstəliyin yaranma səbəbini müxtəlif antibakterial, virusəleyhinə, antiparazitar 
dərmanlar vasitəsi ilə aradan qaldırmaq.
2. Dəridə yaranmış patoloji prosesi onun kəskinliyi,yayılma dərəcəsi,lokalizasiya-
sı, yanaşı subyektiv əlamətlərdən asılı olaraq aradan qaldırmaq.
Dermatozların yerli terapiyası aparılan zaman aşağıdakı prinsiplərin gözlənilməsi 
vacibdir.
Kəskin sulanan iltihabi prosesdə yerli islatmalar təyin edilir.
Kəskin lakin sulanma verməyən iltihabi prosesdə aerozollar, yağlı çalxalamalar, 
tozlar, losyonlar istifadə olunur.
Yarımkəskin iltihabi proses zamanı yağlı çalxalamalar, pastalar, tozlar,kremlər və 
emulsiyalar tətbiq edilir.
Xroniki qeyri-spesifik iltihabi proses zamanı məlhəmlərdən, isidici kompreslərdən,-
lak və leykoplastrlardan istifadə məqsədəuyğundur.
Xroniki spesifik proses zamanı (leproma, leyşmanioma, lipoma) ocağa spesifik pre-
parat yeridilir.
Dəri törəmələrində ( ziyillər, papillomalar, vegetasiyalar) yandırıcı və sitostatik pre-
paratlar məsləhət görülür.
İltihabi prosesin müxtəlif intensivliyi zamanı (sulanmasız kəskin, yarımkəskin,xro-
niki qeyri-spesifik) yerli krem, məlhəm, losyon və aerozol şəklində kortikosteroid pre-
paratlar məqsədəuyğundur.


88
Dermatozların farmakoterapiyasına başlamazdan öncə preparatın istifadəsinə göstə-
riş və əks göstərişləri, dərmana öyrəşkənliyin yaranması ehtimalını,pasiyentin yaşını, 
allergik reaksiyaların yaranma ehtimalını və əlavə təsirləri nəzərə almaq lazımdır.
Dermatomikozların yerli malicəsi simptomatik aparılmalıdır. Yerli dərman maddəsi 
təyin etməzdən əvvəl dərini qabıq, qartmaq, əvvəlki dərman vasitələrindən təmizləmək 
lazımdır. Adətən bu məqsədlə qaynadılmış bitki yağı sarğısından istifadə edirlər. Dər-
man əvvəl məhdud sahəyə çəkilir, pasiyentin normal reaksiyasından sonra qalan yerlərə 
də sürtülür. İslatma, sarğı və yaxmaların düzgün qoyulması və vaxt intervallarının göz-
lənilməsi mühüm əhəmiyyət daşıyır.
Yerli farmakoloji vasitələr dəridəki patoloji prosesə təsir xarakterinə görə aşağıdakı 
qruplara bölünür (cədvəl 6.2)

Yüklə 18,24 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   446




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin