Dərslik rəHBƏRLİk azərbaycan Respublikası Təhsil Nazirliyinin 24 saylı



Yüklə 18,24 Mb.
Pdf görüntüsü
səhifə54/446
tarix20.10.2023
ölçüsü18,24 Mb.
#157964
növüDərs
1   ...   50   51   52   53   54   55   56   57   ...   446
DERMATOLOGİYA-dərslik 1

Yerli kortikosteroid vasitələr
Yerli kortikosteroid vasitələr damardaraldıcı effekt, həmçinin limfosit və makrofaq-
lardan sitokinlərin, eozinofil və neytrofillərdən iltihab mediatorlarının çıxmasını tor-
mozlamaq, araxidon turşusunun metabolizmini azaltmaq, hialuronidazanın aktivliyini 
zəiflətmək hesabına effektli olaraq dəridəki iltihabi reaksiyanı söndürür. Kortikostero-
idlər (xüsusilə ftorlaşdırılmış) hüceyrələrin bölünmə sürətini də aşağı salır ki bu da in-
filtrativ- deskvamativ dermatozlarda əhəmiyyətlidir (psoriaz, neyrodermit, ixtioz və s.).
Yerli istifadə olunan kortikosteroidlər 4 qrupa bölünür:
1. Çox güclü təsir edən- beklometazon, qalsinonid, diflukortolon, klobetazol.
2. Güclü təsir edən- beklometazon, betametazon, hidrokortizon butirat, desonid, 
diflukortolon, triamsinolon, flukortolon, fluosinolon, fluosinonid, flupredniliden.
3. Güclü aktivliyə malik olan- hidrokortizon sidik cövhəri ilə, dezoksimetazon, 
flukortolon, fluosinolon, flurandrenolon.
4. Zəif təsir edən- hidrokortizon, metilprednizolon.
Zədələnmə ocağı infeksiyalaşmış olarsa, onlara antibakterial vasitələr əlavə olunur, 


93
əks təqdirdə iltihabi prosesin güclənməsi və disseminasiyası mümkündür.
Kortikosteroidlərin böyük sahəyə çəkilməsi zamanı onların ftorlaşmışlarının rezorb-
siya riski, börəküstü vəzilərin funksiyasının tormozlanması,həmçinin teratogen risk 
məsələləri əhəmiyyət kəsb edir.
Buna görə yerli kortikosteroidlərdən istifadə edərkən aşağıdakı tövsiyyələrə riayət 
etmək lazımdır:
• 
Müalicənin əvvəlində zəif olan hidrokortizon, prednizolondan başlamaq lazım-
dır;
• 
Onların effektivsizliyi zamanı güclü preparata keçib effekt əldə edildikdən sonra 
yenidən zəif preparata qayıtmaq lazımdır;
• 
Preparatları dəriyə nazik qatla çəkməli;
• 
Preparatları pasiyentə məhdud miqdarda yazmalı və bunun nəticəsində doza 
həddinin aşılmasına mane olmalı;
• 
Sıxıcı sarğıları yalnız məhdud müddətə istifadə etməli;
• 
Yüksək aktiv preparatlar diskoid qırmızı qurdeşənəyində və qırmızı yastı dəm-
rovda, orta aktiv preparatlar- psoriazda, zəif aktiv- ekzema və neyrodermatitdə təyin 
edilir. İnfeksiyalaşmış dəri zədələnmələrində kortikosteroidə antimikrob və antimikotik 
vasitələr əlavə olunur (neomisin, klotrimazol, heliomisin, nistatin və s.).
Yan təsirlər çox vaxt güclü kortikosteroidlərin istifadəsi zamanı meydana çıxır.Bun-
lar infeksiyanın qoşulması, dəri atrofiyası, striyalar, cavan xanımlarda hirsutizm, perio-
ral dermatit, yerli depiqmentasiya və aknelərdir.
Güclü kortikosteroidləri üzə çəkmək olmaz (diskoid qırmızı qurdeşənəyi istisnadır), 
həmçinin göz qapaqlarına çəkilərsə qlaukoma riski yarana bilər.
Kortikosteroidlərin (xüsusilə yüksək aktivlərin) istifadəsinə əks-göstərişlər bakterial, 
virus, göbələk dermatozları,perioral dermatit, dərinin spesifik infeksiyaları (vərəm, sifi-
lis), dəri şişləri, hamiləlik və südvermə, dərinin geniş zədələnmələri, bir yaşa qədər olan 
uşaqlarda rast gəlinən dermatozlardır.

Yüklə 18,24 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   446




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin