Dərslik rəHBƏRLİk azərbaycan Respublikası Təhsil Nazirliyinin 24 saylı



Yüklə 18,24 Mb.
Pdf görüntüsü
səhifə61/446
tarix20.10.2023
ölçüsü18,24 Mb.
#157964
növüDərs
1   ...   57   58   59   60   61   62   63   64   ...   446
DERMATOLOGİYA-dərslik 1

Furunkul (Furunculus) – tük follikulu və onu əhatə edən toxumanın irinli-nekrotik 
iltihabıdır.
Lokalizasiya – dəri örtüyünün istənilən sahəsində, tük olan yerdə, ən çox boyun, 
bel, qarın, sağrı, bud, qoltuqaltı, qasıq nahiyəsində.
Səpgi elementləri və onların təkamülü - follikulyar papulo- pustulalar konusşəkilli 
formada olub, sonradan ağrılı düyünlərə çevrilir, ya da ki, əvvəldən dərində yerləşən 
ağrılı düyün olur. Düyünlər tünd qırmızı rəngli, noxud böyüklükdən qoz böyüklüyünə 
qədər olçüdə, mərkəzində “nekrotik kütlə”, ətrafında iltihab və xarakterik eritema, şiş-
kinlik, ağrı olur. Nekrotik kütlə qopduqda yerində xora əmələ gəlir, çapıq qoyaraq sağa-
lır. Ağır gediş zamanı limfadenit və limfangiit, ümumi vəziyyətin ağırlaşması müşahidə 
olunur. Çoxlu, bir-biri ilə birləşməyən, furunkullar inkişafın müxtəlif mərhələlərində 
furunkulyoz adlanır. Furunkul tipinə oxşar kipriklərin tük follikulu və ya göz qapağının 
piy vəzilərinin irinli iltihabı – itdirsəyi adlanır. Göz qapağı ətrafında (tük follikulunun 
iltihabı zamanı) və ya konyuktivi tərəfindən (meybomi vəzisi zədələndikdə) ağrılı, çəh-
rayı-qırmızı rəngli papulalar, papulo–pustulalar təzahür edir. Tez-tez baş verən ödem, 
göz qapağının konyuktivinin hiperemiyası ilə müşayiət olunur. Sağalma prosesində 
irin ifraz olunmaqla papulo-pustula deşilir və sonradan nekrotik toxumanın epitelizasi-
yası ilə nəticələnir, çapıq qoymur.
Karbunkul (Carbunculus) – bir neçə tük follikulunun, dermanın dərin qatlarının və 
Şək.7.3. Folikulyar pustula
Şək.7.4. Fliktena


103
dərialtı piy toxumasının irinli-nekrotik iltihabıdır. Furunkulların birləşməsi nəticəsində 
inkişaf edir. 
Lokalizasiya – dəri örtüyünün istənilən sahəsində, tük olan yerdə, ən çox üz, bo-
yun, kürək, bud nahiyəsində.
Səpgi elementləri və onların təkamülü - düyün
bərk, kəskin ağrılı, tünd qırmızı rəngdə, yarımsferik 
formada, fındıq böyüklüyündən qoz böyüklüyüə qədər 
ölçüdə olur, mərkəzində bir neçə “nekrotik kütlə” əmələ 
gəlir ki, bunun da nəticəsində ocaq göyümtül və qara 
rəngə boyanır və düyünün ətrafında nəzərə çarpan şiş-
kinlik yaranır. 
Nekrotik kütlə qopardıldıqda qeyri-düzgün formalı, 
periferiya boyunca göy infiltrat əmələ gələn, sonda ça-
pıq qoymaqla sağalan dərin xora açılır. Ağır gediş za-
manı ödem, limfadenit, limfangiit inkişaf edir, ümumi 
vəziyyət ağırlaşır.
Hidradenit (Hidradenitis) - apokrin tər vəzilərinin prosesə ikincili cəlb olunması 
ilə tük follikullarının irinli iltihabıdır. Prosesin gedişi çox vaxt uzunmüddətli və residivli 
olur. Uşaqlarda və yaşlı şəxslərdə təsadüf edilmir, belə ki, bu yaş hədlərində apokrin tər 
vəziləri fəaliyyət göstərmir.
Lokalizasiya – apokrin tər vəzilərinin yerləşdiyi sahələr, 
ən çox qoltuqaltı və anogenital, süd vəziləri nahiyəsidir.
Səpgi elementləri və onların təkamülü - sferik formalı 
düyün, noxud böyüklükdən qoz böyüklüyünə qədər olçü-
də, ağrılı, göyümtül-qırmızı rəngdə olur. Düyünlər çox-
saylı, ağrılı, kələ-kötür səthli konqlomerat əmələ gətirərək 
birləşməyə meylli olurlar. Nekrotik kütlə və mərkəzi 
pustula formalaşmır. Düyünlərin deşilməsi zamanı çoxlu 
miqdarda irincik çıxan bir və ya bir neçə fistulyar yolları əmələ gəlir. Sağalma pro-
Şək. 7.5. Ostiofollikulit
Şək.7.6. Follikulit
Şək.7.8. Vulqar sikoz
Şək.7.7. Folikulit


104
sesində qaytanşəkilli və ya dartılmış çapıqlar formalaşır. Hidradenit üçün xarakter 
klinik əlamət ikiqat və üçqat komedonlardır, hansılar ki, qara nöqtələr şəklində olub, dəri 
altında yerləşərək, səthində iki və daha çox dəlik olur, fistulyar yolları formalaşdırır, ağır 
gedişlərdə kistoz abseslər əmələ gətirir.
Keloid akne sin. ənsənin sklerozlaşan follikuliti (Acne keloid sin. Sclerositans nu-
che) – keloid çapıq əmələ gəlməsi ilə nəticələnən follikulitin dərin formasıdır. Yalnız 
kişilərdə rast gəlinir.
Lokalizasiya - boyunun arxa hissəsinə keçməklə, ənsə nahiyəsində.
Səpgi elementləri və onların təkamülü - follikulyar papulo – pustulalar dairəvi for-
malı, mərcimək böyüklükdə və daha böyük ölçüdə, solğun-qırmızı və ya bənövşəyi-qır-
mızı rəngdə, bərk, ağrılı, bəzən birləşərək böyük lövhəciklər şəklində, səthləri dərin 
şırımlarla örtülmüş olur. Sağalma prosesində keloid və ya hipertrofik çapıqlar və çapıq 
alopesiyası formalaşır. Xarakterik xüsusiyyət fırça şəklində dəstə tüklərdir ki, onların 
3-10 ədədi papulanın təpə hissəsindən çıxmış olur.
Dekalvedici (tükləri məhv edən) follikulit sin. epillyasiyaedici follikulit, Kenko 
xəstəliyi (Folliculitis decalvans) – çapıq alopesiyası ilə tamamlanan follikulitin dərin 
formasıdır. Daha çox kişilərdə rast gəlinir. Xroniki follikulit olan yerlərdə inkişaf edir 
ki, bunun da nəticəsində zədələnmiş yerlərdə iltihabi əlamətlər qabarıq olmur, destruktiv 
dəyişikliklər üstünlük təşkil edir. 
Lokalizasiya - başın tüklü hissəsi, ən 
çox əmgək və gicgah nahiyəsi, bəzi hallar-
da qoltuqaltı çuxur və qasıq nahiyəsi. 
Səpgi elementləri və onların təkamülü - 
çapıq alopesiyalı çoxsaylı ocaqlar, müxtə-
lif formalı, diametri 1 sm ölçülü, bəzən də 
birləşərək daha böyük ocaqlardır (diametri 
3-10sm), kənarlarında seyrək yayılmış fol-
likulitlər görünür.
Hoffmanın başın absesləşən və parça-
layan follikuliti və perifollikuliti, sin. baş 
Şək.7.9. Furunkul (papulo-pustula erkən
(inkişaf mərhələsi
Şək.7.11. Furunkul (nekrotik özəyi
(görünən açılmış düyün
Şək.7.9. Furunkul (papulo-pustula erkən
(inkişaf mərhələsi


105
dərisinin açılmış sellüliti Hoffman xəstəliyi (Folliculi et perifolliculitis capitis abscen-
dens et suffodiens Hoffmann sin. Hoffmann’s disease, dissection cellulitis of scalp) - 
ətraf toxumanın zədələnməsi və keloid çapıq, alopesiya əmələ gəlməsi ilə nəticələnən 
follikulitin dərin formasıdır. Ən çox 18-40 yaşda olan kişilərdə rast gəlinir. Çox vaxt 
şarşəkilli sızanaq və hidradeniitlə birgə, retension triada (acne triad) təşkil edir. Sonra-
dan əmələ gəlmiş triadaya patogenetik oxşar olan, oma-büzdüm nahiyəsinin absesləşən 
fistulası - Hoffman xəstəliyi – pilonidal sinusla - akne-tetradada (acne tetrad) birləşir. 
Hazırda çox vaxt invers akne (akne inversa) adlanır.
Lokalizasiya - başın tüklü hissəsi, ən çox əmgək və ənsə nahiyəsi.
Səpgi elementləri və onların təkamülü - düyünlər, dairəvi və oval formalı, göyüm-
tül-qırmızı rəngdə, yumşaq konsistensiyalıdır. Düyünlər çox sıx yerləşdikdə beyin qı-
rışlarını xatırladan əyri-üyrü ocaqlar yaranır, abses tipində flüktuasiya olur. Fistulyoz 
yollarda dəri deşilir və irinli-hemorragik möhtəviyyat xaric olunur. Dəridə ocaqlar olan 
nahiyədə tük olmur, tarıma çəkilir, dəri nazikləşir, bəzi yerdə xoralaşır. Sağalma prose-
sində dartılmış və keloid çapıqlar yaranır, alopesiya əmələ gəlir.
Yaddaş!
Hal-hazırda Hoffmanın başın absesləşən və
parçalayan follikuliti və perifollikulitinin inkişafında infeksion 
agentin rolunun birinciliyi mübahisə yaradır. Xəstəliyin 
inkişafının, proqressivləşməsinin, residiv verməsinin səbəbini 
Şək.7.12. Karbunkul (nekrotik özəkli
(düyün
Şək.7.14. Hidradenit
((iltihabi düyünlər
Şək.7.15. Hidradenit
Şək.7.13.Karbunkul (nekrotik özəkli
(açılmış düyün


106
piy-tük follikullarının tıxaclanması və dermada tük 
follikullarının məhv olması nəticəsində yaranan keratinə qarşı 
perifollikulyar qranulyasion reaksiyası ilə əlaqələndirirlər. Lakin, 
sonradan, ikincili infeksiya qoşulması, absesləşmə və 
fistulaların yaranması baş verir.
Baldırın pustulyoz və atrofik follikuliti (Folliculitis cruris pustuloza et atrophicans) – 
atrofik çapıqla nəticələnən follikulit formasıdır. Xəstəliyin tezliyi coğrafi xüsusiyyətlərə 
əlaqədardır. 14-32 yaşlarında hər iki cinsdən olan şəxslərdə eyni tezlikdə rast gəlinir.
Lokalizasiya – çox vaxt baldırlar, lakin hər yerdə təsadüf etmək olar.
Səpgi elementləri və onların təkamülü - folli-
kulyar papula - pustulalar, birləşməyə meylli, en-
siz iltihabi halqalarla əhatə olunmuşdur. Sağalma 
prosesində qartmaq, atrofik çapıqlar yaranır.
Xroniki xoralı-vegetasiyaedici piodermiya 
(Pyodermia chronica, ulceroza etvegetans) – folli-
kulitin xroniki forması olub xoralı qüsur və vege-
tasiya ilə nəticələnir. 30 yaşdan yuxarı şəxslərdə
rast gəlinir, uşaqlada az təsadüf edilir. 
Lokalizasiya – bazuönü, baldırlar, əllər, pəncə, 
iri büküşlər, sağrı; xroniki follikulitlərin olduğu 
yerlərdə inkişaf edir.
Səpgi elementləri və onların təkamülü - follikulitlər, sonradan ağrılı, göyümtül-qır-
mızı rəngli, qeyri-düzgün formalı, sağlam dəridən kəskin şəkildə ayrılan və onun sət-
hindən qalxan, səthində nəzərə çarpan qartmaq təbəqəsi olan hərəkətsiz hiperemiya 
halqası ilə əhatə olunmuş xoralaşan lövhəciklərə çevrilir. Qartmaqlar qopduqdan sonra 
papilomatoz artmalar və fistula yolları olan xoralar açılır. Xoraların kənarları sallanmış, 
girintili-çıxıntılı, dibində irin yığılmış olur. Periferiya boyunca əsas ocaqların kənarın-
da, fistula yolları olan əsas xora, eləcə də çoxsaylı follikulit, furunkul, ektima ilə əlaqəsi 
olan ardıcıl abseslər formalaşır. Ocaqların ekssentrik sağalması xarakterikdir, xoralaş-
mış sahələrin bir istiqamətdə artması, digər istiqamətdə isə çapıqlaşması qeyd olunur.
Sağalma prosesində məməcikli artımlar, körpücükləri olan, skrofulodermadan sonrakı 
çapıqları xatırladan qeyri–hamar çapıqlar əmələ gəlir. Bir çox tədqiqatçılar (Brown 
C., Kligman A.,1957; Daniel S. et al, 1978; Perry 
H.,1979; White G.,2009) ən çox ətraflarda loka-
lizə olmasına, baş verən zədələnmələrdə klinik 
və histoloji oxşarlığına görə blastomikozabənzər 
piodermiyanı xroniki xoralı-vegetasiyaedici pio-
dermiyanın bir növü kimi ayırırlar. Odur ki, uyğun 
bakterioloji tədqiqatların aparılması zəruridir.
Psevdomonad follikulit, sin. “isti vanna” fol-
likuliti, (pseudomonas folliculitis) – follikulitin 
kəskin forması olub, zərərli suyun təsiri (hovuz, 
fizioterapevtik prosedurlar, su attraksionları, də-
Şək.7.17. Keloid akne
Şək.7.18. Hoffman follikuliti


107
nizdə çimmək vəs.) ilə əlaqəlidir. Insandan insana keçmə ehtimalı azdır. Ən çox uşaqlar-
da rast gəlinir. 8 saatdan 5 günə qədər olan dövrdə infeksiyalaşmış suda olduqda inkişaf 
edir.
Lokalizasiya – çimərlik paltarlarının örtdüyü, sıx olduğu sahələrdə buynuz təbəqə-
sinə təzyiq və superhidratasiya olunduğu yerlərdə bakteriyaların yığılmasına səbə olur:
gövdə, sağrılar, bud, iri büküşlər.
Səpgi elementləri və onların təkamülü - qaşınan köpüşük, follikulyar papula, pa-
pulo–pustula, papulo–vezikula, ləkəli-papulyoz elementlər şəklində monomorf və poli-
morf səpgi, 0,5-3 sm ölçüdə, dairəvi formada, qırmızı rəngli olur, sağalma prosesində 
ikincili piqmentasiya formalaşır. Qaşınan qırmızı, mərkəzində pustula olan dairəvi for-
malı tipik elementdir.
Streptokokk impetiqosu sin. Foks impetiqosu (İmpetigo streptogenes sin. İmpetigo 
Tilburi Fox) – kəskin, dəri və selikli qişaların irinli zədələnməsidir. Ən çox uşaqlarda 
və gənc qadınlarda rast gəlinir.
Lokalizasiya - dərinin bütün sahələrində, çox vaxt üzdə.
Səpgi elementləri və onların təkamülü - fliktenalar – tük follikulları ilə əlaqəsi ol-
mayan, nazik, zərif örtüklü, bulanıq möhtəviyatlı, 0,5-1,0 sm olçülü, eritematoz haşiyəli, 
periferiya boyunca artan və birləşməyə meylli olan satelit səpgili, səthi pustulalardır.
Sağalma prosesində zərif, yastı, sarımtıl-yaşıl rəngli qartmaqlar, səthi, dairəvi forma-
lı, çapıq qoymayan eroziyalar periferiya boyunca laylanan haşiyəli ikincili eritematoz 
ləkələr, hiper- və hipopiqmentasiyalar formalaşır.
Aşağıdakı növlər ayırd edilir:
• 
yalama (angulus infectiosu - perleche) - adətən tək, xətti formalı fliktena, ağız 
bucağında lokalizə olur, ağrılığı ilə xarakterizə edilir. Sağalma prosesində zərif, sarım-
tıl-yaşıl rəngli qabıqlar, çapıq qoymayan səthi xətti eroziya, periferiya boyunca layla-
nan epiteli, ikincili eritematoz ləkə formalaşır.
• 
bullyoz impetiqo (impetigo bullosus) – streptokokk impetiqosunun abortiv for-
masıdır, çox vaxt ətraflarda (əl, pəncə, baldırlar) lokalizə olunur. Böyük ölçüdə (1 sm-
dən çox), nazik örtüklü, tezliklə irinə keçən şəffaf möhtəviyyatlı qovuqcuq və qovuqlu 
səpgilərlə xarakterizə olunur. Qovuqcuq və qovuqlar adətən normal dəri üzərində yer-
ləşir, bəzən yüngül eritema ilə əhatə olunur. Sağalma prosesində qanlı və sarımtıl rəng-
li qabıqcıqlar, çapıq qoymayan sulanan eroziyalar, periferiya boyunca laylanan epiteli, 
Şək.7.19.Baldırın atrofik follikuliti


108
ikincili ləkə formalaşır. Limfadenitlər, limfangitlər ola bilər.
• 
dırnaqətrafı impetiqo sin.(dolama) panarisium (paronychia streptogenez sin. 
panaricium superficiale) – nalşəkilli formada fliktena, adətən tək olur, dırnaqətrafı 
yastıq nahiyəsində lokalizə olunur, ağrılı, ödemli, böyük ölçüsü ilə xarakterizə olunur. 
Sağalma prosesində eroziya açılır, səthi seroz-irinli qartmaqla örtülür, qopandan sonra 
çapıq qoymadan eroziya epitelləşir. Limfadenit, limfangit və dırnaq lövhələrinin qopma-
sı ola bilər.
• 
vulqar impetiqo (impetiqo vulqaris) – gərilmiş, sarımtıl–yaşıl möhtəviyyatlı,
solğun, nazik örtüklü, periferiya boyunca eritematoz haşiyəyə malik çoxsaylı fliktenalar-
dır. Lokalizasiya – hər tərəfdə olur. Sağalma prosesində qanayan, çəhrayımtıl-qırmızı 
rəngli, irin ifraz edən, periferiyaya doğru böyüməyə və birləşməyə meylli olan, çapıq 
qoymayan eroziyalar açılır. Böyük həcmli, kövşəkləşmiş, ovuntulu, yaşıl çalarlı sarımtıl 
rəngli, qopduqda eritematoz-skvamoz ləkələr əmələ gətirən qartmaq formalaşır.
Kəskin və xroniki diffuz streptodermiya (Streptodermia diffusa acuta et chronica) – 
dərinin irinli zədələnməsi olub diffuz ocaqlarla formalaşır. Çox vaxt yaşlılarda təsadüf 
edilir.
Şək.7.20. Xroniki xoralı-vegetasiyaedici
vegetasiyaedici piodermiya
Şək.7.22.Psevdomonad follikulit
Şək.7.21.Xroniki xoralı piodermiya


109
Lokalizasiya – aşağı ətraflar, əllər, gövdə.
Səpgi elementləri və onların təkamülü - periferik böyüməyə və birləşməyə meylli 
fliktenalardır. Sağalma prosesində seroz qartmaqlar, şəbəkə haşiyəli, periferiya boyunca 
laylanan epitel haşiyəli və satelit elementli eroziv ocaqlar formalaşır. Çapıq əmələ gəl-
mir. Kəskin dövrdə sulanmanın artması, ödem, hiperemiya xarakterikdir, limfadenitlər, 
limfangitlər də ola bilər. Xroniki diffuz streptodermiya zamanı infiltrasiya, lixenizasiya, 
qabıqlanma üstünlük təşkil edir. İnfeksiyalı yaralar, fistulalar, yanıqlar ətrafında yaranan 
diffuz streptodermiya “paratravmatik”, büküşlərdəki isə “intertrigenoz” adlandırırlar.
Vulqar ektima (Ecthyma vulgare) - dərinin irinli zədələnməsinin dərin forması olub, 
atrofik çapıq əmələ gəlməsi ilə nəticələnir. Çox vaxt yaşlılarda təsadüf edilir.
Lokalizasiya – baldırlar, bud, sağrı, gövdə.
Səpgi elementləri və onların təkamülü – dərin qeyri-follikulyar pustula-ektima, 
adətən tək olur, 0,5-3sm ölçüdə, periferiya boyunca nəzərə çarpan, çəhrayımtıl-göyüm-
tül, laylanan epiteli ilə örtülmüş ətrafında, kəskin iltihabi haşiyədir. Sağalma prosesində 
qalın, sıx oturmuş, dərinliyə gedən qartmaq, dərin xora, dartılmış çapiq yaranır. Rupiyə 
- vulqar ektimanın bir növü olub, qalın, dəri səthindən kəskin qabarmış, dəniz ilbizinə 
bənzər (laylanan) qartmaqla fərqlənir.
Şək.7.23.Streptokokk impetiqosu
Şək.7.24. Yalama (anqulyar xeylit


110
Xroniki xorali piodermiya (Pyodermia chronica ulcerosa) – streptokokk impetiqosu-
nun (çöx vaxt bullyoz) xoralı qüsur yaradan xroniki forması və ya ektimalardır. Ən çox
yaşlılarda rast gəlinir, uşaqlarda nadir hallarda təsadüf edilir. 
Lokalizasiya – baldırlar.
Səpgi elementləri və onların təkamülü – fliktenalar, qovuqlar, ektimalar, tədricən
ağrılı xoralara çevrilən, dairəvi və ovalşəkilli formalı, kənarları girintili çıxıntılı, gö-
yümtül-qırmızı rəngli, bərk iltihabi infilt-
ratla əhatə olunmuşdur. Xoranın dibi qey-
ri-düzgün, süstləşmiş qranulyasiyalı, irinli 
möhtəviyyatlı olur. Periferiyaya doğru bö-
yüyərək birləşən qeyri-düzgün formalı iri 
ocaqlar əmələ gətirməyə meyllidir. Sağal-
ma prosesində xora reqres edir, nekrozlaş-
mış toxuma qopur və çapıqlaşır.
Şankrformalı piodermiya (Pyodermia 
chancriformis) – xoralı element yaranmaq-
la dəri və selikli qişaların irinli zədələnmə-
Şək.7.25. Bullyoz impetiqo
Şək.7.28. Dirnaqətrafı impetiqo
Şək.7.27. Bullyoz impetiqo(periferiya üzrə laylanmış epitel ilə eroziyalar, 
seroz tərkibli qovuqlar)
Şək.7.26.Bullyoz impetiqo


111
sidir, bərk şankrı xatırladır. Yaşlılarda və uşaqlarda rast gəlinir, regionar limfadenitlə 
müşayiət olunur.
Lokalizasiya – genital və ekstragenital (dodaq, göz qapağı) nahiyə 
Səpgi elementləri və onların təkamülü – pustula və qovuqcuq , adətən, tək olur, 
sağalma prosesində hemorragik qartmaq, eroziya və ya səthi xora formalaşır ki, bu da
dairəvi və ya oval formalı, infiltrativ əsaslı və cüzi miqdarda seroz möhtəviyyatlı olur, 
çapıqsız və ya səthi atrofik çapıqla sağalır.
Cinsiyyət üzvü və xayalığın qanqrenası sin. Furnye qanqrenası (Gangrena penis et 
scrotum sin. gangrena Fournier) – cinsiyyət üzvlərinin kəskin irinli xəstəliyi olub, toxu-
maların nekroz və destruksiyası ilə müşayiət edilir. Ən çox orta və yaşlı kişilərdə, az 
hallarda isə qadınlarda təsadüf olunur ki, bu səbəbdən də xəstəlik cinsiyyət orqanlarının 
qanqrenası adlanır. Tam sağalma fonunda, tez proqressivləşən, qanqrena üçün heç bir 
səbəb olmadan (arterial tromboz) birdən başlaması ilə xarakterizə olunur. Proqnoz çox 
ciddidir, vaxtında və düzgün müalicədən asılıdır. 
Lokalizasiya – kişilərdə - cinsiyyət üzvü, xayalıq , qadınlarda – kiçik cinsiyyət 
dodaqları, klitor, aralıq, qasıq, bud nahiyələrində.
Səpgi elementləri və onların təkamülü – toxumaların ödemi və məhdud erite-
Şək.7.29.Vulqar impetiqo
Şək.7.31. Diffuz streptodermiya
Şək.7.30.Vulqar impetiqo


112
ma fonunda, zaman keçdikcə tünd qırmızı rəng alan, səthi mərkəzi nekroz inkişaf edir, 
hansı ki, proqressivləşərək 2-3 həftəyə toxumaların destruksiyasını yaradır. Sağalma 
prosesində ocaqlar qanqrenoz-nekrotik kütlələrdən təmizlənir, çapıq əmələ gəlir. Xaya-
lıq dərisinin dartılması və xayaları qoruyan fibroz təbəqənin olması nəticəsində xayalar 
heç vaxt prosesə cəlb olunmurlar.
Üzün piodermiyası (Pyodermia faciale) – üz dərisinin kəskin irinli zədələnməsi. 
Vulqar sızanaqlardan əziyyət çəkməyən, 20-35 yaşlarında yalnız cavan qadınlarda rast 
gəlinir. Dərman, o cümlədən yod, brom qəbulundan asılı olmayaraq, birdən başlaması, 
tez proqressivləşməsi ilə xarakterizə olunur.
Lokalizasiya – üzün mərkəzi hissəsi (alın, gicgah, paranazal, molyar sahələr, çənə).
Səpgi elementləri və onların təkamülü – papulo-pustulalar və düyünlər, ağrılı, ko-
medonsuz, sianotik hiperemiya fonunda və nəzərə çarpan üz dərisi ödemi olur. Sağalma 
prosesində qartmaq, ikincili ləkə, çapıq əmələ gəlmir. Zədələnmiş sahələr və normal dəri 
arasında kəskin sərhəd xarakterikdir.
İldırımsürətli sızanaqlar (Acne fulminans) - ağır kəskin ildırımsürətli gedişə malik 
Şək.7.32.Vulqar ektima
Şək.7.33.Vulqar ektima
Şək.7.34.Vulqar ektima


113
irinli dəri zədələnməsidir. Ən çox 16-22 yaşlarında cavan kişilərdə rast gəlinir.
Lokalizasiya – kürək, sinə, boyun və çiyinin yan səthləri. Üz zədələnmir.
Səpgi elementləri və onların təkamülü – eritematoz fonda pustulalar və papu-
lo–pustulalar, çoxlu miqdarda, ağrılı, mərcimək boyda və daha böyük ölçüdə olur, ko-
medonlar əmələ gəlmir. Sağalma prosesində qartmaq, çapıq, o cümlədən keloid çapıq 
formalaşır.
Alloponun vegetasiyaedici piodermiyası (Pyodermitis vegetans Hollopean) - ikin-
cili vegetasiyanın inkişaf etməsi ilə dəri və selikli qişaların xroniki irincikli zədələnmə-
sidir. Yaşlılarda rast gəlinir, çox az hallarda 
uşaqlarda təsadüf edilir.
Lokalizasiya – başın tüklü hissəsi, alın, 
dodaqlar, ağızın selikli qişası, genital üzv-
lər, əl və ayaq barmaqları.
Səpgi elementləri və onların təkamülü 
– pustulalar, sağalma prosesində ziyilli 
vegetasiyalar, qartmaqlar, ikincili piqmen-
tasiyalar, bəzən atrofik çapıqlar yaranır. Ki-
fayət qədər böyük, aydın gözə çarpan, eri-
tematoz haşiyə ilə əhatə olunmuş, periferik 
böyüməyə meylli ocaqların əmələ gəlməsi 
ilə xarakterizə olunur.
Vegetasiyaedici piostomatit (Pyostomatitis vegetans) - çox vaxt ikincili vegetasiya-
nın inkişaf etməsi ilə ağız boşluğunun selikli qişasının irincikli zədələnməsidir.
Lokalizasiya – əsasən yanağın və damağın selikli qişası.
Səpgi elementləri və onların təkamülü – eritematoz fonda çoxlu pustula və veziku-
lalar. Sağalma prosesində irinli möhtəviyyatı olan xoralar, çox vaxt vegetasiya yaranır, 
adətən çapıq qoymur, nadir hallarda çapıq atrofiyası ilə nəticələnir.
Yenidoğulmuşların epidemik pemfiqusu (Pemphigus neonatorum) – yenidoğulmuş-
larda dərinin kəskin irincikli zədələnməsi. İnfeksiya mənbəyi stafilostreptokokk infek-
siyalı tibb işçisi, uşaqların anası, eləcə də çox vaxt uşaqların özlərinin infeksiyaya yo-
luxmuş göbəkləridir. Xəstəlik uşağin 7-10-cu günündən başlayır, çox vaxt temperatur 
380-390C qalxır, səpgilər təkanvericiliyi və disseminasiyası ilə fərqlənir. 
Lokalozasiya – hər yerdə olur, ağızın 
selikli qişasında, burunda, cinsiyyət orqan-
larında yayılmış olur, bəzən isə ovuc və 
ayağın altı zədələnir. 
Səpgi elementləri və onların təkamü-
lü – qovuqlar, periferiya boyunca nazik zəif 
örtüklü və ensiz çəhrayı rəngli haşiyə ilə 
əhatə olunur, ölçüsü 5-7mm, seroz möhtə-
viyyatlı olur, zaman keçdikcə irinləşir. Sa-
ğalma prosesində sarımtıl qartmaqlar, çapıq 
qoymayan, periferiyaya doğru xırda erozi-
yalar formalaşır.
Şək.7.35.Şankrformalı piodermiya
Şək.7.36.Üzün piodermiyası


114
Yenidoğulmuşların epidemik pemfiqusunun ağır forması – Ritter xəstəliyi sin. ye-
nidoğulmuşlarda pörtülmüş dəri sindromu, yenidoğulmuşların kəskin epidermolizi, 
yenidoğulmuşların eksfoliativ dermatiti (Ritter’s disease sin. scalded-skin syndrome). 
Ümumi vəziyyətin ağır olması və eritematoz-maserasiyalaşmış ocaqların ilkin lokaliza-
siya yerindən (göbək ətrafı və ağız boşluğu) bütün dəri örtüyünə ən çox təbii dəliklər, iri 
büküşlər, boyun, kürək və s. nahiyədə ildırım sürətilə yayılması xarakterikdir. Yayılan 
eritema inkişaf edir – dəri al qırmızı rəngə boyanır, ağrılı, sumbat kağızı kimi kələ-kötür 
olur. Azacıq sürtünmədən epidermis iri lövhələrlə soyulur, periferiyaya doğru böyüməyə 
meylli qopmuş epidermis layları ilə müşayiət olunan eroziyalar yaranır, bu da “pörtül-
müş dərini” xatırladır. Nikolski sindromu 
müsbət olur. Sağalma prosesində eroziyalar 
çapıq qoymadan epitelləşir, iri lövhəcikli 
qabıqlanma əmələ gəlir.
Ritter xəstəliyi zamanı epidermisin so-
yulması stafilokokklar tərəfindən epider-
molitik ekzotoksinlərin (eksfoliatin) hasil 
edilməsi ilə əlaqədardır, hansı ki, hema-
togen yolla dəriyə düşərək dənəli qat səviy-
yəsinə qədər epidermisi zədələyir və onun 
qopmasına səbəb olur. Eksfoliatinin təsiri 
altında skarlatinayabənzər sindrom inkişaf 
edə bilər, nisbətən yüngül gedişinə, kiçik 
nöqtəvari skarlatinayabənzər səpgilərinə, eroziv komponentsiz iri lövhəcikli qabıqlanma 
ilə nəticələnməsinə görə fərqlənir. 
Bununla əlaqədar, eksfoliatinin dövr et-
məsi ilə bağlı patoloji təzahürləri, bir çox 
tədqiqatçılar zədələnmənin ağırlığından 
asılı olaraq, klinik formaların aşağıdakı 
qaydada təsnifatını vermişlər:
• bullyoz impetiqo
• yenidoğulmuşların epidemik pemfiqu-
su
• skarlatinayabənzər sindrom
• pörtülmüş dəri sindromu
Yaddaş!
Uşaqlarda, stomatit, konyuktivit, uret-
ritin xarakterik olduğu südəmər dövrdə və 
uşaq yaşlarının pörtülmüş dəri sindromun-
dan fərqli olaraq, yenidoğulmuşların pör-
tülmüş dəri sindromunda (doğulduğu an-
dan 4 həftəyə qədər) selikli qişalar adətən 
zədələnmir. Pörtülmüş dəri sindromu uşaq-
larda 7-10 yaşdan sonra az təsadüf edilir, bu 
Şək.7.37.İldırımsürətli sızanaqlar
Şək.7.38.Alloponun vegetasiyaedici
piodermiyası


115
da uşaq orqanizmində eksfoliatini parçala-
yan və kənar edən antistafilokokk antitellə-
rin yığılması və yaşla əlaqədar metabolizm 
dəyişiklikləri ilə izah edilir.
Son zamanlar ət yeyən xəstəlik sind-
romu (“flesh eating disease”) təsvir edil-
mişdir , dəri və yumşaq toxumaların səthi 
və dərin strukturunun zədələnməsi və me-
tastatik, erkən ağrılı demarkasiya və ha-
disələrin 20% -dən çox hallarında letallıqla 
nəticələnən dəri ocaqlarının yaranması ilə 
keçir.
Uşaqların çoxsaylı absesi sin. Fingerin 
psevdofurunkulyozu (Pseudofurunculosis) – ekkrin tər vəzilərinin irinli iltihabıdır. Ən 
çox südəmər uşaqlarda rast gəlinir.
Lokalizasiya – başın tüklü hissısi, boyun, bədən.
Səpgi elementləri və onların təkamülü – bərk, dairəvi formada, qırmızımtıl-göy 
rəngdə, diametri 0,5-1,5 sm ölçüdə ağrılı düyünlərdir. Sağalma prosesində mərkəzi his-
səsində flüktuasiya yaranır, abses formalaşır, fistula yollarından irin axır, nekrotik kütlə 
yaranmır, proses çapıqlaşma ilə nəticələnir. Çox vaxt yüksək hərarət, dispepsiya, ley-
kositoz, EÇS artması ilə müşayiət olunur, ağırlaşmalar verir –otit, pnevmoniya, irinli 
konyuktivit, fleqmona, osteomielit, sepsis. 
Vezikulopustulyoz (Vesiculopustullosus) – ekkrin tər vəzi kanallarının mənsəbinin 
irinli iltihabıdır. Yenidoğulmuşlarda rast gəlinir.
Lokalizasiya – başın tüklü hissəsi, bel, dəri büküşləri. 
Səpgi elementləri və onların təkamülü – 1-3 mm ölçülü, bərk örtüklü və periferiya 
boyunca ensiz eritematoz halqalı pustulalardır. Sağalma prosesində çapıq qoymayan
kiçik səthi eroziyalar, sarımtıl qartmaqlar, göyümtül-çəhrayı rəngdə ikincili ləkələr for-
malaşır. Limfangit, limfadenit, sepsis ola bilər.
Piodermiyaların bütün formalanın diaqnozu anamnezə, patoloji materialdan götürül-
Şək.7.39. Piostomatit
Şək.7.40. Yenidoğulmuşların epidemik pemfiqusu


116
müş yaxmaların nəticəsinə, əkmə və ya Qram üsulu ilə boyanmaya görə təsdiqlənmiş 
klinik və patomorfoloji şəklə əsasən qoyulur.
Sadə dəmrov (Pityriasis simplex) - ədəbiyyatlarda az patogen streptokokklar tərə-
findən törədilən səthi streptodermiyanın abortiv forması kimi baxılır. Xarici ədəbiyyatda 
bu xəstəlik ağ dəmrov (Pityriasis alba) adlanır və dərinin bakterial infeksiyalar qrupuna 
aid edilmir. Əsasən uşaqlarda, ən çox oğlanlarda təsadüf edilir.
Lokalizasiya –çox vaxt üz, yuxarı ətraflar, bədənin yuxarı hissəsi.
Səpgi elementləri və onların təkamülü- solğun çəhrayı rəngli, dairəvi formada, sət-
hində unvari qabıqlanma olan, periferik artım hesabına 3-5 sm diametrə qədər böyüyən
ləkələrdir. Sağalma prosesində uzun müddət itməyən depiqmentləşmiş ləkələr yaranır.
Qızılyel (Erysipelas) sin. Müqəddəs An-
toni odu – dəri aureus və dərialtı piy toxu-
masının bakterial infeksiyası.
Epidemiologiya
• Qızlyel çox vaxt qadınlarda, az hallar-
da yetkinlik yaşına çatmış və 
yaşlı kişilərdə, daha çox uşaqlarda 
südəmər və məktəbəqədər dövrdə təsadüf 
edilir.
• İnfeksiya mənbəyi – xəstə insan və 
bakteriya daşıyıcıdır.
• İnfeksiyanın ötürülmə yolları – dəri-
dən, hava-damcı yolu da istisna
edilmir.
• 
Qızılyel dəri zədələnməsi yaxınlığında inkişaf edir.
• 
İnfeksiyanın inkişaf etməsinə ekzogen (zədə, yanıq, cərrahi 
manipulyasiya, həşəratların dişləməsi, qaşınma)
və individual
(gigyenik normalara riayət edilməməsi, böyrək 
çatışmamazlığı, şəkərli
diabet,qara ciyərin sirrozu, onkoloji xəstəliklər, 
immun çatışmamazlıq,
ayaqların mikozu, qovuqlu və virus dermatozları, 
dermatit, trofik 
xoralar, angiopatiya və s.) faktorlar təsir edir.
• 
İnfeksion dövr - bir neçə saatdan 3-5 günə 
kimi olur.
Etiopatogenez. Törədicisi – Streptococcus pyogenes, 
çox vaxt Staphylococcus aureus və tez-tez Pseudomonas 
aeruginosa, Proteus mirabillis və s. ilə assosiasiyalaşır. Yuxarıda adları sadalanan ek-
zogen və individual faktorların törədicisi zədələnmiş dəri və selikli qişadan orqanizmə 
keçir, limfatik damarlarda çoxalır və iltihab yaradır. Mikroorqanizmlər tərəfindən sintez 
edilən toksinlər qana keçir, titrətmə, qızdırma və digər intoksikasiya əlamətləri yaradır. 
Şək.7.41.Ət yeyən xəstəlik sindromu
Şək.7.42.Vezikulopustulyoz


117
Lokalizasiya – aşağı ətraflar (70-80%), üz (5-20%), qulaq seyvanları, bəzən yuxarı 
ətraflar, uşaqlarda göbək və perianal nahiyələr. Xəstəlik klinik təzahürlərdən əvvəl və 
sonra lokal ağrı, halsızlıq, temperaturun qalxması ilə müşayiət olunur. 
Səpgi elementləri və onların təkamülü – eritema açıq-qırmızı, ödemli, ağrılı, əl ilə 
toxunduqda isti, normal dəridən aydın sərhədlə ayrılmış olur (eritematoz forma). Kiçik 
sahəni (lokal), geniş sahəni (yayılmış) və ya bir-birindən uzaq sahələri (metastatik) tuta 
bilir. Eritemanın səthində vezikulalar (eritematoz-vezikulyoz forma), qovuqlar (erite-
matoz-bullyoz forma), hemorragiyalar (eritematoz-hemorragik forma) ola bilər. Regi-
onar limfa düyünləri çox vaxt böyüyür və ağrılı olur. Sağalma prosesində ödem aza-
lır, eritemanın rəngi solur, normal dərinin rəngi bərpa 
olunur, çapıq əmələ gəlmir. Daim residiv verən qızılyel 
(erysipelas chronica residivans) limfa drenajını pozur və 
xroniki ödemə gətirib çıxarır – limfostaz, dərı fibrozu, 
epidermisin qalınlaşması (filə oxşarlıq) baş verir.
İnfeksiya dərinliyə yayıldıqda Sellülit (Cellulitis) 
yaranır. Qızlyel sellülitin kəskin formasıdır, sellülitdən 
klinik fərqlənir.
• 
zədələnmənin səthi xarakteri
• 
eritemanın al rəngi
• 
sıx ödemli toxuma infiltrasiyası 
• 
demarkasion zonada dəqiq sərhəd
• 
eritemanın parlaqlığı
• 
intensiv ağrı
• 
yüksək lokal temperatur
• 
limfatik komponentlərin limfagiit, regionar limfadenit şəklində nəzərə çarpması 
Qızılyel və sellülitin diaqnoz qoyuluşu üçün klinik şəkil kifayət edir. Mikroorqa-
nizmlərin identifikasiyası çətindir.
Yaddaş!
Uşaqlarda qızılyel çox vaxt göbək nahiyəsində, sellülit perianal nahiyədə müşahidə 
edilir.

Yüklə 18,24 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   446




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin