Patogenez – Patogenez – yuxarıda göstərilmiş ekzogen və fərdi faktorların fonunda
orqanizmin rezistentliyi azalır, bu da dəri səthində mikroorqanizmlərin aktivləşməsinə,
derma və follikulların dərinliyinə getməyə və məskunlaşmağa, faqosit və spesifik anti-
tellərin aktivliyinə qarşı durmasına şərait yaradır. Stafilo- və streprokokklar tərəfindən
sintez edilən eksfoliativ xassəyə malik olan ekzotoksinlər sonradan qovuq (bulla) və qo-
vuqcuqların (vezikula) yaranması ilə nəticələnən, epidermisin üst təbəqəsində keratino-
sitlərin akantolizini əmələ gətirir. Polimorf nüvəli leykositlərin Staphylococcus aureus
hemotoksik faktorlarla cəlb olunması pustulaların əmələ gəlməsinə səbəb olur, stafilo-
və streptokokkların hasil etdiyi “aqressiya” və “qorunma” fermentləri (gialuronidaza,
DNT-aza, koaqulaza, fibrinolizin) iltihablaşmaya səbəb olur.
Etioloji prinsiplərə görə piodermiyalar stafilodermiyalar , streptodermiyalar və sta-
filostreptodermiyalara bölünür.
Stafilodermiyalar – piodermiyanın növlərindən biridir, stafilokokklarla assosi-
asiya olunur, tük follikullarına və çox vaxt zədələnmə dərinliyinə aid olan pustula-folli-
kulit səpgilərlə xarakterizə edilir.
Streptodermiyalar – piodermiyanın növlərindən biridir, streptokokklarla assosi-
asiya olunur, tük follikulları ilə əlaqəsi olmayan, zədələnmənin səthi xarakterli və peri-
ferik artmağa meylli olan pustula-flikten səpgilərlə xarakterizə edilir.
Stafilostreptodermiyalar – piodermiyanın növlərindən biridir, qarışıq stafilost-
reptokokklu infeksiya ilə assosiasiya olunur, tük follikulları ilə əlaqəsi olan və olmayan,
zədələnmə dərinliyinə aid olan pustula səpgilərlə xarakterizə edilir.
Yaddaş! Follikulit sin. follikulyar pustula – tük follikulları ilə əlaqəli olan, dairəvi və ya ko-
nusşəkilli formalı, bərk örtüklü pustuladır. Fliktena –tük follikulları ilə əlaqəli olmayan,
dairəvi, yastı, nazik boşalmış örtüklü səthi pustuladır. Ektima – tük follikulları ilə əlaqə-
si olmayan dərin pustuladır.