Dəri xəstəliklərinin ümumi simptomatologiyası
Dəri səpgisi morfoloji elementlər adlandırılan ayrı-ayrı tərkib hissələrdən ibarətdir.
Morfoloji elementlər dermatologiyanın əlifbasıdır.Dəri səpgilərinin bütün elementləri 2
böyük qrupa ayrılır:birincili və ikincili elementlər.Birincili elemetlər dəridə baş verən
patoloji proseslər nəticəsində birincili olaraq əmələ gələn elementlərdir.İkincili element-
lər birincili elementlərin əksinə inkişafı zamanı onların təkamülü nəticəsində əmələ
gələn elementlərdir.
Birincili morfoloji elementlər
8 birincili morfoloji element var: ləkə (macula), düyüncük (papula), qabarcıq (tuber-
culum), düyün (nodus), köpüşük (urtica), qovuqcuq (vezicula), qovuq (bulla), irincik
(pustula) (şəkil 5.1)
Ləkə (macula) - dəri rənginin ocaqlı dəyişməsi ilə xarakterizə olunan elementdir.
Ləkə dəri səviyyəsindən qalxmır, konsistensiyaya malik deyil, yoxa çıxanda dəridə iz
qoymur.Ləkənin xarakterindən asılı olaraq iltihabi və qeyri-iltihabi ləkə qeyd olunur.
Mənşəyinə görə ləkələr damar, hemorragik, piqment və eritematoz skvamoz növlərə
bölünürlər.
Damar ləkələri dəri damarlarının genişlənməsi ilə xarakterizə olunur.Onlar qırmızı
rəngin müxtəlif çalarlarına malikdirlər və təzyiq etdikdə itirlər.Adətən iltihabi damar
ləkələri də qan damarlarmın müvəqqəti genişlənməsidir.Ölçüsünə görə onları rozeola
(dırnaq ölçüsünə qədər) və eritemaya (dırnaqdan böyük) bölürlər.Kəskin iltihabi ləkələr
adətən qaşınma ilə müşayiət olunurlar.Rozeolalara infeksion rozeola və sifilitik rozeola
aiddir.
Rozeola nahiyəsində histoloji şəkil dermanın yuxarı yuxan üçdə bir hissəsinin da-
marlannın kəskin genişlənməsi və qanla dolması, endotelinin tez-tez şişməsi, bəzən də
proliferasiyası ilə xarakterizə olunur.Damarların ətrafında əsasən limfositlərdən ibarət
kiçik infiltratlar əmələ gələ bilər.Sifılitik rozeolalar əmələ gəldikdə limfositlərə plazma-
tik hüceyrələr də qarışır.Epidermis bir qayda olaraq zədələnmir.
Eritema ekzemada, dermatitlərdə, qırmızı qurdeşənəyində, cüzamda, Dürinq derma-
titində, çoxformalı eksudativ eritemada müşahidə olunur.Damarlarm davamlı genişlən-
məsi nəticəsində əmələ gələn qeyri-iltihabi damar ləkələri də var. Bunlara anadangəlmə
damar ləkələri və teleangiektaziyalar aiddir. Distrofik dəyişikliklər sayəsində onların
ölçülərinin böyüməsi (ekzema) durur. Dermal mənşəli papulalarda (sifılis) dermanın il-
tihabi infıltrasiyası müşahidə olunur.Papulyoz elementlərdə müşahidə olunan infıltrat
perivaskulyar lokalizasiyaya malikdir, amma bəzən infıltratlar birləşirlər və daha diffuz
yayılırlar.Etioloji faktorlardan asılı olaraq infiltratın tərkibi müxtəlif ola bilər, əsasən
limfoid hüceyrələr, histiositlər, fıbroblastlar qeyd olunur.Epidermo-dermal papulalar
65
(qırmızı yastı dəmrov) epidermisdə hiperplastik proseslər - hiperkeratozlarla xarakterizə
olunur.Bu proses dermada əmələ gələn infiltrasiya ilə yanaşı müşahidə olunur.Bu halda
infiltrat əsasən limfoid elementlərdən təşkil olunur.
Papulalar ölçüsünə görə aşagıdakı növlərə bölünürlər:miliar (xırdanöqtəli-darı ölçü-
sündə), lentikulyat (yastı-mərci və ya noxud-ölçüsündə), lövhələr (insan əlinin içi ölçü-
sünə çatır).Formasına görə papulaların aşağıdakı növləri var:konusabənzər, yarımkürə,
yarımsferik, yastı, basıqlı yastı, çökəkli yastı. Papula əksinə inkişaf etdikdə adətən xo-
ralaşmır, özündən sonra çapıq qoymur, sorulur, qabıqlanır, dəri səthində müvəqqəti piq-
mentasiya və ya hiperpiqmentasiya qalır.
Bir sıra hallarda papulaların üzərində başqa morfoloji elementlər yerləşirlər:qovuq-
cuqlar (papulovezikulalar), pustulalar (papulopustulalar). Dərinin papulonekrotik vərə-
mində papulalar nekrotik proseslə birləşirlər, dəri vaskulitinin bəzi formalarında isə
xoralanma ilə müşahidə olunan hemorragik dəyişikliklərlə müşayiət olunurlar.Belə hal-
larda papulaların yerlərində çapıq əmələ gələ bilər. Papulalar büküşlərdə və sürtünməyə
məruz qalan yerlərdə yerləşdikdə onların həddən çox inkişafı qeyd olunur və papulaların
səthində vegetasiya inkişaf edir.Vegetasiya edən papulalar inkişaf edərək kandilomaların
əmələ gəlməsi ilə müşahidə olunurlar (sifılisdə enli kandilomalar).
Qabarcıq (tuberculumj-boşluqsuz, kompakt, qeyri-iltihabi xarakterli, dəri səviyyəsin-
dən yuxarı qalxan elementdir.Müxtəlif tonlu qırmızı rəngə malikdir.Qabarcıqda infiltrat
dermanın məməcikli və retikulyar qatlarmda toplanır, yoluxucu (infeksion) qranulyoma
quruluşuna malikdir.Ölçüləri darı dənəsindən yunan qozu ölçüsünə qədərdir. Təkamül
prosesində qabarcıq mərkəzi nekroza, xoralanmaya məruz qalır və çapıq əmələ gəlməsi
ilə nəticələnir.İnfiltratın xoralanma olmadan sorulması hallarında qabarcığın yerində də-
rinin çapıq atropiyası qalır.Qabarcıqlar vərəm qurdeşənəyində, dərinin ziyilli və xoralı
Qabarcıq
Irincik
Şək. 5.1.Birincili morfoloji elementlər
Düyükcük
Qovuqcuq
Düyün
Ləkə
Köpüşük
Qovuq
66
vərəmində, papulo-nekrotik vərəmdə, qabarcıqlı sifıliddə, leyşmaniyada, cüzamda mü-
şahidə olunur.
Qabarcığın histoloji şəkli üçün nəhəng hüceyrələrlə qarışmış epitelioid hüceyrələrdən
təşkil olunmuş qranulyomalar xarakterikdir.Vərəm infeksiyası üçün epitelioid hüceyrə
qranulyomasmın ətrafında limfositar haşiyənin və sonradan yumşalma və birləşdirici
toxuma ilə əvəz olunması ilə nəticələnən kazeoz nekrozun əmələ gəlməsi xarakterikdir.
Sifılitik qranulyoma üçün çox miqdarda plazmatik hüceyrələr və fibroblast elementlə-
rin olması xasdır ki,bunun nəticəsində o çapıqlaşmaya meyillidir. Cüzamda qabarcıq
vərəmdə olan qabarcıqla oxşar olsa da onda nekroz heç vaxt əmələ gəlmir.
