Dəri vərəminin təsnifatı
I. Birincili dəri vərəmi (Tuberculosis cutis primaria)- əvvəllər infeksiyaya yo-
luxmamış şəxslərdə inkişaf edən
II. Dəri vərəmi (Tuberculosis cutis)- əvvəllər infeksiyaya yoluxmuş şəxslərdə
inkişaf edən
lokal forma
•
vərəm qurdeşənəyi (lupus vulgaris)
•
kollikvativ vərəm sin. skrofuloderma (tuberculosis collicvativa sin. scrofulo-
derma)
•
ziyilli vərəm (tuberculosis verrucosa)
•
miliar-xoralı vərəm (tuberculosis)
disseminə olunmuş forma
•
papulonekrotik vərəm (tuberculosis papulonecrotica)
Şək.8.1.Bəlğəm
yaxmasındaTsil-Nilsen
üsulu ilə boyanmış
Mycobacterium
tuberculosis
(çöplər qırmızı rəngdədir)
122
•
indurativ vərəm (tuberculo-
sis indurativa)
•
lixenoid vərəm sin. skroful-
yozluların dəmrovu (tuberculosis lic-
henoides sin.
lichen scrofulosorum)
•
üzün miliar disseminə olun-
muş vərəmi (tuberculosis miliaris dis-
seminatus
faciei)
Birincili dəri vərəmi (Tuberculo-
sis cutis primaria)- əvvəllər infeksi-
yaya yoluxmamış şəxslərdə inkişaf
edən
•
İnfeksiyanın yoluxma yolu –
ekzogen, aktiv vərəmli xəstənin infek-
siyalı materialı (bəlğəm, tüpürcək və s.) ilə bilavasitə kontaktda olmaqla.
•
Yoluxmaya səbəb olan şərait zədələnmiş dəri-selikli qişa sərhəddidir, (məişətdə
zədə, həşəratların dişləməsi, pişik cirmağı, inyeksion prosedurlar, qulaq deşilməsi, sir-
kumizasiya, yanaşı gedən piodermiya və s.)
•
Çox nadir hallarda, uşaqlarda təsadüf edilir, böyüklərdə də xəstəliyin inkişaf
etməsi istisna olunmur.
Lokalizasiya – açıq sahələr (üz, ətraflar), bəzən cinsiyyət üzvləri, konyuktiva, ağız
boşluğunun selikli qişası.
Səpgi elementləri və onların təkamülü – qırmızı-qəhvəyi rəngli, bərk konsistensiya-
lı düyüncük (qabarcıq) və ya düyün.
Sağalma prosesində xora formalaşır,
səthi, ağrılı, 1,5-2sm ölçülü, periferi-
ya üzrə kəskin iltihabı olmayan, dibi
dənəli, irin ifrazatlı, kənarları yumşaq,
oyulmuş, bütünlüklə və ya kənarların-
da bərkimə olur ki, bu da ocağa şankr
formalı xarakter verir. Xora əmələ gəl-
dikdən 2-4 həftə sonra limfangit və
regionar limfadenit yaranır. Limfa dü-
yünləri – ağrısız, izolə olunmuş, əvvəl-
cə bərk, hərəkətli, sonradan öz arala-
rında və dəri ilə birləşmiş, yumşalaraq
və tez deşilərək xoraya çevrilmiş olur.
Xoralar bir neçə həftə və ya aydan son-
ra sağalır və çapıq əmələ gəlir.
Şək.8.2.Dəri vərəminin patomorfoloji təzahür-
ləri mərkəzində kazeoz nektar və epitelioidhü-
ceyrə, limfositlər, nəhəng Lanqhans hüceyrələ-
rindən ibarət periferik lövhəcikli qranulema)
Şək.8.3. Dəri vərəmi (müsbət Mantu sınağı)
|