Dərslik rəHBƏRLİk azərbaycan Respublikası Təhsil Nazirliyinin 24 saylı



Yüklə 18,24 Mb.
Pdf görüntüsü
səhifə56/446
tarix20.10.2023
ölçüsü18,24 Mb.
#157964
növüDərs
1   ...   52   53   54   55   56   57   58   59   ...   446
DERMATOLOGİYA-dərslik 1

Dəri, dırnaq və tükün gigiyenası
Şəxsi gigiyenanın əsas qanunu təmizlikdir. Sağlam bədən dərisi, sağlam saçlar, dır-
naqlar və dişlərə qulluq gigiyenik kosmetika adlanır.
Korreksion, konservativ və cərrahi kosmetika ilə kosmetoloqlar məşğul olur. İnsanın 
cəzbedici xarici görünüşü onun həm özü, həm də ətrafdakılarda yaxşı əhval-ruhiyyə 
yaradır, və bir çox dəri xəstəliklərinin qarşısını almağa kömək edir. Dəriyə qulluq daimi 


95
olmalıdır, ancaq bu halda gözəl görünmək və sağlam qalmaq olar. Bu işdə əsas köməkçi 
su və sabundur. Bədənə qulluq gündəlik səhər və axşam prosedurlardan, həftədə bir dəfə 
hamamda çimməkdən ibarətdir. Suyun təsiri ilə sərbəst əsaslar sabundan ayrılır, buynuz 
qatdakı piyi emulsiya halına salaraq köpük əmələ gətirir. Bununla da dərini buynuz qatın 
ölü hüceyrələrindən, piy və tər vəzilərinin sekretindən, çirk və mikroblardan təmizləyir.
Sabunun qıcıqlandırıcı təsiri onun tərkibindəki qələvilərdən asılıdır. Ona görə də sa-
bun seçərkən fərdi həssaslıq nəzərə alınmalıdır.
Su yalnız dərini təmizləmir,eyni zamanda terapevtik effekt də göstərir. Suyun təsirin-
dən daxili üzvlər tərəfindən reflektor cavab əmələ gəlir, qan təhcizatı, arterial təzyiq, tər 
ifrazı dəyişir.
Suyun temperaturunun tez-tez dəyişməsi (kontrast duş) sinir uclarına təsir edərək qan 
damarları üçün özünəməxsus gimnastika rolunu oynayır ki, bu da son nəticədə dərinin 
qidalanmasını yaxşılaşdırır, onun solğunlaşmasını dayandırır. Cod su dəriyə qulluq üçün 
yararsızdır. Ca, Mg və Fe duzlarının dərinin piyi və sabunla qarşılıqlı əlaqəsi nəticəsində 
həll olmamış yapışqan maddə əmələ gətirir, bunlar da piy və tər vəzilərini tutur, dərini 
qıcıqlandırır, qaşınma yaradır. Cod suyu yumşaltmaq olar. Bunun ən sadə üsulu suyu 
qaynatmaqdır. Sağıam insan üçün 34◦ S temperaturlu su faydalıdır. Üz dərisi üçün otaq 
temperaturunda su məsləhətdir. Üzün dərisi xüsusi qulluq tələb edir. Üzdə çoxlu piy və 
tər vəziləri var. Üz dərisi daim günəşin, küləyin, şaxta və tozun təsirinə məruz qalır.
Dırnaqların gigiyenasına manikur və pedikur aiddir. Bunları sərbəst və kosmetik sa-
londa etmək olar.
Manikür- əl dırnaqlarına gigiyenik qulluq prosedurudur. 10 gündə bir həyata keçirilir. 
Dəri üstlüyü ehtiyatla, dırnaq yastıqlarına toxunmadan kəsilir. Yadda saxlamaq lazımdır 
ki, dırnaq yastıqlarının zədələnməsi deformasiyaya uğramış dırnağın böyüməsinə səbəb 
olur. Dırnaq 3-4 mm uzunluqda olmalıdır,uzun dırnaqlar tez sınır, altına çirk toplanır və 
daha çox qulluq tələb edir. Tibb işçilərinə uzun dırnaq saxlamaq olmaz.
Manikür üçün istifadə edilən boya dırnaq ətrafı dərinin iltihabına səbəb ola bilər. Bu 
sonda ekzema əmələ gəlmə təhlükəsi yarada bilər.
Pedikür- ayaqlara gigiyenik qulluq prosedurudur. Ayda bir dəfə etmək məsləhətdir. 
Ancaq ayaq dərisi və dırnaqlarda hər hansı xəstəlik olarsa, dermatoloqa müraciət edilmə-
lidir. Pedikür vasitəsilə dırnaq yastığının dəriüstlüyü və dırnaqlar kəsilir. Bütün hiperke-
ratotik qat götürülür (dərini zədələməmək şərti ilə). Baş barmağın dırnağı digərlərindən 
uzun olmalı və barmağın yumşaq hissəsindən azca qabağa çıxmalıdır. Əl dırnaqlarından 
fərqli olaraq ayaq dırnağının kənarı sərbəst olmalı və düz xətt şəklində olmalıdır.
Manikür və pedikür edərkən aseptika qaydalarına riayət edilməlidir. Dırnaq dərisinin 
azacıq zədələnməsi bakterial və göbələk infeksiyasına səbəb ola bilər. Kosmetik salon-
larda qanla çirklənmiş alətlər vasitəsi ilə hepatit B, C, İİV infeksiyalarına yoluxmaq 
mümkündür.
Saça qulluq üçün kosmetik vasitə seçdikdə yadda saxlamaq lazımdır ki, bütün pro-
sedurlar saçın “ölü hissəsində”- özəyində aparılır.Müalicəvi şampunlardan başqa, digər 
şampunlar tük follikuluna nüfuz etmir və saçın inkişafına təsir etmir.
Şampunlar təmizləyici səthi aktiv surfaktant maddələrdən,kondensasiya edici və 
funksional əlavələrdən, konservant və estetik əlavələrdən ibarətdir. Şampunun keyfiyyə-
ti bu tərkibdən asılıdır. Səthi aktiv maddələr yağda həll olan komponentlərdən ibarətdir. 


96
Bunlar saçları piydən və çirkdən təmizləyir.
Kondisionerlər- saçlara parlaqlıq verir, saçın dolaşmasının qarşısını alır, daranmanı 
asanlaşdırır.
Şampuna olan funksional əlavələrin böyük əhəmiyyəti var. Bu əlavələr pH-ı və şam-
punun yapışqanlılığını requlə edir. Şampunda mikroorqanizmlərin inkişafının qarşısını 
almaq üçün ona konservant əlavə olunur. Estetik əlavələr ətirləndirici və boyayıcılardan 
ibarətdir ki, bunlar da təhlükəsizdir.Üzərində tərkibi göstərilən şampunu almaq lazımdır. 
Tərkibində dərman əlavələri olan şampunlardan başın tüklü hissəsinin müvafiq pato-
logiyalarında istifadə edilir.Saçı yuduqdan sonra otaq temperaturunda qurutmaq lazım-
dır. Fendən daim istifadə etmək saçın özəyini zədələyir, nəticədə saçlar quru və kövrək 
olur.
Kimyəvi saçburma, boyama və saçların rənginin açılması saç dibinə mənfi təsir 
göstərir. Saçın burulması zamanı kimyəvi maddələrin təsirindən saç kutikulasının disul-
fid birləşməsi və səthi qabıq maddəsi pozulur ki, bunun nəticəsində saçın forması dəyi-
şilir. Saçların rəngsizləşdirilməsi toxumaların qabıq qatında yerləşən melanin piqmen-
tinin parçalanmasına əsaslanmışdır. Melanosomalara rəngsizləşdiricinin çatması üçün 
əvvəlcədən kutikulanı parçalamaq lazımdır. Bu proses həmçinin disulfid birləşmələrinin 
parçalanması və saçın möhkəmliyinin azalması ilə müşayiət olunur. Bəzi müəlliflərə 
görə uzun müddət rəngsizləşdiricidən istifadə onkoloji patologiya və allergik reaksiya-
lara səbəb ola bilər.
Saçların boyanması vaxtı rəngsizləşdirmə ilə eyni proses baş verir, belə ki, boyayıcı 
maddənin qabıq qata təsirindən saçın kutikulası parçalanır. Saçları yarıdaimi boyalarla 
(6-10 dəfə yuyulduqdan sonra) boyamaq az təhlükəlidir. Bunlar rəngləyici şampunlara 
əlavə olunur ki, bu da ocaqlı alopesiyada istifadə olunur.
Sağlam saçları 4 aydan bir tez olmamaqla boyamaq olar. Yarı daimi boyalar dərin 
qatlara nüfuz etmədiyindən saçları az zədələyir. Buna görə də yarı daimi boyalar daha 
az təhlükəlidir.


97

Yüklə 18,24 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   446




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin