Dərslik rəHBƏRLİk azərbaycan Respublikası Təhsil Nazirliyinin 24 saylı



Yüklə 18,24 Mb.
Pdf görüntüsü
səhifə45/446
tarix20.10.2023
ölçüsü18,24 Mb.
#157964
növüDərs
1   ...   41   42   43   44   45   46   47   48   ...   446
DERMATOLOGİYA-dərslik 1

Dermatoloji status
Səpgilərin ümumi xarakteristikası

Səpgilərin yayılması-məhdud, yayılmış, disseminəolunmuş, universal

Səpgi elemetlərinin yerləşmələrinin topoqrafik xüsusiyyətləri (sevimli lokaliza-
siya). Məsələn, psoriazda - ətrafların açıcı səthləri, ayaqların epidermofitiyasında ayaq 
pəncəsinin üçüncü və dördüncü barmaqarası büküşlər, qırmızı qurdeşənəyində - üz, ato-
pik dermatitdə - dizaltı və dirsək oynağının bükücü səthləri, boyunun arxa və yan sahələ-
ri.

Səpgilərin simmetrikliyi (həqiqi ekzema, atopik dermatit, psoriaz) və ya asim-


76
metrikliyi (dermatomikoz, mikrob ekzeması, üzükvari və ya dairəvi qranulyoma, kon-
takt dermatit); sinir və damar şaxələri boyunca yerləşmələri (kəmərləyici dəmrov, xətt-
vari nevus, xəttvari qırmızı yastı dəmrov).

Birincili (ləkə, papula, qabarcıq, düyün, köpüşük, qovuqcuq, qovuq, irincik, şiş) 
və ikincili (piqment ləkələri, qabıq, qartmaq, eroziya, ekskoriasiya, çat, xora, çapıq, lixe-
nifikasiya, vegetasiya) elementlər.

Monomorf və polimorf səpgilər. Monomorf hər hansı birincili elementdən təş-
kil olunmuş səpgidir (psoriazda papulalar, vərəm qurdeşənəyində qabarcıqlar,
vulqar pemfiqusda qovuqlar).Polimorf bir neçə birincili elementdən təşkil olunmuş 
səpgidir (ekzemada, çoxformalı eksudativ eritemada, Dürinq dermatitində - ləkə, papu-
la, qovuqlar, qovuqcuqlar, köpüşük).

Subyektiv əlamətlər - qaşınma, yanma, ağrı, dəridə dartınma hissiyyatı.
Birincili elementlərin xarakteristikası
İltihabi prosesin xarakteri: kəskin, yarımkəskin, xroniki olur. Kəskin iltihabi proses-
də eksudasiya, qeyri-iltihabi prosesdə proliferasiya müşahidə olunur.
İltihabi prosesin rəngi müxtəlif çalarlı olur.Qırmızı yastı dəmrov üçün bənövşəyi-gö-
yümtül rəng, çoxformalı eksudativ eritema üçün göyümtül rəng, eritrazma üçün kərpi-
ci-qırmızı rəng, vərəm qurdeşənəyi üçün sarımtıl-qəhvəyi rəng xarakterikdir.
Ölçülər - sancaq başı və ya darı dənəsi ölçüsündə olan elementlər miliar, mərci və 
ya noxud ölçüsündə olan elementlər lentikulyar, 2-5 qəpiklik ölçüsündə olan elementlər 
numulyar adlanırlar. Elementlər bir-biri ilə birləşdikdə yetkin insanın ovuc içi və ya daha 
böyük ölçülü lövhələr əmələ gətirir.
Kənarların şəkli : düzgün, qeyri-düzgün, oval, dairəvi, xəttvari, poliqonal, festonvari, 
küncvari olur.
Sərhədləri : kəskin, qeyri-kəskin, aydm, silinmiş olur.Kəskin sərhəd - ən çox xroniki 
iltihabi proseslərdə (sifilis, qırmızı yastı dəmrov, psoriaz) , qeyri-kəskin sərhəd - kəskin 
iltihabi proseslərdə (ekzema) müşahidə olunur.
Səthi: kələ-kötür, qabarcıqlı, hamar, parlaq, parıltısız, dənəli olur.
Forma: yastı (psoriaz), yarımkürə şəklində(lentikulyar sifilid), konusabənzər (miliar 
sifilid), basıqlı yastı (qırmızı yastı dəmrov) və ya çökmüş yastı (eksudativ eritema) olur.
Konsistensiya: ağacabənzər (aktinomikozda), bərk (onkodermatozlarda), bərk-elas-
tik (sifilisdə), bərkvari (psoriazda,qırmızı yastı dəmrovda), xəmirəbənzər (lipomalarda), 
yumşaq (dəri vərəmində) olur.
Zədələnmənin dərinliyi: elementlər epidermal, epidermo-dermal, dermal, subdermal 
ola bilirlər.
Follikullara münasibət: elementlər follikulyar (adi follikulit, sikoz, furunkul), qey-
ri-follikulyar (tük follikulları ilə birləşməyən) olur.
Bir çox dermatozlar diaqnozun əsaslanmasında böyük rol oynayan spesifik əlamət-
lərə (fenomenlər və simptomlar) malikdirlər.

Yüklə 18,24 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   446




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin