IX FƏSL. CÜZAM
Cüzam sin.Hanzen xəstəliyi, lepra, Müqəddəs Lazar xəstəliyi (Leprosy sin. Hansen’s
disease), xəstəlik xroniki bakterial infeksiya olaraq cüzam mikobakteriyaları (Mycobac-
terium leprae) vasitəsi ilə törədilir və dərinin, selikli qişaların, periferik sinir sisteminin
və daxili orqanların zədələnməsi ilə xarakterizə olunur.
Epidemiologiya. ÜST-nın (2009-cu il) statistik məlumatlarına görə dünya üzrə təq-
ribən 4 milyona yaxın cüzamlı xəstə var, yeni xəstəlik hallarının sayı isə ildə 500 000
nəfər təşkil edir. ÜST hesablamalarına görə (1999-cu il) hər 10 000 nəfər əhaliyə düşən
regionlar üzrə xəstələnmələr belədir: Cənub-Şərqi Asiyada – 4,3, Afrikada – 1,2, Ame-
rikada – 1,1, Şərqi Aralıq dənizi ətrafında – 0,2, Sakit okeanın Qərb hövzəsində - 0,1.
Avropada böyük olmayan endemik zonalar Portuqaliyada, İspaniyada, Yunanıstanda,
Türkiyədə, Siciliyada mövcuddur.
•
İnfeksiya mənbəyi – infeksiyaya yoluxmuş insan.
•
İnfeksiyanın yoluxma yolları – hava-damcı, dəridən keçməsi də mümkündür.
•
Cüzam – zəif kontagioz infeksiyadır, yoluxma ehtimalı kontaktın müddəti və
xarakterindən, immunloji reaktivlik dərəcəsindən bilavasitə asılılığındadır. Eyni zaman-
da çoxlu mikobakteriya ifraz etdiklərinə görə lepromatoz tipli cüzamlı xəstələr, xüsusilə
kontagiozdur.
•
Cüzamın yayılmasında əhalinin sosial-iqtisadi və maddi yaşayış səviyyəsi, ümu-
mi və sanitar mədəniyyəti həlledici rol oynayır. Yaşlı şəxslər arasında ər-arvad cütlüyü
də daxil olmaqla, uzun müddət, illər boyunca cüzamlı xəstələrlə bir yerdə yaşadıqda,
10-12%-dən çox olmayan hallarda xəstələnirlər. Lepromatoz cüzamlı xəstə olan ailələrlə
uzun müddət təmasda olmaqla xəstəliyə yoluxmanın maksimun halları (36%-ə qədər),
sanitar mədəniyyəti və maddi təminatı son dərəcə aşağı olmasının da əhəmiyyəti çox
böyükdür.
•
Uşaqlar yoluxmaya daha çox həssasdır. Cüzamlı xəstə valideynlərdən sağlam
uşaq doğulmasına baxmayaraq, valideynləri cüzamdan əziyyət çəkən uşaqlar arasında
xəstələnmə tezliyi 60%-ə çatır.
•
Cüzamın müxtəlif tipləri özünün epidemioloji əhəmiyyətinə görə fərqlidir.
Lepromatoz cüzamla təmasda olmuş şəxs, tuberkuloid tipli cüzamla təmasdan 70% çox
yoluxmaya risklidir.
•
Cüzamın inkubasiya dövrü orta hesabla 3-7 gün təşkil edir.
Etiopatogenez. Cüzamın törədicisi – Mycobacterium leprae, periferik sinir sisteminə
doğru unikal tropizmə malikdir. M.leprae orqanizmə düşərək və dəri-selikli qişa barye-
rini keçərək sinir uclarına, limfotik və qan dövranı sisteminə nüfuz edir, tədricən desse-
minə edir, daxil olduğu yerdə, adətən gözlə görünən dəyişikliklər törətmir. M.leprae –nın
virulentliyi xəstəliyin xarakterinə çox da təsir etmir. Bu deyilənlər, eyni ailədə, həmin
yoluxma mənbəyi və eyni şərait olduqda, təmasda olan şəxslərdə cüzamın müxtəlif nə-
ticələrlə müxtəlif tiplərinin inkişaf etməsi ilə təsdiqlənir. Cüzamlı prosesin ağırlığı və
klinik təzahürlərin xarakteri fərdi immunloji reaktivlikdən asılıdır.
131
Yaddaş!
Cüzama şübhəli bütün xəstələrdə basil axtarışı aparılmalıdır. Tədqiqat materialı kimi
burunun (səhər) selikli qişasından qaşıntı və dərinin zədələnmiş sahələrinin haçalanmış
toxumalarından (slit-smears), həmçinin qulaq seyvanının, cənənin, qaşüstü qövslərin,
ətrafların distal hissələrinin skarifikatları ola bilər.
Mycobacterium leprae – qrammüsbət obliqat aerob olub, düz və ya əyilmiş çöpfor-
malı, homogen və ya dənəli dairəvi uclu, 1-7mkm uzunluqlu, 0,2-0,5mkm diametrli-
dir, Sil-Nilson üsulu ilə qırmızı rəngə boyanır. Leproz zədələnmələrdə patomorfoloji
tədqiqatlar zamanı seyrək nümunələrdən böyük topalara qədər olan kürəşəkilli bərk
törəmələr tipində olan - globi və ya “qutuda siqaret”, “səpələnmiş siqaret” M.leprae
aşkar edilir.
Cüzamın təsnifatı. Hazırda cüzamın müxtəlif ölkələrdə iki əsas təsnifatından – Mad-
rid (1953) və Ridli-Coplinq (Ridley et Joppling, 1973) təsnifatından istifadə edilir. Mad-
rid təsnifatına görə cüzamın 2 polyar tipi – lepromatoz və tuberkuloid tipi, 2 orta tipi
–differensiasiya olunmayan (qeyri-müəyyən) və sərhəd tipi ayırd edilir.
Ridley et Joppling təsnifatı müəlliflər tərəfindən klinik, histoloji, bakterioloji, im-
munloji kriterilər nəzərə alınmaqla 1966-cı ildə təqdim edilmiş, 1973-cü ildə Lepra üzrə
X Beynəlxalq konqresdə (Norveç, Bergen, 1973) elmi və təcrübi məqsədlərdə tətbiq
etmək üçün tövsiyə olunmuşdur. Hal-hazırda Ridley et Joppling təsnifatı aşağıda göstə-
rilənləri ayırd edir:
TCp – cüzamın polyar tuberkuloid tipi (polyar tuberkuloid)
TCs – cüzamın subpolyar tuberkuloid tipi (subpolyar tuberkuloid)
ST – cüzamın sərhəd-tuberkuloid tipi (sərhəd tuberkuloid)
SC – sərhəd vəziyyətində olan cüzam
SL – cüzamın sərhəd-lepromatoz tipi (sərhəd lepromatoz)
LCs – cüzamın subpolyar lepromatoz tipi (subpolyar lepromatoz)
LCp – cüzamın polyar lepromatoz tipi (polyar lepromatoz)
Xüsusi ədəbiyyatlarda TCp və TCs cüzamın tuberkuloid tipi(TC), LCs və
LCp isə cüzamın lepromatoz tipi (LC) adlandırılır.
Şək.9.1. Mycobacterium leprae (cüzam-
lı xəstənin dərisinin bioptatında çəhrayı
rəngli çöplər)
Şək.9.2.Cüzamın patomorfoloji təzahürləri
(limfositlərlə əhatə olunmuş epitelioid və
nəhəng çoxnüvəli hüceyrələrdən ibarət
qranulema)
132
Cədvəl 1. Cüzamın Ridley et Joppling-ə görə təsnifatı
Dəri ocaqları
Sinirlərin
zədələnməsi
Bakterioloji
Indeks (Bİ)
Histoloji
şəkil
Leprominlə test
Antitellə
1 tip reaksiya
2 tip reaksiya
Tuberkuloid tipli
cüzam (TC)
Aydın sərhədli,
iri, assimmetrik,
çox vaxt halqa-
vari formalı 1-2
ocaq; anesteziya
Erkən, assimmet-
rik, xəstəliyin
başlanüıcından
aüır gediş
0
Limfositlər və
nəhəng Langer-
hans hüceyrələri
ilə əhatə olun-
muş epitelioid
hüceyrə qranul-
yoması.
Cüzam çöpləri
ya yoxdur, ya da
tək-tək təsadüf
edilir.
Subepidermal
zona infiltrasiya
olunub. Derma
və hipoderma
sinirlərinin
pozulması.
+++
+/-
0
0
Sərhədli tuberku-
loid tipli cüzam
(ST)
Az(<10), aydın
sərhədli, iri,
assimmetrik
ocaqlar; həssas-
lıüın azalması
(hiposteziya)
və ya
Anesteziya
Erkən, assimmet-
rik, xəstəliyin
başlanüıcından
aüır gediş
1-2+
Limfositlər və
nəhəng Langer-
hans hüceyrələ-
rin miqdarının
«TC»-dan az
olan epitelioid
hüceyrə qranul-
yoması. Cüzam
çöpləri ya yox-
dur, ya da tək-tək
təsadüf edilir.
Subepidermal
zona qismən in-
filtrasiya olunub.
Derma və hipo-
derma sinirlərini
pozulması. Si-
nirlər infiltrasiya
olunub.
++/+
+
+
0
Sərhədli cüzam
(SC)
Çoxsaylı (>10),
son dərəcə
halqavari, qeyri-
aydın sərhədli,
müxtəlif ölçülü,
çox vaxt sim-
metrik ocaqlar;
hiposteziya
Erkən, simmet-
rik, nisbətən aüır
gediş
3-4+
Seyrək limfo-
sitlər və nəhəng
Langerhans
hüceyrələri ilə
epitelioid hücey-
rə qranulyoması.
Çoxlu miqdarda
cüzam çöpləri.
Subepidermal
zona infiltrasiya
olunmayıb. Si-
nirlər infiltrasiya
olunub.
-
++
++
0
Sərhədli lepro-
matoz cüzam
(SL)
Çoxsaylı,
halqavari və
papulyoz-düyün-
lü, qeyri-ay-
dın konturlu,
müxtəlif ölçülü,
simmetrik ocaq-
lar, həssaslıq
normada və ya
hiposteziya
Gecikmiş, sim-
metrik, nisbətən
aüır gediş
4-5+
Az miqdar lim-
fositlər və epite-
lioid hüceyrəsi
ilə «köpüklü»
vakuolizasiya
olunmuş histo-
sidlərdən qranul-
yoma (Virxov
infiltratı). «Glo-
bi» tipinə görə
çoxlu miqdarda
cüzam çöpləri.
Subepidermal
zona infiltrasi-
ya olunmayıb.
Sinirlər cüzi
infiltrasiya
olunub.
-
+++
+
+
Lepromatoz
cüzam
(LC)
Külli miqdarda
(100-ə qədər və
daha çox) ocaq-
lar; qeyri-aydın
konturlu, pa-
pulyoz-düyünlü
(lepromalar),
kiçik ölçülü,
simmetrik və ya
diffuz infiltra-
siya; həssaslıq
normada və ya
yüngül hiposte-
ziya.
Gecikmiş, sim-
metrik, nisbətən
yüngül gediş
5-6+
Az miqdar lim-
fositlər və epite-
lioid hüceyrəsi
ilə «köpüklü»
vakuolizasi-
ya olunmuş
histosidlərdən
qranulyoma
(Virxov infilt-
ratı). «Siqaret»
tipinə görə diffuz
yerləşən çoxlu
miqdarda cüzam
çöpləri. Sube-
pidermal zona
infiltrasiya olun-
mayıb. Sinirlər
cüzi infiltrasiya
olunub.
-
++++
0
++
Qeyd
Bakterioloji indeks (Bİ) turşuyadavamlı basillərin vahidi kimi təyin edilir və Ridley
loqarifmik şkalası üzrə hesablanır:
•
0 = 100 görmə sahəsinin heç birində bir basil də tapılmayıb
133
•
1+=1 - 100 görmə sahəsində 10 basil
•
2+=1 - 10 görmə sahəsində 10 basil
•
3+=1 - hər görmə sahəsində 10 basil
•
4+=10 - hər görmə sahəsində 100 basil
•
5+=100 – hər görmə sahəsində 1000 basil
•
6+=1000-dən çox basil hər görmə sahəsində
Dostları ilə paylaş: |