Düyün (nodus) - qabarcıqdan böyük boşluqsuz iltihabi törəmədir (toyuq yumurta-
sı ölçüsünə çatır).Bu zaman infiltrat dərində,əsas da dərialtı piy toxumasmda toplanır.
Təkamül prosesi nəticəsində adətən o xoralanır (bu zaman əmələ gələn xora qabarcıq
xorasından daha böyük və dərin olacaq) və çapıqla nəticələnir.Bəzi hallarda düyün xora-
lanma olmadan sorulur və yerində çapıq atrofiyası əmələ gəlir.Düyünlər üçüncülü sifılis-
də,vərəmdə,cüzamda,dəri leyşmaniyasında, Bazenin indurativ eritemasında əmələ gəlir.
Histoloji strukturasına görə düyünü infeksion qranulyomaya aid etmək olar.Sifilis
düyünü (qumma) həm epitelioid və nəhəng hüceyrələrlə (Lanqhans-Piroqov hüceyrələ-
ri) və ya yad cisim tipli nəhəng hüceyrələrlə, həm də limfoid və plazmatik hüceyrələr-
lə əhatə olunmuş koaqulyasion nekroz ocağıdır. Qranulyasion toxumada divarı iltihabi
infıltrat hüceyrələri ilə deşilmiş qan damarları var. Kollikvativ vərəm zamanı düyün
mərkəzində sonradan epidermisə qədər dərinin bütün qatlarının əriməsi ilə nəticələnən
qeyri-spesifik absesin əmələ gəlməsi ilə xarakterizə olunur.Ocağm kənarlarında kəskin
kazeoz nekrozlu və geniş limfositar infıltrasiyalı qabarcıqlar əmələ gəlir.Düyünlü eri-
temada piy toxuması paylarının fıbroz arakəsmələrində və ayrı-ayrı piy hüceyrələrində
yerləşən neytrofıl leykositlərlə qarışmış limfoid hüceyrəli diffuz infıltrasiya müşahidə
olunur.Bu infiltratda az miqdarda histiositlər və eozinofıllər aşkar olunsa da,plazmatik
hüceyrələr aşkarlanmır.Abses və nekrobioz müşahidə olunmur. Damarlarda,əsasən də
kapillyarlarda və orta ölçülü damarlarda alterasiya və endotelinin proliferasiyası kimi
mühüm dəyişikliklər baş verir. Limfoid hüceyrələr arasında yad cisim tipli nəhəng hü-
ceyrələrə rast gəlinir. Mərkəzi çatın ətrafında histiositlərdən təşkil olunmuş xırda düyün-
cüklər də qeyd olunur. Cüzamda olan düyün (leproma) aralarında limfositlər və plazma-
tik hüceyrələr olan (köhnə elementlərdə isə fıbroblastlar olan) çox miqdarda histiositlər
və leproz hüceyrələrlə xarakterizə olunur.Sonradan infıltratın sorulması və ölü toxuma-
nın qopması baş verə bilər.Dərin mikozlarda olan düyünlər üçün dərialtı piy toxuması ilə
sərhəddə dermanın dərin qatlarının xroniki irinli iltihabı ilə xarakterizə olunur. İnfıltrat
limfoid və plazmatik hüceyrələrdən təşkil olunub.Bəzi hallarda onların aralarında epite-
lioid hüceyrələrdən,bəzən yad cisim tipli nəhəng hüceyrələrdən və ya ağ çıxıntıh epider-
mositlərdən ibarət qruplar qeyd olunur.
Köpüşük (urtica) - boşluqsuz,kəskin iltihabi,dəri səviyyəsindən qalxan elementdir,-
dermanın məməcikli qatının məhdud kəskin iltihabı nəticəsində əmələ gəlir. Ağımtıldan
çəhrayımtıl-qırmızı rənglərə malikdir.Noxud ölçüsündən ovuc içi və daha böyük ölçülər-
də olur. Köpüşüyün aşağıdakı növləri var: numulyar, lentikulyar, nəhəng, hörüyəbənzər,
zolağabənzər. Köpüşüklər qaşınma ilə müşayiət olunur, xüsusən qaşınma vaxtı periferik
inkişafa meyillidir, tez itirlər (bir neçə saat ərzində), özündən sonra iz qoymurlar. Kö-
67
püşüklər övrədə, Dürinq dermatitində, uşaq qaşınma xəstəliyində,flebotodermiyada rast
gəlinir.
Histoloji şəkil dermanın məməcikli və məməcikaltı şöbələrinin damarlarının,əsasən
də limfa damarlarının kəskin genişlənməsi ilə xarakterizə olunur. Adətən iltihabi infıltrat
aşkar edilmir,amma bəzi hallarda az miqdarda müşahidə olunur.Epidermisdə bir qədər
spongioz aşkar oluna bilər.
Qovuqcuq (vezicula) - epidermisdə eksudat toplanması nəticəsində əmələ gələn şəf-
faf seroz möhtəviyyatlı boşluqlu kəskin iltihabi elementdir.Qovuqcuqlar epidermaldaxili
(epidermisin qatları arasmda yerləşirlər),subepidermal (epidermisin altında yerləşirlər),
yunktional (epidermislə derma arsmda sərhəddə yerləşirlər-sərhədçi) ola bilirlər. Ölçülə-
ri sancaq başından noxud böyüklüyünə qədərdir. Forması yarımkürə şəklindədir. Qovuq-
cuqlar izoləolunmuş (tənha) və ya qruplarla (herpesşəkilli) yerləşə bilirlər. Qovuqcuqlar
təkamül prosesi nəticəsində deşilib eroziya əmələ gətirirlər və ya quruyub qartmaqla
örtülürlər,düşəndə yerində piqmentli və ya hiperpiqmentli ləkələr qalır ki,onlar da son-
radan iz qoymadan itirlər. Qovuqcuqlar sadə herpesdə,kəmərləyici dəmrovda,ekzemada,
Dürinqin herpesşəkilli dermatitində müşahidə olunur.
Histoloji şəkil spongiozla müşayiət olunan və təkkameralı (ekzema,bulyoz dermatit)
və ya çoxkameralı (herpes) qovuqcuqların əmələ gəlməsi ilə xarakterizə olunur. Təkka-
meralı qovuqcuqlar əmələ gələn zaman spongioz epidermisin müxtəlif şöbələrində rast
gəlinə bilər. Sonra qovuqcuğun trafında epidermisin proliferasiyası baş verir və qovuq-
cuq yuxarı qalxaraq artım qatının yuxarı şöbələrində və ya buynuz qatın altında lokalizə
olunur.Bəzən akantoz müşahidə olunur. Buynuz qatda müxtəlif miqdarda parakeratotik
hüceyrələr və qartmaqlar müşahidə olunur. Dermada iltihabi infıltrat əsasən genişlənmiş
damarların ətrafmda yerləşir və bəzən neytrofil leykositlərlə və eozinofıllərlə qarışıq
halda limfoid hüceyrələrdən ləşkil olunur.
Qovuq (bulla) - serroz (bəzən hemorragik) möhtəviyyatlı iltihabi boşluqlu element-
dir,qovuqcuqdan daha böyük ölçülərə (toyuq yumurtası ölçüsünə qədər) malikdir. Qo-
vuqlar təkkameralı və çoxkamerah ola bilirlər. Epidermal,dermal və sərhədçi qovuqlar
qeyd olunur. Vulqar pemfiqusda akantolitik qovuqlar qeyri-iltihabi xarakterlidir. Qo-
vuqlar dermatitlərdə, ayaqların epidermofitiyalarında, Dürinq dermatitində, pemfiqusda,
çoxformalı eksudativ eritemada müşahidə olunur.
Histoloji müayinə qovuqlu dermatozların differensial diaqnostikasında mühüm əhə-
miyyət kəsb edir. Qovuq epidermisdaxili və subepidermal yerləşə bilər.Subkorneal spon-
giotik qovuqların əmələ gəlmələrinin əsasmda dermanın yuxarı qatlarından epidermisə
miqrasiya etmiş mononuklear elementlərlə infiltrasiyası və sonradan itən uzanmış des-
mosomlarla müşayiət olunan hüceyrəarası şişkinlik (spongioz) durur.İnfiltratın tərkibi
etioloji faktorlardan asılı olaraq müxtəlif ola bilər,əsasən limfoid hüceyrələr,histiositlər
və fıbroblastlardan təşkil olunur.Akantolitik qovuqlar hüceyrəarası sementləyici subs-
tansiyanın əriməsi nəticəsində əmələ gəlir ki,bu da ayrı-ayrı epidermal hüceyrələr ara-
sında əlaqənin pozulmasma səbəb olur. Akantolitik qovuqlar əsasən suprabazal (vulqar
pemfiqusda,Darye xəstəliyində) və subkorneal yaranır.Epidermisin bazal hüceyrələrinin
və bazal membrananın destruktiv dəyişiklikləri nəticəsində əmələ gələn qovuqlar sube-
pidermal lokalizasiyaya malikdir.
Histoloji müayinələrdə bu qovuqlarda ŞİK müsbət bazal membrananın nazikləşməsi
68
və ya olmaması elektron mikroskopiyada yarımdesmosomların, bazal valın və ya möh-
kəmləndirici fıbrillərin zədələnməsi ilə qeyd olunur. Göstərilən növ qovuqlarda derma-
da baş verən dəyişikliklər onu əmələ gətirən xəstəliklərdən asılıdır. Epidermis daxili
qovuqların əmələ gəlməsində əsas rolu epitelial hüceyrələrin bir daha degenerativ zə-
dələnməsi (ballonlayıcı və vakuol distrofiya),onlar arasında əlaqənin itməsi,spongioz və
akantolizin əmələ gəlməsi böyük rol oynayır. Akantoliz və bunun əsasında əmələ gələn
“Nikolski” fenomeni (mexaniki təsir nəticəsində epidermisin yuxarı qatlarının soyulma-
sı) həqiqi pemfıqusun və digər qovuqlu dermatozların differensial diaqnostikasında əsas
şərtdir. Dermanın məməcikli qatının şişkinliyi və bazal membrananın strukturasının po-
zulması nəticəsində əmələ gələn epidermisaltı qovuqlarda toplanmış eksudat epidermisi
dermamn məməcikli qatından soyur (çoxformalı eksudativ eritema, bullyoz toksikoder-
miya, qızılyelin bullyoz forması, pellaqra).
Irincik (pustula) – seroz-irinli və irinli eksudatlı boşluqlu iltihabi elementdir.Loka-
lizasiyasından asılı olaraq səthi (epidermal) və dərin (dermal) pustulalar var.Prosesin
epidermisdə baş verdiyi səthi pustulalar impetiqo adlanır (bu zaman infıltrat olmur).
İrinli prosesin dermada yerləşdiyi dərin pustulalar ektima adlanır (buna əriyəndən sonra
yerində irinli eksudat əmələ gələn infıltrat xarakterikdir). Bəzən ektima qalın, çox qat-
lı,ilbiz bahqqulağını xatırladan və rupiya adlanan qartmaqla örtülü olur.İmpetiqo,ektima
və rupiya qeyri-follikulyar pustulalara aiddir.
İmpetiqoda histoloji şəkil buynuz qat altmda yerləşən fıbrinlərlə və polimorfnüvəli
leykositlərlə (az limfositlərlə qarışmış) dolu pustulalarla xarakterizə olunur. Bəzən burda
leykositlərin proteolitik fermentlərinin təsiri nəticəsində əmələ gələn akantolitik hücey-
rələr görmək olar.Pustulanın altında epidermisin artım qatında spongioz və neytrofil
leykositlər aşkarlanır. Ektimada histoloji şəkil impetiqodan fərqli olaraq prosesin epider-
misdən dermaya keçməsi ilə xarakterizə ohmur. Bu zaman xoralı zədələnmə əmələ gəlir.
Xoranın kənarlarmda epidermis adətən akantoz vəziyyətindədir,dermanın yaxın sahələ-
rində birləşdirici toxuma nekrozlaşa və leykositlərlə infıltrasiya oluna bilər. Dermanm
yuxarı üçdə bir hissəsində kapillyarlar ocağın həm periferiyasmda, həm də mərkəzində
genişləniblər. Koqoyun spongioformalı pustulasını histoloji şəklinə görə irinciyin növlə-
rinə aid etmək olar. Bu çoxkameralı pustuladır,epidermisin yuxarı hissəsində yerləşir,a-
ralarında destruktiv dəyişilmiş epitelial hüceyrələr olan,neytrofıllərlə dolu xırda boşluq-
larla xarakterizə olunur. Epidermis akantoz vəziyyətindədir,bəzi yerlərdə hüceyrəarası
şişkinlik müşahidə olunur. Koqoy pustulasının rats gəldiyi xəstəlikdən asılı olaraq der-
mada müxtəlif dəyişikliklər qeyd olunur,amma həmişə şişkinlik (xüsusən də məməcikli
qatda), damarların genişlənməsi və müxtəlf dərəcəli infıltrasiya qeyd olunmur (pustul-
yoz psoriaz, Reyter xəstəliyi, Allop akrodermatiti, herpesşəkilli impetiqo, qonoreya ke-
ratozu, kandidoz).
Tük follikulları nahiyəsində yerləşən, follikulit adlanan follikulyar pustulalar da
qeyd olunur. Onlar səthi (irinləmə follikulun ancaq üst qatlarında yerləşdikdə) və dərin
(proses bütün follikulu əhatə etdikdə) ola bilər.Səthi follikulitlərə adi follikulit və sikoz
aiddir. Dərin follikulitə furunkul,karbunkul,hidradenit aiddir. Əgər pustula tük follikulu
girəcəyində yerləşərsə bu pustulalar ostiofollikulitlər adlanırlar (mərkəzdən tüklə deşil-
miş olur).
İrincik piy vəziləri ətrafında yerləşdikdə akne (sızanaq) əmələ gəlir.Sızanaqlar səthi
69
və dərin olur.
Pustulanın irinli möhtəviyyatı quruyub qartmağa çevrilir,sonra qopur,infiltrat qalıqla-
rı sorulur.Səthi pustulaların yerində (impetiqo, səthi follikulitlər, səthi akne) qartmaqlar
qopduqdan sonra izsiz keçib gedən piqmentli-hiperemik ləkə qalır.Dərin pustulaların
yerlərində (ektima, rupiya, dərin follikulit, dərin akne) çapıq qalır.
A.İ.Kartamışev (1963) və L.İ.Boqdanoviç (1988) sadalanan elementlərdən başqa bi-
rincili elementlər siyahısına şişləri də aid edirlər (düyünlər,qabarcıq və düyüncüklər şək-
lində qeyri-iltihabi törəmələr olub, noxuddan toyuq yumurtası ölçüsünə qədərdir, derma
və dərialtı piy toxumasında yerləşirlər). K.N.Suvorova və V.T.Kuklin (1996) seropapula-
nı da (səthində qovuqcuq əmələ gələn papula və köpüşük) birincili morfoloji elementlərə
aid edirlər.
Dostları ilə paylaş: |